Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dəməşqdən İdlib anlaşmasına reaksiya– Bütün ərazilər azad ediləcək!

    

Dəməşqdən İdlib anlaşmasına reaksiya – Bütün ərazilər azad ediləcək!
Suriyanın legitim hakimiyyəti ötən gün Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğanın İdlibdə demilitarizasiya zonalarının yaradılmasına dair sazişini xoş qarşılayır.
Yenixeber.org: Bu barədə “RİA Novosti”yə Suriya Xarici İşlər Nazirliyindəki etibarlı mənbə bildirib. 

Mənbənin sözlərinə görə, Ərdoğanla Putinin İdlib məsələsinə dair razılığa gəlmələri Bəşər Əsəd hökuməti tərəfindən müsbət qarşılansa da, rəsmi Dəməşq ya güc yolu ilə, ya da sülh bağlanması vasitəsilə Suriyanın bütün ərazisini terrorçulardan azad etmək niyyətində qətidir. 

Həmçinin, Dəməşqə görə, Rusiya ilə Türkiyə arasındakı saziş Astana prosesi çərçivəsində imzalandığından Suriyanın suverenliyini qorumağa kömək edir. 

Qeyd edək ki, Ərdoğanla Putin arasındakı razılığa əsasən oktyabrın 15-dən etibarən Suriyanın atəşkəs elan olunan bölgələrində 15-20 kilometrlik təmas xətt üzərində təhlükəsizlik zolağı yaradılacaq. Müxalifət və hökumət qüvvələri, həmçinin ağır hərbi texnika və silahlar həmin zonalardan çıxarılacaq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam