Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ötən il 10 milyona yaxın insan xərçəngdən ölüb- ÜST

Ötən il dünyada 9 milyon 600 min insan xərçəngdən ölüb.

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Hesabata əsasən, 2018-ci ildə dünyada təxminən 18,1 milyon insanda xərçəng xəstəliyi aşkarlanıb. Dünyada xərçənglə bağlı ölümlərin təxminən 70 %-i aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb.

Xərçəng ölümlərinin təxminən 30 faizi artıq çəki, hərəkətsizlik, düzgün olmayan qidalanma, tütün və spirtli içki istifadəsi ilə əlaqəlidir. ÜST ekspertləri hesab edirlər ki, ən real risk faktoru isə siqaret və spirt istehlakıdır. Belə ki, xərçəng səbəbindən ölümlərin 22 %-i siqaretlə əlaqəlidir. Ona görə də xəstəlik kişilər arasında daha çox yayılıb.

Hesabata əsasən, təxminən 1,76 milyon insan ağciyər, 783 mini mədə, 782 mini qaraciyər, 627 mini isə süd vəzisinin xərçəngindən ölüb. Bundan başqa, həmin müddətdə 300 min uşaqda xərçəng xəstəliyi aşkarlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam