Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezdentin uzaqgörən siyasəti -“Xudafərin” və “Qız Qalası” su bəndi

Prezdentin uzaqgörən siyasəti  - “Xudafərin” və “Qız Qalası” su bəndi

Torpaqlarımızın işğaldan azad edilməsi həm də Azərbaycanın dövlət təhlükəsizliyi baxımından mühümdür. İndiyədək separatçılar işğal altında olan torpaqlarda narkotik bitkilər becərib, qanunsuz fəaliyyətlərlə məşğul olublar. Onlar bu əməlləri ilə həm də İranın təhlükəsizlliyini təhdid ediblər.

Yenixeber.org: Qeyd edək ki, 1994-cü il martın 17-də İrana məxsus “C 130” sərnişi təyyarəsi işğal altında olan Dağlıq Qarabağın hava məkanında Ermənstan tərəfindən vurulmuşdu.

Onda İranın Moskvadakı səfirliyindən bildirilmişdi ki, aviaqəza nəticəsində təyyarədə olan bütün şəxslər, 9-u uşaq olmaqla 19 sərnişin və 13 ekipaj üzvü həlak olub. Təyyarənin göyərtəsindəki sərnişinlər səfirliyin ailə üzvləri və əməkdaşları imiş.

Ordumuzun əks-hücum əməliyyatları nəticəsində İranla sərhədboyu ərazinin bir hissəsi işğaldan azad edildikdən sonra Cəbrayıl rayonu , o cümlədən Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırılıb.

Bu, hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərina sahib çıxması olmaqla yanaşı, həm də İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inişafına mühüm təkan verəcək hadisədir.

Bu hadisə Azərbaycan Prezident İlham Əliyevin tapşırığı ilə imzalanan müqavilənin tarixi əhəmiyyətini də göstərdi.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İran hökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

Sazişdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.

Sazişdə, həmçinin hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edən bu mühüm sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür.

“Xudafərin” və “Qız Qalası” bəndlərinə gəlincə, hər iki bənd Xudafərin su-elektrik stansiyasına aiddir. Bu SES Araz çayı üzərində İran-Azərbaycan sərhədində Araz və Marazad su bəndlərinin 196 km şərqə tərəf olan hissəsində Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhəri hüdudlarında Təbriz şəhərinin 240 km şimal şərqində Xudafərin körpüsü ilə Sarıcalı kəndi arasında yerləşir.

Xudafərin və Qız Qalası bəndləri və elektrik stansiyalarının inşası və istismarı haqqında müqavilə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında 13 fevral 2016-ci il tarixində Tehranda imzalanmış və iki ölkə parlamentləri tərəfindən də təsdiqlənib.

Bu enerji planını həyata keçirmək üçün Azərbaycan Respublikası və İran İslam Respublikasının rəsmiləri və enerji mütəxəssislərindən ibarət birgə texniki komissiya yaradılmışdı.

Körpülər “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi məqsədilə inşa olunmuşdu. Haqqında danışılan iki rabitə körpüsü bu bəndin qurğularına aiddir.

Həmin vaxt bəzi siyasi qüvvələr iddia edirdi ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər onda bunu, az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradması kimi qələmə verir və hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər.

Ancaq 2016-cı ilin fevralında imzalanmış sazişin preambulasında göstərilir ki, tərəflər BMT TŞ-nın məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar. Bu isə o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.

Bu gün bir daha aydın olur ki, bu sazişi tənqid edənlər təkcə onun siyasi əhəmiyyətini deyil, həm də regionda, dünyada baş verən prosesləri, Azərbaycanın artan nüfuzunu, hərbi və siyasi çəkisini düzgün qiymətləndirməyi, analiz etməyi bacarmayıblar, işğal altındakı ərazilərin, o cümlədən Xudafərinin azad olunacağı reallığını nəzərə almayıblar.

Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi. 4 il öncə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirildi.

İndiki reallıq Prezident İlham Əliyevin həqiqətən də böyük siyasətçi, strateq olduğunu, hər bir məsələni zərgər dəqiqliyi ilə hesabladığını nümayiş etdirdi. Bu layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qəsa müddətdə bərpası və inkişaf etdirilməsi mümkün olacaq.

“Xudafərin” və “Qız Qalası” bəndləri, Xudafərin su-elektrik stansiyası bundan sonra əsl sahiblərinə Azərbaycan vətəndaşlarına xidmət edəcək. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam