Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Koreya yarımadası haqqında...

 Yenixeber.org: Həyatımda ilk dəfədir ki, hər hansısa bir dövlətlə əlaqəli bildiyim bütün məlumatları, başqa insanlarla bölüşmək istəyi yarandı məndə. Bu dövlət Asiyanın digər bir ucunda-Koreya yarımadasında yerləşən Cənubi Koreyadır. Mən insanların Cənubi Koreya ilə bağlı məlumatlanması üçün bütün bilgilərimi ardıcıl olaraq paylaşacağam.
                               ***
Bir çoxlarının Cənubi Koreya ilə bağlı düşüncələri belədir ki, "Koreya və Çin eyni ölkələrdir, onların bir birindən fərqi yoxdur, çinli nə yeyirsə koreyalıda onu yeyir. Çinin mədəniyyəti necədirsə Koreyanın mədəniyyəti də elədir, Çinin musiqisi nədirsə Koreyanın musiqisi də odur. Çinin dili, əlifbası necədirsə Koreyanında dili və əlifbası elədir. Qısaca Çin ilə əlaqəli bildiyimiz hər şey Koreyayada aiddir"
Lakin həqiqət fərqlidir: Cənubi Koreya və Çin fərqli dövlət olduqları kimi fərqli mədəniyyətə, fərqli dilə, fərqli tarixə, fərqli mətbəxə, fərqli musiqiyə, fərqli iqtisadiyyata sahibdirlər. Mənim yazdığım və yazacağım məlumatlar sayəsində siz Cənubi Koreyanı daha da yaxından tanıyacaqsınız. 
Cənubi Koreya Asiya qitəsində olan Koreya yarımadasının cənub hissəsində yerləşir. Ölkə qurudan KXDR, sudan Çin və Yaponiya ilə həmsərhəddir. Ərazisi 100,363 kvadrat kilometrdir. Ölkədəki əhali sayı 51 milyondan çoxdur. Ölkənin prezidenti Mun Çje İn-dir. Paytaxt şəhər Seuldur. Seul paytaxt şəhər olmaqla yanaşı, həm də Cənubi Koreyanın ən böyük şəhəridir. Seulda əhali sayı 10 milyondan çoxdur. Seul dünyada əhalisinin sayına görə 13-cü şəhərdir. 
Seuldan sonra ölkənin ən böyük şəhəri Busan-dır. Həmçinin Seuldan sonra əhalisinin sayına görə də Busan ikinci yerdədir. Buradakı əhalinin sayı 3 milyondan çoxdur. Ərazisi isə 76,735 kvadrat kilometrdir. Busan limanı dünyanın ən işlək 10 limanları sırasındadır. 

                                                          Seul şəhəri
Ölkənin etiqad etdiyi vahid bir din yoxdur. Ölkə əhalisinin 54.4 faizi özünü heç bir dinə mənsub hesab etmir. İslam dininə etiqad edənlərin sayı 130 min hesablanıb. Bunun da əksəriyyəti immiqrantdır. Xristianlığa ediqad edənlər isə 27.6 faizdir. Geridə qalan 15.5 faiz insan isə buddizmə etiqad edir.
Ölkənin rəsmi dili Koreya dilidir. Əlifbaları özlərinə məxsusdur.
Belə bir sual yarana bilər: Biz niyə bu ölkəyə vahid Koreya yox, Cənubi Koreya deyirik? Nə oldu da Koreya şimal və cənub olaraq ikiyə bölündü? Nə oldu da bu iki dövlət arasında tarixin ən qanlı müharibələrindən biri baş verdi? Bu suallara cavab tapmaq üçün tarixdən kömək alaraq keçmişə getməliyik..
1945-ci ildə İkinci Dünya müharibəsinin nəticələrindən biri də Yaponiyanın məğlub olması idi. Yaponiyanın məğlub olması ilə Koreya şimal və cənub olaraq ikiyə bölündü. Şimali Koreyada SSRİ zonası, cənubi Koreyada isə ABŞ zonası yarandı. İki ölkənin sərhəddi 38-ci şimal paraleli olaraq müəyyənləşdirildi. 
1948-ci il, avqustun 15-də Koreya yarımadasının cənubunda Koreya Respublikasının əsası qoyuldu. Li Sın Man Koreya Respublikasının ilk prezidenti seçildi. 1948-ci ilin 9 sentyabrında isə Koreya yarımadasının şimalı KXDR elan olundu. Beləliklə Kim İr Sen KXDR-nın rəhbəri oldu. 

                                                        Busan şəhəri
1950-ci ilin 25 iyununda Kim İr Senin bütün Koreyanı birləşdirmək cəhdi, tarixin ən qanlı müharibələrindən birinə səbəb oldu. Bu müharibə 3 il dəvam etdi (1950-1953).
Müharibə başlayanda şimalın 183 min əsgərinə qarşı, cənubun sadəcə 75 min əsgəri var idi. Ancaq bu iki dövlətin müttəfiqsiz bu müharibəni dəvam etdirdiyini desək, yalan demiş olarıq. Şimal koalisiyasında iştirak edənlər, Şimali Koreya və Çin idi. SSRİ rəsmən müharibədə iştirak etməsə də Şimal koalisiyasının maliyyələşdirilməsinin və Çin ordusunun təchizatının böyük bir hissəsini öz üzərinə götürmüşdü. Cənub koalisiyasında isə Cənubi Koreya, ABŞ, Böyük Britaniya, həmdə BMT-nin tərkibində bir sıra başqa ölkələr iştirak etmişdir.

 
Lakin bu müharibədə qalib tərəf olmadı. Müharibə 1953-cü ilin 27 iyulunda sülh müqaviləsi ilə başa çatdı. Bu müharibə həm də ABŞ və SSRİ arasında gedən soyuq müharibənin tərkib hissəsi hesab olunur. Bəzən bu konfliktə soyuq müharibə dövründə ABŞ və onun müttəfiqləri ilə SSRİ və ÇXR arasında baş vermiş gizli müharibə kimi baxılır. 
Beləliklə, Tarix sayəsində yuxarıda verilən sualların cavabını tapdıq. Boşuna deməyiblər " Zaman həmişə, hər şeyi öz yerinə qoyur " deyə.
Bu iki dövlətin müasir dövrümüzdəki vəziyyəti isə belədir: Şimali Koreya özünü dünyadan təcrid etmiş durumdadır. Lakin cənubi Koreya isə iqtisadiyyatı, sənayesi, musiqisi və s. ilə dünyada özündən söz etdirməyə davam edir.
Davamı olacaq....
Aydan Salmanlı: 10-uncu sinif şagirdi.

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam