Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Məhərrəm Şəmkirli -"Həyatn dibindəki qadın"

 

HƏYATIN DİBİNDƏKİ QADIN

(sənədli povest)

  Böyük sevinclə olub- qalanından əyninə keçirib küçəyə çıxmaq istəyirdi ki, böyük oğlu qabağını Ərəbizəngi kimi kəsdi. Rüşxədlə və bir az da əsəbi halda: -Hara belə xanım əfəndi, olmaya görüşə gedirsən? Ay ləçər, indi hansı bədbəxti toruna salmısan?- deyə kin və qəzəblə anasının qolundan kobudcasına tutub içəri itələdi. Əmranə səslə:

-Heç hara getməyəcəksən. İndi arvadım xəstəxanadan çıxıb anasıyla birlikdə gələcək, onların çay- çörəyini verəcəksən. Bir də yaxşı- yaxşı yadında saxla, arvad burdan incik, qanıqara getsə, gününü göy əskiyə bükəcəm ha!

  Nazilə oğlu Rüstəmin qayınanası Pakizəni yaxşı tanıyırdı. Altı il idi ki, qudaydılar. İfritənin, ara vuranın, yalançının, böhtançının, oğulla ananın, atayla oğlun arasına nifaq salanın biriydi. Bəzən qaşınmayan yerdən qaşıyıb elə qan çıxarırdı ki, o qanı dayandırmaq, arşısını almaq elə də asan deyildi. Çox vaxt da gəmiyə minib gəmiçiylə dalaşırdı.Yəni qonaq gəldiyi evin sahibi ilə dalaşıb gedirdi. Hər gəlişində də əfi ilan kimi Naziləni sancmasa, beyinsiz kürəkəni Rüstəmin beynini anasına qarşı doldurmamış xarabasına rahat getməzdi.

  Bir dəfə lap ağ eləmişdi. Güya şəhərin hansısa küçəsinin hansısa tinində Naziləni tanımadığı bir kişiylə sarmaşıb öpüşən görmüşdü. Bu uydurmasını, yalanını, böhtanını, şərini ailə dövrüyəsinə buraxıb, “əla alındı”, deyərək sevincək çıxıb getmişdi.

  Lap çoxdan ailədə insan, qadın, ana kimi sayılmayan, adi bir söz deyəndə, nəyəsə etiraz edəndə başından qapazı, qulaqlarının yeddi mərtəbəli söyüşü əksik olmayan Nazilənin günü bundan sonra daha da tündləşib qapqara oldu. Dövrüyyədəki sözün yalan olduğunun fərqində olmayan ər- ər deyəndə ki, quruca adı ər idi, vətəndaş nigahları da yerindəydi. Doğrudur, Nazilə adı ər olan ərindən boşanmaq haqqında dəfələrlə məsələ qaldırmışdı. Amma müəyyən səbəblərdən bu baş tutmamışdı. Bir damın altında olmalarına baxmayaraq, on ildən artıq idi ki. ər- arvad kimi yaşamırdılar, yataq otaqları ayrı idi. Buna baxmayaraq “namus”unu, “qeyrət”ini çəkən ər rolunu oynayırdı. Yaxşı- pis mədəniyyət təhsili almışdı, ona görə də rolunu pis oynamırdı.Ərlə birlikdə oğullar, gəlinlər də düşmüşdülər Nazilənın üstünə. Oğullar “ləçər” ,”küçə qadını”, ər “qancıq”, “lotu”, “...bə” kimi iyrənc, biədəb sözlərlə ona xitab edirdilər. Ata, anası, yeddi arxa dönəni böhtana, yalana görə söyüş yiyələri olmuşdular. Ona deyilmiş böhtana, atılmış şərə əri və uşaqları tərəfindən iyrənc, murdar sözlərə dözməmiş dibindən küt baltayla kəsilmiş ağac kimi yerə gəlmişdi. Əlehdarları yıxılanda nə qolundan tutmuşdular. Nə də üzünə su səpib oyatmışdılar. Yenə sağ olsun qonşular eşidib köməyə gəlmişdilər. Üzünə su çiləyib özünə gətirmişdilər. Qonşular qəflətən bu hala niyə düşdüyünü soruşmuş,o, da heç bilmirəm birdən başım gicəlləndi və müvazinətimi saxlaya bilməyib yıxıldım,- demişdi. Qonşular da bundan artığını soruşmayıb, keçmiş olsun,- deyib getmişdilər.

  Qonşular gedəndən sonra Nazilə gedib yerinə uzanmış, lakin səhərə kimi niyə, nə üçün sualları küt mismar kimi beyninə yerimiş, səhərə kimi onu yatmağa qoymamışdı. Səhəri diri gözlü açan Nazilə bir təhər də olsa tezdən polis sahə rəisinin yanına gəlmiş, başına gətirilənlərin hamsını nöqtə, vergülünə toxunmadan ona danışmışdı. Yekəpər,lopabıq, şişman qarınlı rəis də, narahat olma get, mən hər şeyi yoluna qoyacam,- deyib ona yalançı bir vəd vermişdi. Amma aradan həfdələr, aylar keçmiş, rəis heç bir tədbir görməmişdi. Sonralar Nazlı öyrənmişdi ki, əri və oğlanları sahə rəisinə pul verib işi qapatmışdılar. Bundan sonra Nazilə məhkəməyə müraciət elədi. Məhkəmə də rolisin elədiyini təkrar elədi O, da rüşvət alıb işi acı bağırsaq kimi o qədər uzatdı ki, şikayətçi yolları yağır eləməkdən bezib şikayətini geri götürdü. Bundan sonra Nazilə heç yerə, heç kimə üz tutmadı. Onda elə qənaət yarandı ki, dünyada haqqı, ədaləti, həqiqəti müdafiə edən bir qurum və bir kimsə yoxdur. Olanlar da nahaqqa qulluq edir. Ümumiyyətlə dünya yalan dünyadı. Dünən necə haqsız, ədalətsiz idisə, bu gün də belədir. Olsun ki, sabah da belə olacaq. Haqsız haqlının, ədalətsiz ədalətninin, yalançı doğruçunun haqqını yeyəcək.

  Nazilənin həyatında haqqsızlıq çox olmuşdu, bu nə birinciydi, nə də axırıncı. Bundan sonra da hələ çox olacaydı. Heç kim buna zəmanət verə bilməzdi.

  Yadına uzaq dağ kəndindən şəhərə gəldiyi ilk günlər düşdü. Təcürbəsiz və sadəlövh bir qız idi. Onda Teymur onu zorla, hədə- qorxu ilə özünə arvad eləmək istəyirdi, amma Naziə onu görəndə iyrənirdi, bədəni çimçəşirdi. Bəlkə də onu iyrəndirən Teymurun qeyri insanı hərəkətləri, həddən artıq kobud,tərbiyəsiz, dalaşqan olmasıydı.Deyir sən saydığını say, gör tale nə sayır. Tale onun ömrünü çox pis saydı.O qədər pis saydı ki, məsum, su sonsı kimi təmiz, ay parçası kimi gözəl bir qızla, vəhşi, kobud bir oğlanı ər- arvad elədi. Taleyin də qəribə və heç cür bağışlanmaz işləri varmış ha. Nazilə ömürlük subay qalmağa razı olardı, amma Teymur kimi iyrənc birisiylə evlənməzdi. Qorxaqlığı, acizliyi, şəhərdə arxa dayaqsız olmağı onu ömürlük bədbəxt eləmişdi.

  Hadisə belə olmuşdu: Teymur onu aldadıb rayona gətirmiş, orda da mənim bacım kimi bir qohumuma şahidlik edəcəksən. deyib nigah idarəsinə aparmışdı. Və orda Naziləyə məlum olmuşdu ki, nigah Teymurun yaxın qohumuyla yox, elə onunla Teymur arasında bağlanacaq. Əvvəlcə haray, həşir salmış, qəti etirazını bildirmiş, lakin qarşı tərəfin qabaqcadan peşəkarlıqla hazırladığı ssenaridən heç cür qırağa çıxa bilməmiş, zorla Teymurla nigaha girmişdi. Əgər nigah baş tutmasaydı Teymur Naziləni meşəyə aparıb üzünü açacaq, sonra da çaya atacaqdı. Nazilə Teymurun bütün bunlar edəcəyinə inanırdı. Və ona da inanırdı ki, namusu ləkələnmiş qızı heç kim almır, valideyinlər, qohum- əqraba üz döndərir. Bu bir tərəfə. Atası bilsə uf demədən onu tikə-tikə dorğayıb itlərə yem edər.

  Bu gün bunları fikirləşdikcə Nazilə dəli olmaq dərəcəsinə gəlir, böyük bir peşmançılıq hissi keçirirdi. Kaş o vaxt namusuz olahdı, hamı onu qınayıb ələ salaydı, barmaqla göstərəydi, atası tikə-tikə dorğayıb itlərə yem eləyəydi, amma heç nəyi göz önünə almayıb Teymurla nigaha girib bu ömrü yaşamaydı, uşaqları doğmayaydı. Bu yaşamaq yaşamaq deyildi, əzab, zillət idi.

  Bu gün də oğlunun onun qabağını kəsib içəri itələyə- itələyə:- Məyər sən bu evdə qulluqçu deyilsən? Bundan artıq səlahiyyətinmi var? Səni nə biz uşaqların ana kimi, nə də atamız arvad kimi saxlamır. Sən ancaq bizə yemək bişirmək, paltarlarımızı yuyub- ütüləmək. ev- eşiyi təmizləmək, gələn qonaqları qarşılayıb, yola salmaq üçün lazımsan. Bunların birini eləməsən, səni bir gün də saxlamarıq, küçəyə atarıq,-deməsi onu yenidən sındırdı.

  Nazilənin cəsarəti çatıb həddini aşan oğluna demədi ki, məni bu qədər təhqir eləyib aşağılama. Mən yad deyiləm, sənin doğma ananam, səni doqqua ay bətnimdə gəzdirmişəm, süd verib böyütmüşəm. Südümü halal eləmərəm. Sizləri min bir əzabla böyüdüb ərsəyə gətirmişəm. Mən sənə hamılə olanda, bu gün müdafiə edib tərəfini saxladığın, mənim haqqımda dediyi hər iyrənc, böhtan dolu sözə haqq qazandırdığın atan vəhşi bir hərəkətlə saçımdan tutub belədən eləyə, elədən belə sürüyürdü, yorulub əldən düşəndə isə söyə-söyə qarnımı təpikləyirdi. Səni qorumaq üçün başımı qarnıma soxurdum ki, sənə xətər toxunmasın. O təkcə məni döymürdü, həm də bətnimdə səni döyürdü. Bəlkə də sənin  vəhşi, amansız, yırtıcı biri olmanın əsasında atanın bətnimdə sənə vurduğu təpiklərin qisası dayanıb. Və niyə ona yox, mənə?!

  Onsuz da Rüstəm bunları eşidəsi deyildi. Atası onun da, qardaşının da beynini zəhərləyib, ürəklərini dəyişmiş, yerinə canavar ürəyi qoymuşdu.

  Nazilə bu ailədə çıxılmaz bir bataqlığa düşmüşdü. Bu bataqlıq o qədər murdalaşmışdı ki, artıq üfunəti qonum- qonşunun da ürəyini bulandırırdı. Zavallı qadın tam həyatın dibindəydi. Onu bu qaranlıq və murdar, üfunətli həyatdan heç kim çıxara bilməzdi.

  Ailə daxilində sayılmayan, aşağılanan, hər kəlmə başı təhqir edilən, döyülən, söyülən Nazilə ailənin dediyi kimi pis qadın deyildi. Ünsiyətçil idi, qayğıkeş idi, rəhim dil idi.O, eyni zamanda çox emosianal, ətrafdakılara qarşı həssas idi. Ürəyinin istisini yaşından , təhsilindən, sosial durumundan asılı olmayaraq hamıyala bölüşürdü. Nazilənin bütün bunlardan başqa çox güclü fəhmi də vardı- yaxşını, pisi tez tanıyırdı. Elə tələbə vaxtı Teymuru da ilk görüşdən tanımışdı. Qızlara demişdi ki, bu oğlan çox qəddar və əzazildir.Beləsində sevgi, məhəbbət deyilən ülvi, müqəddəs, İlahi hissilər də ola bilməz, ondan uzaq durun. Amma bütün bunlara baxmayaraq Nazilə qorxaq idi, sadəlövh idi.Özüdə çox. Məhz elə bu qorxaqlığı, sadəlövlüyü onu çıxılması, qurtulması mümkün olmayan bataqlığa salmışdı.

  Nazilə tez-tez böyük rumin dramaturqu Ejen İoneskonun bir sözünü təkrar edərdi: “Vaxt gələcək, mən Allahdan izahat tələb edəcəm!”

  Bir dəfə rəfiqələrindən biri soruşmuşdu ki, Nazilə, sən Allahdan nə tələb edəcəksən?. Axı Allah hələ heç bir bəndəsinə hesabat verməyib. Bir də Allah sənin üçün neyləyəsiydi ki? Məyər o sənə əl- ayaq, şüur verməmişdi?

  Nazilə isə cavabında rəfiqəsinə belə demişdi:-

Ardı var...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam