Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"HƏYATIN DİBİNDƏKİ QADIN"

                                                        

(sənədli povest)

  Nazilə isə cavabında rəiqəsinə belə demişdi:

-Düz deyirsən, biz insanlar hər şeyə görə Allaha borcluyuq. Odur bizə həyatı verən. Amma mənim onu nə qədər sevməyimə baxmayaraq, o mənə ögeylik göstərib. Mən dəfələrlə intihar etmək istəmişəm, lakin Allahımın intiharı, özünə qəsdi sevmədiyini nəzərə alıb bu əzablara, işgəncələrə boyun əymişəm, dözmüşəm. Allahdan ən böyük narazılığımın səbəbi mənə quru bəxti, yığvalı verməməsidir. Neyləyirdim iki əli ki, yıxılanda ondan tutub qaldıranım olmayacaq və yaxud neyləyirdim iki ayağı ki, onlarla yol getməyə sadiq dost tapılmayacaq. İki əl, iki ayaq verməyəydi, amma quruca bəxt, yığval verəydi. Bəlkə də ata, anamın nə vaxtsa, hansısa elədikləri günahlarına görə onlara qarğış eləyib. Mən doğulanda: “bəxtin qara olsun qız!”- deyib. Burda mənim nə günahım var? Məyər Allah bilmir ki, valideyinlərin günahını övladlar daşımır? Mənim günahım nəydi? Bir halda ki, özümü gözəl yaratmışdı, gərək bəxtimi, yığvalımı da yaxşı yaradaydı.

  Amma Allah Naziləyə- ilk baxışdan adamın ağlını başından alan, baxmaqdan doyulmayan gözələ yaxşı bəxt, yığval verməmişdi. Bu lap dəqiq idi. Kor- kor, gör- gör. Elə olmasaydı Teymur kimi insanlıq simasını itirmiş, oturuşunu, duruşunu, danışığını bilməyən birisiylə qarşılaşdırmazdı. Teymurun həyat lüğətində ar, namus, qeyrət, kişilik kimi sözlər yox idi. Bu şərəsiz hətta bir dəfə uşaqlar balaca olanda özü kimi bir şərəfsizi, əyyaşı evə gətirmiş və Naziləni ona göstərib demişdi ki, bu gündən onu sənə “arandeyə” verirəm. Sən də istifadə elə, mən də. Nazilə əri kimi şərəfsiz, biqeyrət, sərxoş kişini söyüb evdən bayıra itələmiş, bir də ayağın bura dəysə səni polisə verəcəm.- demişdi. Kişi o gedən getmişdi.

  Nazilənin həyatda rəfiqələri, dostları çox idi. Amma dar gündə həyan olmaq, əlyetirmək, arxa durmaq onlarlıq deyildi. Ara qarışanda aradan elə sivişib çıxırdılar ki, sanki heç vaxt sənin yanında olmayıblar.

 Güllü Nazilənin əsil rəfiqəsi idi. Orta ixtisas təhsillərini bir yerdə almışdılar. Sonra yolları ayrılmışdı. Güllü sevdiyi oğlanla ailə qurmuş, daima yaşamaq üçün xaricə getmişdi. Bu üzdən iyirmi il idi ki, görüşmürdülər. Bir- birinin də sonrakı taleylərindən xəbərləri yox idi. Güllü qohumu ilə gənclik illərindən danışanda tez- tez Nazilənin adını çəkmişdi. Onun bənzərsiz gözəlliyindən danışmışdı. Hətta alnının düz ortasında olan xalı onu əsil hind gözəllərinə oxşatdığını demişdi. Amma bir fərqi vardı ki, bu da Nazilənin sarışın olmasıydı. Bu yerdə qohumu Güllünün sözünü kəsmiş və demişdi: Sənin rəfiqəni mən tanıyıram. Güllü heyrət qarışıq maraqla soruşmuşdu: -Doğurdan? O, da cavab vermişdi ki, bəli, doğurdan. Sonra da əlavə etmişdi:- İstəyirsən telefon nömrəsini verim danışın.

  Güllü bu xoş xəbərdən elə sevinmişdi ki, oturduğu yerdən qalxıb qohumunu bərk- bərk qucaqlamış, onun o üzündən, bu üzündən marça- marçla öpmüşdü.

  Deyir Allah insanı bir tərəfdən sevindirəndə, o biri tərəfdən kədərləndirir və ya bir tərəfdən kədərlndirəndə, o biri tərəfdən sevindirir. Amma Allah Güllünü çox kədərləndirdi. Nazilə ilə görüşməyə, hal- əhval tutmağa vaxtı yetərli deyildi. Hava limanına getməli idi. Təyyarənin havaya qalxmasına az vaxt qalmışdı. Az olan vaxt ancaq onların ayaq üstə görüşməyə imkan verirdi. Ona görə də Güllü qohumunun verdiyi nömrəni tez yığıb zəng elədi. Nazilə nömrəni tanımasa da tefonu tez açdı. Sanki zəng edən adamın vaxtının az olduğunu bilirdi. Bu o idi, onun səsiydi. Özü qədər, bəlkə də özündən çox istədiyi Güllünün. Onu dar macalda, yolüstü görüşə çağrırdı. İyirmi illik həsrətin vüsal görüşünə. Bu görüşü heç cür əldən buraxmaq olmazdı. Bəlkə də bu onun sonuncu görüşü olacaqdı. Həyatın işini bilmək olmaz. O çox amansız və qəddardır. - Onun üçün də mən tələsməliyəm,- deyib çölə çıxırdı ki, böyük oğlu Rüstəm qabağını kəsib buraxmadı.

  Nazilə Rüstəmə bir qulac dil çıxardı, yalvardı- yaxardı, bu görüşün nə qədər önəmli olduğunu oğluna anlatdı. Ancaq nankor, zalım oğul anasını nə eşitdi, nə də anladı. Höküm verirmiş kimi:

-Qarşında iki yol var, bunun birini seçməlisən. Ya özünün dediyin kimi canından artıq sevdiyin rəfiqənlə görüşə gedirsən, ya da arvadımı, qaynanamı qarşılayıb qulluqlarında durursan. Seçim sənindir. Ağıllı olsan ikinci yolu seçərsən. Bu sənə yatmağa rahat yer, yeməyə çörək, içməyə su təminatı verir.

  Nazilə odla su arasında qalmışdı. Nə etsin? Rəfiqəsiylə ayaqüstü görüşə getsin, ya nankor oğlunun tələblərinə boyun əysin? Nazilə oğlunu yaxşı tanıyırdı, oğlu atasıyla birləşib bu rəzilliyi, şərəfsizliyi edərdi. Bəs sonra harada qalacaq, kimə pənah aparacaq? Ataya, anayamı, bacıya, qardaşamı? Axı onlar da bu zalım, qəddar dünyanın adamları deyilmi? Dəfələrlə düşdüyü bataqlıqdan çıxmaq üçün onlara pənah aparmamışdımı? Onu qapıdan qovub, “get xarabanda öl” deməmişdilərmi?

  Bir ara Nazilə həyatın dibindən çıxmaq, öz həyatını yaşamaq istəmişdi. İş üçün bu boyda şəhərdə döymədiyi, açmadığı qapı qalmamışdı. Döydüyü, açdığı qapıların arxasındakı kişilər veriləcək işin müqabilində təmənna güdmüş, şərt kəsmişdilər. O, hər girdiyi qapıdan başı alovlu çıxmışdı. Öz- özünə süal vermişdi: Məyər bu kişilərin, anaları, arvadları, qızları, bacıları yoxmu? Və öz süalını özü də cavablandırmışdı: Yoxdu bunların anaları, bacıları, arvadları, qızları. Olsaydı bu əyyaşlığı, şərəfsizliyi etməzdilər.

  Nazilənin telefonuna yenidən zəng gəldi. Yazıq- yazıq, qorxa- qorxa baxdı. Güllüydü, açmadı. Dizləri yerə gəldi, hönkür- hönkür ağladı.

Ardı var...  

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam