Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

İdlib anlaşmasıƏrdoğanın diplomatik uğuru

Putin və Ərdoğanın anlaşması Suriyada münaqişənin həlli istiqamətində həlledici addımdır

 

Yenixeber.org: Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putinin Soçi görüşü Türkiyə üçün uğurlu olub. Prezidentlər 4 saata yaxın davam edən danışıqlardan sonra İdlibdə atəşkəsi razılaşıblar. Anlaşmaya əsasən vilayətdə Suriya hökumət qüvvələri ilə silahlılar arasında silahsızlaşdırılmış bölgə yaradılacaq.

Bu isə o deməkdir ki, İdlibdə atəşkəs olacaq və bir müddətdir hazırlanan hərbi əməliyyatlar ən azı bu mərhələdə təxirə düşür. Bu anlaşmanın ən mühüm xüsusiyyətlərindən biri də Hələb-Hama, oradan da Dəməşq və ölkənin cənub sərhədinə qədər gedib çıxan əsas magistral olan M-5 magistralının hökumət qüvvələrinə verilməsidir.

Ä°dlib anlaÅması ile ilgili görsel sonucu

Bu anlaşma Türkiyənin mövqeyi baxımdan ciddi uğur hesab oluna bilər. Çünki Türkiyə üçün İdlibdə əməliyyatların başlaması həm vilayətin tamamilə hökumətin nəzarətinə keçməsi, həm də oradakı silahlı qrupların dağıdılması, nəhayət, çoxlu sayda qaçqının və onların arasında silahlı terrorçunun Türkiyəyə axın etməsi kimi ciddi risk daşıyırdı. Ancaq Tehran görüşündən 10 gün sonra Soçidə Putinlə görüşən Ərdoğan bu dəfə Rusiya liderini razı sala bilib.

Suriya hökumətinin Cenevrədəki təmsilçisi isə bildirib ki, Dəməşq İdlibdə əməliyyat keçirməkdə israrlıdır. Rəsmi Tehran isə İdlib anlaşmasını savaşın qarşısının alınması istiqamətində diplomatik cəhdlərin uğurlu nəticəsi olaraq qiymətləndirib.

Putin və Ərdoğanın görüşündən sonra Soçi anlaşmasının detallarını da açıqlayıblar. Anlaşmaya əsasən, oktyabrın 10-dək silahlı müxaliflər raket sistemləri, top, tank kimi ağır silahları bölgədən çəkəcəklər. Oktyabrın 15-dək İdlibdə silahlılar və hökumət qüvvələri arasında 15-20 kilometr genişliyində silahsızlaşdırılmış bölgə yaradılıacaq. Ən-Nusra, ya da yeni adı ilə “Heyət Tahrir əş-Şam” qruplaşması terror təşkilatı kimi tanındığı üçün silahsızlaşdırılmış bölgədən çıxaracaq. Silahsızlaşdırılmış bölgədə Rusiya və Türkiyə ordusu patrulları birgə hərəkət edəcək. Bu anlaşmaya əsasən hər iki tərəfin terrorçu kimi tanıdığı silahlılar silahsızlaşdırılmış bölgədən çıxarılacaq, onların bu bölgədə fəaliyyətləri yasaqlanacaq.

Ä°dlib anlaÅması ile ilgili görsel sonucu

Ümumilikdə bu anlaşmanı Suriyada şiddətli müharibənin dayandırılması, iki böyük regional güc olaraq Suriyada əməkdaşlıq edən Türkiyə və Rusiya arasında əməkdaşlığın bərpa olunması, eləcə də Suriya hökumətinin ölkənin əsas şəhərləri arasında nəqliyyat bağını yenidən bərpa edə bilməsi baxımından mühüm irəliləyiş hesab etmək olar. Türkiyə bu anlaşma ilə suriyalı müxalif qruplar içərisində etibarını qorumaqla yanaşı, Suriyada gələcəkdə Rusiya ilə birlikdə daha yaxından əməkdaşlıq edəcəyini nümayiş etdirdi. Bu isə proqnozlaşdırıldığı kimi, Moskva və Ankara arasında münasibətlərin pozulacağı ilə bağlı ehtimalları çürütdü.

Doğrudur, Soçi anlaşmasında hansı qrupların “radikal” olaraq qətiləşdirildiyi və onlara qarşı hansı addımların atılacağı dəqiqləşdirilməyib. Ancaq məlum olduğu kimi, Türkiyə hakimiyyəti daha əvvəldən də əl-Qaidə kimi radikal terror təşkilatlarının vurulmasına etiraz etməyib. Rusiya tərəfi qarşıdakı dövrdə adıçəkilən silahlı terror qruplarını müəyyən edəcək və ehtimal ki, razılaşma əsasında onlara qarşı İdlibdə təmizlənmə əməliyyatları keçiriləcək. Bu mənada Soçi razılaşması Rusiya-Türkiyə əməkdaşlığını möhkəmləndirən bir addım olub.

Qeyd edək ki, Suriyanın şimalında Türkiyə ilə həmsərhəd olan İdlib vilayəti Suriyada silahlı müxaliflərin (kürdlər istisna olmaqla - K.R.) bütövlükdə nəzarət etdiyi yeganə vilayətdir. Vilayətdə 3 milyona yaxın insan yaşayır. Münaqişədən əvvəl İdlibdə 1,4 milyon insan yaşayıb, yerdə qalanlar daha sonra. Xüsusən də son illərdə Suriyanın müxtəlif bölgələrindən məğlub olan silahlılar İdlibə köçüb. Bundan başqa, vilayətdə 60 min silahlının olduğu ehtimal olunur. Onlardan 10 min nəfəri BMT-nin məlumatına görə, əl-Qaidə silahlılarıdır. İdlib vilayəti Suriyada münaqişə başladığı ilk günlərdən savaş meydanına çevrilib. 2015-ci ildə vilayət tamamilə silahlıların nəzarətinə keçib, “ən-Nusra Əmirliyi” elan edilib. Hazırda vilayət ərazisinin 60 faizə qədəri ən-Nusranın (HTŞ - Heyət Təhrir əş-Şam qruplaşması - K.R.) nəzarətindədir.

Ancaq anlaşmadan bir neçə saat sonra Suriyanın Laziqiyyə vilayətinin Banyas rayonu naməlum ölkənin aviasiyası tərəfindən bombalanıb. Bombalanan ərazilərdən bəziləri Rusiyanın bölgədəki Xmeymim hərbi bazası yaxınlığında olub. Bundan qısa müddət sonra isə Aralıq dənizi üzərində Rusiyanın “İl-20" tipli hərbi təyyarəsi vurulub. Əvvəlcə Rusiya təyyarəsinin kimin tərəfindən vurulduğu məlum olmayıb, ancaq sonradan məlum olub ki, İl-20 təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə nəticəsində təyyarədə olan 14 hərbçi ölüb.

Rusya müdafa bakanlıÄı ile ilgili görsel sonucu

Rusiya Müdafiə Nazirliyi isə hadisəyə görə İsraili günahlandırıb. Müdafiə Nazirliyinin sözçüsü, general Konaşenkov bildirib ki, İsrail pilotları Rusiya təyyarəsini Suriya Hava Hücumundan Müdafiə Sistemlərinə qarşı qalxan olaraq istifadə edib. Sitat: “Bunun nəticəsində daha F-16-dan daha böyük həcmli İl-20 təyyarəsi Suriyaya məxsus S-200 sistemlərinin hədəfinə çevrilib”.

Belə anlaşılır ki, İsrailə məxsus 4 ədəd F-16 qırıcısı Suriya mövqelərini bombalamaq üçün Aralıq dənizi üzəri ilə şimala - Laziqiyyə istiqamətinə uçub. Bu zaman Suriya ordusunun hədəfinə çevrilməmək üçün İsrail qırıcıları Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinin, necə deyərlər, arxasında gizlənib və nəticədə Suriya qüvvələri İsrail təyyarəsi əvəzinə rusları vurub.

Rusiya tərəfi isə İsraili hava zərbələri barədə onları yalnız 1 (!) dəqiqə əvvəl xəbərdar etdiyi, bununla da təyyarənin vurulmasına şərait yaratmaqda ittiham edib. Eyni zamanda məsuliyyətin İsrailin üzərində olduğunu, cavab haqqını özlərində saxladıqlarını bildirib.

İsrail Müdafiə Nazirliyi də hadisəyə münasibət bildirib. Nazirliyin yaydığı rəsmi açıqlamada baş verən hadisədən təəssüfləndikləri qeyd olunur, eyni zamanda məsuliyyətin tamamilə Əsəd rejiminin, eləcə də İran və Hizbullahın üzərində olduğu qeyd edilir. Eyni zamanda açıqlamada son illərdə Suriyada Rusiya və İsrail hərbi qüvvələri arasında qarşılıqlı məlumatlandırma sisteminin fəaliyyət göstərdiyi qeyd olunub. Qeyd olunub ki, Rusiya təyyarəsi İsrail qırıcıları bazaya döndükdən sonra vurulub.

İsrailin məhz Soçi anlaşması günü Suriya ərazilərini vurması yəhudi dövlətinin Rusiya-Türkiyə anlaşmasından narahatlığını göstərir. Çünki bu anlaşma bir mənada Suriyada böyük müharibənin başa çatmasının ilk siqnallarından biridir. Ancaq eyni zamanda savaşın bitməsi, İran və Hizbullahın Suriyada qalması İsraili narahat edir. Bu səbəbdən də İsrail bu şərtlərdə Suriya üzərində anlaşmalardan razı qalmadığını, sona qədər öz maraqlarını qorumaq iqtidarında olduğunun mesajını verir. Bunu isə Moskvada yaxşı anlayırlar və bu səbəbdən İsrailə çox qəzəbli reaksiya veriblər. Putin də anlayır ki, İsrail Suriya məsələsində üzdə olmayan əsas maraq tərəflərindən biridir, onunla da hansısa şəkildə danışmaq lazım gələcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam