Bölgənin inkişafına səbəb olacaq tarixi layihə
Müzəffər Ordumuzun işğal altındakı ərazilərimizin azad olunması istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Xudafərin körpüsü üzərində üçrəngli Azərbaycan bayrağı qaldırıldı.
Yenixeber.org: Xudafərinin düşmən işğalından azad edilməsi hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərina sahib çıxması olmaqla yanaşı, həm də İranla Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, bölgənin sosial-iqtisadi inişafına mühüm təkan verəcək hadisədir.
Xatırlayırsınızsa, 4 il əvvəl – 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş saziş (Xudafərin sazişi) Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə yol açdı. O zaman bəzi siyasi qüvvələr iddia edirdi ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək.
Məlumat üçün bildirək ki, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su-elektrik stansiyalarının tikintisi barədə razılaşma keçən əsrin 70-ci illərində SSRİ ilə İran arasında əldə olunmuş və 1977-ci ildə bu istiqamətdə işlərə start verilmişdi. 1981-ci ildə “Bakı Hidrolayihə” institutu tərəfindən hazırlanmış layihə SSRİ-nin müvafiq qurumları tərəfindən təsdiqlənib və 1988-ci ildə SSRİ ilə İran arasında imzalanmış iqtisadi, ticarət və elmi-texniki əməkdaşlığa dair Sazişə uyğun olaraq, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi istiqamətində işlər başlayıb. SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən sonra Tehranla Bakı Araz çayı üzərindəki layihənin icrasını davam etdiriblər. 1992-ci ildə müstəqil ekspert qrupu tərəfindən layihələr yenidən işlənib hazırlanıb. Lakin Dağlıq Qarabağ münaqişəsinin alovlanması və Azərbaycan torpaqlarının işğalı bu layihənin reallaşmasının qarşısını aldı.
2016-cı ilin fevral ayında İran Azərbaycanla Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında yenidən Saziş imzaladıqdan sonra layihə üzrə işlər bərpa olundu. Bu unikal beynəlxalq sənəddə BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyi yer almaqla yanaşı, dövlətimizin işğal olunmuş ərazilər üzərində suveren yurisdiksiyası tanınır.
Sazişə əsasən, Azərbaycan və İran qurğuların tikintisi, istismarı, energetika və istifadəsi ilə əlaqədar birgə fəaliyyət göstərməlidir və qurğular üzərində mülkiyyət sırf bu iki ölkəyə məxsusdur.
Təəssüf ki, bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər bunu, az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir və hakimiyyətə qarşı haqsız ittihamlar irəli sürürdülər. Ancaq 2016-cı ilin fevral ayında imzalanmış sazişin preambulasında göstərilir ki, tərəflər BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar. Bu isə o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.
Bu gün bir daha aydın olur ki, sözügedən sazişi tənqid edənlər təkcə onun siyasi əhəmiyyətini deyil, həm də regionda, dünyada baş verən prosesləri, Azərbaycanın artan nüfuzunu, hərbi və siyasi çəkisini düzgün qiymətləndirməyi, analiz etməyi bacarmayıblar, işğal altındakı ərazilərin, eləcə də Xudafərinin azad olunacağı reallığını nəzərə almayıblar.
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi. 4 il öncə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla qarşıdan gələn dövrdə bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm layihə həyata keçirildi.
İndiki reallıq Prezident İlham Əliyevin həqiqətən də böyük siyasətçi, strateq olduğunu, hər bir məsələni zərgər dəqiqliyi ilə hesabladığını nümayiş etdirdi. Tarixi layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. İnşa edilmiş su elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qəsa müddətdə bərpası və inkişaf etdirilməsi mümkün olacaq.