Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İdlibdə əməliyyatlar başladı - Rusiya havadan vurdu

    

İdlibdə əməliyyatlar başladı - Rusiya havadan vurdu
Bu gün səhər saatlarından başlayaraq Rusiya Hərbi Hava Qüvvələri Suriyanın İdlib bölgəsinə 20 raket zərbəsi endirib.
Yenixeber.org: Bununla da, 22 gün fasilədən sonra İdlibdə hərbi əməliyyatlara start verilib. İdlibdə sığınan suriyalı silahlı müxalifət 3 ədəd rus qırıcı təyyarəsinin Suriyanın Hmeymim bölgəsində yerləşən Rusiya aviabazasından havaya qalxaraq hücum etdiklərini bildirib. 

Həmçinin, Suriya hökumət ordusunun da fasilələrlə zirehli tanklardan İdlibin Karkur və Kastun təpələrini top atəşinə tutduğu qeyd olunur. 

Hücumun ardından Kremldən əməliyyatlarla bağlı açıqlama da gəlib. Bildirilir ki, “İdlibdəki son vəziyyət Rusiya-Türkiyə-İran prezidentlərinin Tehran zirvəsində müzakirə olunacaq. Trampın xəbərdarlığı problemin həlli üçün kifayət etmir. İdlibdəki terrorçular Suriyadakı Rusiya hərbi bazaları üçün təhdiddir və Suriyada sülhə nail olunmasına əngəl törədir.”

Xatırladaq ki, İdlib suriyalı silahlı müxalifətin son dayaq nöqtəsidir və bölgədə 4 milyon əhali yaşayır. BMT və bir çox dövlətlər, həmçinin, ABŞ prezidenti Donald Tramp İdlibdə istənilən əməliyyatın humanitar fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq edib. Bəşər Əsəd hökuməti isə bütün Suriya ərazisi üzrə hakimiyyətini bərpa etməkdə israrlıdır. Bu işdə Dəməşqə Rusiya və İran da dəstək göstərir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam