Berlin Moskvaya qarşı çıxdı -RƏSMİ
ABŞ-ın Ukrayna ilə bağlı sülh planında nəzərdə tutulduğu kimi, Rusiyanın G8-ə qayıtması istisnadır.
Yenixeber.org: Bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Hazırda Amerikanın olmadığı G7-nin altı üzvü arasında Rusiyanı yenidən həmin qrupa qəbul etmək üçün heç bir istək görmürəm”, - o bildirib.
Merz vurğulayıb ki, G8 formatına qayıtmaq yalnız konsensus əsasında razılaşdırıla bilər.
Qeyd edək ki, Avropanın Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiyanın G8-ə qayıtmasına razılıq verdiyi haqda məlumat yayılıb.









AZ
RU
