Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YALANIN AYAQ TUTUB YERİDİYİ MƏMLƏKƏT

YALANIN AYAQ TUTUB YERİDİYİ MƏMLƏKƏT

 

 

YALANIN AYAQ TUTUB YERİDİYİ MƏMLƏKƏT

 

Yenixeber.org: Dostlar, bilirsinizmi bu yazını niyə yazdım? Təbii ki, bilmirsiniz. Birdə hardan biləsiniz. Amma necə də olsa yazının başlığını görəndən sonra oxuyub biləcəksiniz. Və içinizdən belə bir səs çıxacaq: "Vay dədə, vay! Heç belə də şey olar?". Ancaq olur, özü də bal kimi. Bilməyib, oxumadığınız xəbəri mən deyim, siz də bilin. Biləndən sonra bəlkədə məndən çox reaksiya verib əsəbləşəcəksiniz. Bu da hər bir insan üçün normal olan bir şeydir. Kimi eşitdiyi, oxuduğu xəbəri qulaq ardına vurur. Türklər demiş boş verir. Mənim kimisi də əsəbləşir, özündən çıxır və qələmini götürüb eşitdiyi, oxuduğu bir xəbəri özü anladığı, bildiyi, duyduğu kimi şərh edir, yazır. Yəni bu xəbər realdırsa, doğrudursa, kiməsə yarınmaq, məddahlıq etmək üçün deyilməyibsə, yazılmayıbsa sevinirsən, təqdir edirsən, alqışlayırsan. Və yaxud xəbərdə inandırıcılıq, doğruluq yoxdursa, onu deyəni də, yazanı da şiddətlə qınayırsan, yamanlayırsan. Bundan bərk əsəbləşirsən. Bu günlərdə mən bir xəbərdən elə əsəbləşib, özümdən çıxdın ki,köhnə oxuduğum, eşitdiyim xəbərləri də bir-birinə qatıb sizlərə çatdırmaq, bildirmək istədim.

Əgər, mənim yazdıqlarıma inanmasanız onda məni möhkəmcə qınayın, qaşınmayan yeri qaşıyıb qan çıxarmaqda günahlandırın, heç bir şey əlinizdən gəlməyəndə böhtançı, yalançı kimi bir yağlı söyük də söyün. Amma mən sizlərin qınaqlarını, söyüşlərini qəbul edəsi deyiləm. Ona görə ki, mən yazdığımı dəfələrlə götür- qoy edib yazıram. Özüdə məndə bir xasiyyət var. Eşitdiyimə yox, gördüyümə inanıram. Sizə bildirəcəyim xəbər də eşitdiyin xəbər yox, gördüyümdür. Sadəcə o xəbəri nazir deyib və xəbərdə deyilmiş şəkildə qəzet səhifəsinə çıxıb. Artıq oxuduğum xəbərə keçmək vaxtıdır. Oxumağa hazır olun.

Bu günlərdə "Ədalət" qəzetində "Azərbaycan əhalisinin 6 % əlildir"adlı xırda bir yazı oxudum. Və gözlərim önünə nə qədər, şikəst, xəstə insan gəldi. Xəbərin doğruluğuna, həqiqəti əks etdirmədiyində məndə acı bir inamsızlıq yarandı. Və şübhələrimi, inamsızlığımı sizlərlə bölmək üçün bu yazını yazmağa qərar verdim. Görün, Respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim bəy Müslümov nə deyib: "Azərbaycan əhalisi sağlamdır. Bunun nəticəsidir ki, Azərbaycanda əlil insanların sayı ümumi əhalinin 6%-ə qədərini təşkil edir ki, bu da dünya səviyyəsində çox aşağı nəticədir".

Səlim bəy, bu qədər də yox də. Sizcə nazir bəyin bu informasiyasına inanmaq olar, ya yox? Şəxsən mən inanmıram. Siz də istəyirsiniz inanın, istəmirsiniz inanmayın. Bu, sizin şəxsi işinizdir. Burda zor,təhrik yoxdur. Mənim də inanmamağım ondan irəli gəlir ki, gördüklərim eşitdiklərimi darmadağım edir. Təkcə mənim qohumlarımın arasında onlarla şəkər xəstəsi var. Başqa xəstəlikləri hələ dilimə gətirmirəm. Məyər şəkər xəstələri əlil deyil?! Soruşuram, niyə bu xəstəlik kütləvi hal alıb, səbəbi nədir? Bildiyimdən, qandığımdan mən deyim,siz də bilin. Şəkər xəstəliyi qorxudan, fikirdən, əsəbdən yaranan bir xəstəlikdir. Soruşa bilərsiniz ki, maşallah, (yuxarıların dediyinə görə) bizdə hər şey yüksək səviyyədədir, ölkəmiz dünyada analoqu olmayan bir ölkədir. Hər yerdə əminamanlıqdır, əhalinin yaşayışı, güzaranı qibtə ediləcək dərəcədə yaxşıdır. Və belə olan halda biz nədən qorxuruq,nəyin fikirini edirik, niyə əsəbləşirik? Onda bu sualların cavabını mən yavaş-yavaş verim siz də oxuyun.

O gün eşidirəm ki, yekələrdən biri deyir, bizdə o qədər iş yerləri açılıb ki, qorxuram gələcəkdə işci qüvvəsi tapmayaq. By yerdə bir tuş! Tuşdan sonra imkan tapıb cızdağım çıxan yeri sığalladım ki, bir balaca ağrısı kəssin. Amma kəsmədi, qan təziqim qalxdı kəlləçarxa. Bərk əsəbləşdim və fikirləşdim ki, bir belə iş yeri hardadır ki, illərlə onu gündüz çıraqla axtaranlar tapmır? Xəbəri qulaq ardına vurub boş verdim.

Başqa bir qoçaq komitə sədrimiz qürurla sinəsini qabağa verib ucadan deyib ki, Peyğəmbərlər bu gün sağ olsaydılar Azərbaycanı cənnət bilib burda yaşayardılar. Şair S. Rüstəm demiş: "Cənnət görmək istəyən Azərbaycana gəlsin". Olsun! Daha yaxşı. Hörmətli komitə sədri, əgər doğurdanda, Azərbaycan cənnətdirsə, bəs onda niyə son vaxtlar cənnətdən 80 min soydaşımız yaxşı həyat arzusu ilə əcnəbi

ölkələrə mühacirət ediblər?! Bilmirəm yönünüz kəndlərə düşür, ya yox? Kəndlərimizdə adamsızlıqdan qu deyirsən qulaq tutulur. Ölü bir sükut var. Bax, bu sualın cavabıbını adınız kimi bilsəniz də cavab verməzsiniz. Çünki cavabınız sizi biabır edər, qəfildən yalanınız bozarıb üzünüzə durar, sizi ürüsvay edər. Bu yerdə sizə bir məsləhət verim. Özünüzü özünüzdən qoruyun. Bu, çox vacibdir. Ən azından sonsuzluğa kimi dəyirmanınızın yalan üyütməsi üçün.

Görün şəxsiyyətinə və dediklərinə dəyər verdiyim, onun səsini eşitmək üçün imkan axtardığım Ziyafət bəy nə deyir: "Avropa bizə paxıllıq edir. Azərbaycan xalqı Amerikadan da, Avropadan da yaxşı yaşayır". Vallah- billah, bu xəbəri eşidəndə özümü saxlaya bilmədim, üzümü çalğıçılara tutub ucadan dedim: "bir tuş". Çalğıçılar sağ olsunlar. Sözümü yerə salmadılar. Ucadan bir tuş çaldılar. Və bundan sonra sözü verdim başqa bir məmura. Zalım oğlu hakimiyyət haqqında bir sağlıq dedi ki, bütün dinləyənlər ayaq üstə onu elə alqışladılar, elə alqışladılar, əllərinin içi qıpqırmızı oldu. Yəqin ki, onun nə dediyini bilmək istəyirsiniz. O, dedi ki, ölkəmizdə insanlar pulsuz müayinə və müalicə olunurlar. Mən buna da inanmadım. İnansaydım on ildə bircə dəfə həkimə gedib müayinə olunardım. Pulsuzluqdan gedə bilmirəm. Bu, bir həqiqətdir ki, barmağına batan tikanı pulsuz heç qardaşın da çıxarmaz, o da ola diqtəylə işləyən, olub-qalan vicdanını, insanlığını itirən,insanların halına yox, əlinə baxan həkimlər.

Bu gün yalan danışan, kimlərəsə yarınıb, ədalətin, həqiqətin üzünü görməyən, səsini eşitməyən, ağzını açanda ilk kəlməsini məddahlıqla başlayan adamcıqlar o qədər artıb, çoxalıb ki, adam onlarla bir yer üzündə, bir göyün altında yaşadığına acı-acı göz yaşı tökür. Məddahlıqla, dəyirman olub yalanlar üyütməklə yaşayanlar, ədalətə, həqiqətə ağız büzənlər var-dövlət sahibi olur, iri-iri kreslolarda yayxanıb əmir verir, fəxri adlara, orden, medallara sahib olur. Sizləri bilmirəm, mən belə bir cəmiyyətdə yaşamaqdan bezdim,usandım. iyrəndim. Və hətta ürək ağrısı tapdım. "İş"dən imkanım da yoxdur ki, "pulsuz" xəstəxanalarda müalicə olunum.

Dəyərli oxucular, böyük M.Ə.Sabir demiş, sizin və mənim gördüklərimin mində birini qələmə aldım. Hamsını qələmə alsaydım, bəlkə də ömürüm buna çatmazdı.

 

Məhərrəm Şəmkirli

AJB-nin üzvü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam