Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

200-dən çox iranlı saxta spirtdən öldü – Koronavirusdan qorunmaq istəyiblər

İranda koronavirusun “qarşısının alınması üçün” saxta spirt içən 200-dən çox insan bir neçə həftə ərzində ölüb.

Yenixeber.org: Bu barədə məlumatı bu gün “Əl Arabiya” nəşri yayıb.

“İranda son həftələrdə 200-dən çox insan alkoqol zəhərlənməsi nəticəsində həyatını itirdi. Onlar ümid ediblər ki, bu, koronavirus infeksiyasının qarşısını alacaq”. Məlumatda belə deyilir.

1979-cu ildən bəri İranda alkoqol qadağan edilib. Saxta spirtlərin istifadəsi zamanı hətta uşaqlar da əziyyət çəkiblər.

Bir uşaq belə spirt qəbul etdikdən sonra görmə qabiliyyətini itirib.

Nəşrdə uşağın yaşı göstərilmir.

Xatırladaq ki, dünyada təxminən 300 min insan COVID-19-a yoluxub. Gündəlik hesabata görə, son 24 saat ərzində dünyada 26 minə yaxın insan yoluxub və 1600-ə yaxın ölüm halı aşkar edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam