Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"KORONA VİRUS QORXUSU"

(hekayə)

  Köhnə gödəkcəsini əyninə geyinib çölə çıxmaq istəyəndə, evdə ondan sonra yuxudan duran 7 yaşlı nəvəsi Çiçək soruşdu:

-Baba, səhər tezdən hara gedirsən belə?

- Heç hara mənim çiçək balam, göyçək balam. Həyətə çıxıram.

 Çiçək babasının həyətə çıxdığını bilirdi. Və onu da bilirdi ki, babası yuxudan oyanandan həyətə ilk çıxışı deyildi. Bəlkə də bu çıxışından qabaq bir neçə dəfə həyəti hərlənmiş, çiçəyi tökülən meyvələrə, cücərən tərəvəzlərə, şeh qonan çiçəklərə baxmışdı.

 Məsim kişi sağ əliylə Çiçəyin saçlarına sığal çəkib, qapını açıb həyətə çıxdı. Bu onun həyətə dördüncü çıxışı idi. Bu dəfə eynəyini də götürmüşdü. Günəşin şüaları ilə isinən kiçik istixanada təzəlikcə basdırdığı pomidor, xiyar, badımcan, bibər şitillərinin inkişafına eynəklə baxmaq istəyirdi ki, görsün onlar dünəndən bəri nə qədər böyüyüblər. Yaş özünü göstəmişdi. Məsimin gözləri yaxını bir elə də yaxşı görmürdü, zəyifləmişdi. İyirmi ildən çox idi ki, onun oxumağı da, yazmağı da eynəkdən istifadə etməklə idi.

 Məsim kişi zəhmətkeş adam idi. Ayağı yer tutandan, ağlı kəsəndən torpaqla yoldaşlıq edirdi. Meylini ona salmışdı. Torpağı müqəddəs bilirdi. Əlinə keçəni, gözü görəni həmin saat torpağa əkirdi, səpirdi. Sonra da hər gün toxumun cücərməsinə, ağacın göyərməsinə baxırdı. Cücərən toxum, göyərən ağac onu sevindirirdi, fərəhləndirirdi. Bu sevinci, fərəhi onun ruhunu qidalandırır, ovqatını xoş edirdi.

 Hər dəfə həyətə düşüb əkdiyi ağaclara, basdırdığı tərəvəz şitillərinə baxıb qürurlananda, yadına uzaq illərdə respublikanın ucqar kəndində qoyub gəldiyi, uşaqlığı düşürdü. Və yadına düşən uşaqlığına ahıllığı bığ altından şirin- şirin gülürdü. Hardansa tapıb gətirdiyi, kimdənsə ağız açıb istədiyi meyvə şitilini çala qazıb basdırar, səhəri gün basdırdığı ağacların bitib, bitmədiyini yoxlayardı. Onun yoxlamağı bəlkə də, heç kimin ağlına gəlməyəcək bir yoxlama üsulu idi. Ayağının birini ağacın bir tərəfinə, o birini də obiri tərəfinə qoyar və qılçalarının arasında olan ağacın gövdəsindən tutub yuxarı dartardı. Hansı ağacın şaxəli kökü olmazdısa, o ağac onun ayaqları altından çıxmazdı. Çünki ağırlığı onu çıxmağa qoymazdı. O,buna sevinər, dodaqlarına təbəssüm qonardı. Şaxəli gökü olmayan ağaclar isə əlini atan kimi çıxardı. Qanı qaralardı, kefi pozulardı. Deyinə- deyinə yeridən dartıb çıxardığı ağacı yenidən basdırardı.

 Bir dəfə onun hərəkətlərini qıraqdan müşahidə edən atası onun yanına gəlmiş, əlini çiyninə qoyub, güyakı heç nədən xəbəri yoxmuş kimi:

-Oğlum, kefsiz görünürsən, nə olub?- deyə soruşmuş, o da kövrək- kövrək:- Ata, basırdığım ağacların çoxu bitmiyif,- deyə söyləmişdi.

 Atası sağ əliylə yüngülcə onun kürəyindən vurmuş və gülümsəyərək demişdi:- Mənim zəhmətkeş balam, qoçaq balam, yadında qalsın ki, nə əkdiyin ağac, nə də səpdiyin toxum torpaqda bir gündə bitmir, bir gündə də cücərmir. Təzə basdırılmış ağacların da, səpilmiş toxumların da, torpaqla mehirbanlaşmaqları, dostlaşmaları bir neçə gün çəkir. Bu dostluq, mehirbançılıq baş tutandan sonra ağaclar yaşıllaşır, toxumlar cücərir. Bir şeyi də unutma ki, hər torpağa basırılan ağaq, səpilən hər bir toxum adamdan qayğı, qulluq tələb edir. Sən onlara su verməlisən, alaqdan təmizləməlisən. Bax, onda sən istədiyini torpaqdan ala bilərsən. Ataların torpaq haqqında da, gözəl bir məsəli var, torpaq deyər öldür məni, dirildim səni. Bunu da heç zaman unutma,- deyə atası ona tapşırmışdı.

  Onun bu gün atasının dediklərini xatırlaması, elə onun özünü xatırlaması idi. Bu xatırlamada dönə- dönə atasına Allahdan rəhmət dilədi. –Ata, ruhun şad olsun, nə yaxşı məni təbiətə vurğun böyütdün, zəhmətkeş böyütdün, yoxsa bu gün evdə oturmaqdan çərləyib ölmüşdüm,- dedi və bunun ardınca:- Tanrı oğlumun da canını sağ eləsin, çox yaxşı elədi ki, bu kiçik torpaq sahəsini aldı. Məni də yenidən torpaqla dostluğa, sirdaşlığa qaytardı. İndi dünyanı cənginə alan korona virusdan qorunmaq, salamat qalmaq üçün, ən əsası da hökumətin qadağalarına rayət edib yaşadığım binanın 7- ci qatdakı mənzilin pəncərəsindən çölə  baxa bilərdim? Təbii ki, canım çıxsa da baxardım. Əlacım nə idi, dövlətin qanunlarını poza  bilərdim? Ən çoxu bir neçə gün dözərdim, bəs sonra? Sonrasını da Alla heç kimə göstərməsin,- dedi.

 Beynini çulğalayan bu fikirlərdən qurtarmamışdı ki, əl telofonuna zəng gəldi. Telefonun ekranına baxdı. Zəng edən sinif yoldaşı Həmzə idi. Həmzəylə axırıncı dəfə karantindən bir həfdə qabaq görüşmüşdü. Sonralar dəfələrlə zəng etmişdi, amma operator xanımın “bu nömrə təyin olunmmışdır”, cavabı onu narahat etmiş, ağlına min cür ikir gəlmişdi. İndi Həmzənin qəfil zəngi onun sağ- salamat olduğunu bildirirdi. Çox sevindi. Bu yaşda tez-tez görüşüb dərdləşdiy Həmzə idi. Sevincək teleonun düyməsini basdı:- Ə, Həmzə, səsin gəlsin, sağ- salamatsan?- deyə tələsik soruşdu.                                 Dostu cavabında:- Şükür, salamatam. Sən nə törsən?  

-Tanrının mərhəmətindən mən də pis deyiləm. Sənə dəfələrlə zəng eləmişəm, operator qız nömrənin təyin olunmadığını deyirdi. Telefonunda xəta var?

- Hə xarab olmuşdu. Bilirsən də mənim də telefondan başım çıxmır. Bildiyin kimi hər yer də bağlı. Sağolsun qonşunun usagını. Düzəltdi,- dedi və Məsimdən soruşdu:- Hardasan? Məsim: - Bağdayam, dedi. – Nə yaxşı. Heç olmasa sən bağa- bağata çıxa bilirsən. Mən qalmışam dörd divar arasında, pəncərədən baxmaqdan, televizorun kanallarını çevirməkdən bezmişəm. Bu nə həyatdı yaşayırıq?! Yaşımız da az deyil, Allah eləməmiş, birdən birimiz öldük. Dəfində də iştirak edə bilmədik. Bunu Allah götürər?

 Məsim həmzənin bəd danışmağından bərk üşəndi və Həmzəyə təsəlli verməyə başladı:- Ə, yekə kişisən, bəd danışma. İnşallah, heç birimiz ölmərik. Bir balaca da səbir edək, hər şey yoluna düşəcək. Yenə qabaqgkı kimi tez-tez görüşüb dərdləşəcəyik. Di salamat qal, konturunu korlama, - deyib sinif yoldaşıyla sağollaşdı.

  Məsim telefonu söndürüb onun sağ tinini anlının düz ortasına qoydu, bir balaca üzünü sol tərəfə çevrib, gözünü azacıq qıydı və öz- özünə sual verdi:- Beş aydı ki, korona deyilən bir virus dünyanın anasını ağlar qoyub. Heç kim də qarşısını ala bilmir. O zəhirmar da yüzlərlə ölkədə milyonlarla insana yoluxmağınqda, can almağında davam edir. Dünyanın baş bilənləri də bar- bar bağırır ki, ay insanlar, evinizdən çölə çıxman, nə qonaq gedin, nə də qonaq qəbul edin, bir sözlə evdən qıraqda heç kimlə təmasda olman, ağzınıza maska taxın, tez- tez əlinizi sabunla yuyun. Biz də dünyanın hər yerini dezinfeksiya edəcəyk. Deyəsən elə dünya səhiyyəsinin bacardığı bir şey yoxmuş, quruca adı varıymış. Bəs hanı sizin Nobel ödüllü həkimləriniz, dünyaya səs salan alimləriniz?Elmi jurnallarda oxumuşam ki, əqrəbsiz saatları, qatlana bilən, mesajla işləyən abtomobilləri, öz-özünü park edən avtomobilləri, pilotsuz aparatları, su altı qayıqları, səsdən iti sürətli təyyarələri insanlar ixtira ediblə. Bəs indi o insanlar hardadırlar?  Niyə bunun qarşısını ala bilən bir oğlan ortaya çıxmır?! Axı deyillər insan hər şeyə qadirdir. Hər şeyə qadir olan insan bir virusun qarşısında aciz, əli yalın qalıbsa, mən buna qadirlik deyə bilmirəm.

  Məsimi özündən çıxaran, əsəblərini gərginləşdirən, onu bu qədər danışdıran insanın bu günki acizliyi, bacarıqsızlığı idi. Ona görə də danışığına ara vermirdi, elə dəyirman un üyüdən kimi o da suallarını, ittihamlarını üyüdüb insanların üstünə tökürdü. – Ey dünyanın baş bilənləri, sizə səslənirəm, sizə! Niyə yer üzünün arxasız, dayaqsız olan bəzi ölkələrinin dinc və günahsız əhalisini qırıb çatmaq üçün növ- növ silahlar istehsal edə bilirsiniz, dılğır bir korona virusun çarəsini tapa bilmirsiniz?! Dünənə kimi güclü, qüvvətli bildiyim insan demə heç nə bilmirmiş, heyif mənim zəndimə,- deyib yerə tüpürdü. Xırda bir kötüyün üstündə oturub başını tutdu, xeyli bu formada oturdu. Birdən yadına nə düşdüsə oturduğu yerdən durdu və üzünü göyə tutub dedi:- Eheyyy…yeri, göyü xəlq eləyən Allah, üzümü sənə tutub təvəqqə edirəm, valvarıram, bəşəriyyəti bu bəladan qurtar. Hər şeyə qadir olan insan özünü qoruya bilmir. Sən ucasan, böyüksən, mərhəmətlisən, bağışlayansan. Yolundan çıxmış, qudurmuş, mənəm- mənəm deyən, sənə bəndəlik etməyən naşükür bəndələrini bağışla, qurunun oduna yaşı da yandırma, nə olar? Aylardı qohumlardan, dostlardan ayrı düşmüşük. Görüşə bilmirik. Bilmirəm bilirsən, ya yox, bəndələrin deyir ki, Allah dərd verəndə, onun dərmanını da veir. Əyər, bu doğurdan da belədirsə dərmanını da ver. Amma mən buna qətiyyən inanmıram. Heç Allah da öz bəndəsinə dərd verər? Heç vaxt! Dərdi verən də, dərmanını tapmayan da elə insanın özüdür. Yeri, göyü silah cəbəxanasına çevirib dərd yaradır, sonar da vay- şivən qoparır.

  Məsim monoloqunu bitirib, təzəlikcə əkdiyi tərəvəzi suvarmağa getdı.

Məhərrəm Şəmkirli                     

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam