Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğanın Tehranda verdiyi 4 mühüm mesaj –İsti şərh

 

Ərdoğan Putin və Ruhaniyə Tükiyənin qırmızı cizgilərini göstərdi.

Yenixeber.org: Bu sözləri Tehranda Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə keçirilən Suriya sammitini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Ərdoğanın Tehranda Rusiya və İran prezidentləri qarşısındakı çıxışından 4 nəticəyə gəldiyini qeyd edib:

“Birincisi, Rusiya və İran Türkiyənin maraqları nəzərə alınmadan İdlibi vursalar, Ankara Astana prosesindən uzaqlaşa bilər, çünki hava bombardmanları nəticəsində həm xeyli mülki vətəndaş öləcək, həm də milyonlarla suriyalı yenə Türkiyəyə axın edəcək. Ona görə də Ərdoğan İdliblə bağlı yeni üçlü plan hazırlanana qədər Rusiyaya atəşkəs təklifi etdi. İkincisi, Türkiyə Rusiyanın İdlibə yaxın hərbi bazalarının təhlükəsizliyinə təminat verdi. Üçüncüsü, Ərdoğan Qərb ölkələri kimi kimyəvi silahdan istifadə mövzusuna həssas olduğunu göstərdi. Nəhayət, Türkiyə lideri Rusiya və İran prezidentlərinə ABŞ-dan şikayət etdi. Ayrıca, Ərdoğan ABŞ-ın terrorçu kürd təşkilatlarına tonlarla yük daşıdığını vurğulamaqla, İran və Rusiyaya da xəbərdarlıq etdi”.

Politoloq bildirib ki, İran və Rusiya prezidentlərinin Ərdoğanın qırmızı çizgilərini diqqətə alacağını yaxın gələcəkdəki proseslər göstərəcək:

“Türkiyənin İdlibdə terrorçularla silahlı müxalifəti necə ayıracağı da asan məsələ deyil. Tehran görüşü Astana prosesi üçün ciddi sınaqdır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam