Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Apteklərdə “Nurofen” niyə tapılmır? -ARAŞDIRMA

 

Azərbaycanda apteklərdə "Nurofen" dərmanlarının çatışmazlığı yaşanır. Valideynlər əsasən azyaşlılar üçün istifadə olunan bu dərmanı tapmaqda çətinlik çəkdiklərini deyirlər.

Yenixeber.org: Vətəndaşların sözlərinə görə, daha çox bu mövsümdə artan soyuqdəymə hallarında lazım olan "Nurofen" uzun müddətdir ki, apteklərdə tapılmır.

Məsələ ilə bağlı Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Apteklərdən verilən məlumatda da bu preparatın artıq satış üçün gətirilmədiyi təsdiqləndi. Nə vaxt gətiriləcəyi ilə bağlı da bir məlumatın olmadığı bildirildi.

Apteklərdə "Nurofen" dərmanlarının çatışmazlığı məsələsinə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq.

AEM-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, ölkəyə “Nurofen” dərmanı bir neçə çeşiddə idxal olunur: ““Nurofen” sirop: oktyabr ayı ərzində iki dəfə - 17 oktyabrda və 24 oktyabrda idxal üçün müraciət edilib. Birinci tarixdə 7320, ikincidə isə 7380 qutu siropun ölkəyə idxalına icazə verilib.

“Nurofen” express 200 mq, kapsul: 23 sentyabrda idxal üçün müraciət olunub və 1008 qutu dərmanın ölkəyə idxalına icazə verilib. 24 oktyabrda son müraciət olunub və 720 qutu dərmanın ölkəyə idxalına icazə verilib.

“Nurofen” 200 mq, tablet: 21 iyulda idxal üçün müraciət olunub və 21 888 qutu dərmanın ölkəyə idxalına icazə verilib. 10 oktyabrda idxal üçün müraciət edilib və 2304 qutu dərmanın ölkəyə idxalına icazə verilib”.

Qurumdan bildirilib ki, AEM-in funskiyasına yalnız ölkəyə idxal olunan dərman vasitələrinin laborator analizi və sənədlərinin uyğunluğunu yoxlamaq daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam