Mənsur şeirlər
"Xeberinfo.com": İtən ümidlərim
Təbrizim, Ərdəbilim, Göyəzəm, Zəngəzurum, Dərbəndim, Borçalım, İrəvanım... Mənim itən ümidlərim. Kimdən soraqlayım sizi, kimə bel bağlayım, ümidlərimi çin edəcək deyə. Çox düşündüm, çox daşındım eləsini tapmadım. Başımda gəzdirdiyim papağımı çıxarıb qarşıma qoydum, baxdım-baxdım. Yadıma atalarımızın. "Başqasına ümid olan şamsız qalar" deyimi düşdü. Qətiyyətlə sinəmi qabağa verib:- İtmiş ümidlərimi özüm, ancaq özüm tapacam, - dedim.
Vətənsiz ölmək olurmu
Daha soyuq çadırlardan yazmayın. Qaçqın, köçkün demən onlara. Onları Bakının yaxınlığında göz oxşayan qəsəbələrdə isti mənzillərə kцзьrdьlər. Dedilər nə fərqi, Qarabağ olmasın, Bakı olsun bura da Vətəndi. İki əlli razılaşdılar, heç olmadı şiyayətləri. Dünən yurda dönmək günlərini gözləyən qocalar indi ölüm günlərini gözləyirlər. Deyirəm İlahi, görəsən Vətənsiz ölə biləcəkmi onlar?
Lazımsız ümid
Əlimdən tutub taleyimə, bəxtimə baxıtsan . Mənim taleyim, bəxtimi var qaraçı. Elə mən də sən gündəyəm taleyim qara, bəxtim kor. Nə zamandır taleyimin rəngi dəyiєmir, bəxtimin gözü açılmır. 20 il qoltuqlarda yaşayıb qoltuq ağacı oldum. Dedilər, ümidini kəsmə , 20 il ümidimi kəsmədim.
Amma daha bəsdir, doydum ümiddən indi mənə başqa şey verin. Gцrьm ьmiddən acımı, şirinmi ? Bircə ümid verməyin. nəyimə lazım. O dünyaya getməyə ümid lazım olmur.
Səbr edək
Bu gün iki məkanda insanlar hazırlıq görür. Bizim məkanda məni torpağa tapşırmağa, sizin məkanda səni ər evinə köçürməyə. Məni kəfənə bükürlər, sənə gəlinlik paltarı biçirlər. Bizimkilərin gözlərində yaє, sizinkilərində sevinc.Sənin toyun mübarək, mənim ölümüm. Sən torpağın üstündə xoşbəxt, mən torpağın altında.Gəl səbr edək talelərimizə.
Utanacam
Atam öldü. Ölümünü görmədim. Uzaqdaydım, çörək dalınca getmişdim.
Anam öldü. Onun da ölümünü görmədim. Uyuyacaq torpağı qoruyurdum düşməndən.
Bu gün özüm ölürəm. Öz ölümümü də görməyəcəm. Yaxşı ki, görməyəcəm. Yoxsa özüm öz ölümümdən utanardim. Kəfənzizliyimdən, məzarsızlığımdan.
İntiqamı olmayanlar
Əsdilər, coşdular, dan yeri kimi qızardılar. And içdilər göydəkinə, yerdəkilərə. Dedilər, bu qan yerdə qalmaz. Geci- tezi var alınar. Aradan illər keçdi qan alınmadı. Soyudu qızmış başlar.Lap buza döndü.
Yenə bir gün yığışdılar bir yerə, ataların məsəlini dedilər bir-birinə: qanı qanla yumazlar. Qan tökülən yerə su buraxdılar və rahatlandılar. Dağılışdılar. Heyif qanları axanlardan,qisası alınmayanlardan.
Mən mən deyiləm
O qıza rast gələndən güzgüdə özümə baxıram. Baxib özümü tanımıram. Qəribə də olsa əzüm-özümə sual verirəm: Bu mənəm mən deyiləm? Allah sevgi necə dəyiєərmiş insanı Dünənki mən, bu günki mən deyiləm. Üzümdə sevinc, dodaqlarımda təbəssüm, duruşumda qürur.
Ölümə sevinməzlər
Qarğış edib biri mənə dedi: Üzünü gor görsün. İllərcə gor görmədi məni. Artıq bu gün gorla qz-üzəyəm o mənə baxır, mən ona. Onun üzündə sevinc mənim üzümdə kədər. O məni gözləyib mənim qədər. Gor sevindi. Amma bilmədim,"üzünü gor görsün" deyən də sevindimi ? Deyillər ölümə sevinməzlər.
Bilməmişəm
Gülənlə gülmüşəm, ağlayanla ağlamışam,dərdliylə dərd bölmüşəm, iş görənə kömək olmuşam, yol gedənə yoldaş olmuşam. İllərə də sirdaş olmuşam.
Bilmirəm nə sirdi atam, anam, bacım, qardaşım öləndə onlarla ölə bilməmişəm.
Kiley etmə
Kiley edib demə, bizim heз nəyimiz yoxdur. Bizim məhəbbət, sevgi adlı ən böyük bir cazibə qüvvəmiz var. Dayanmadan bu qüvvə səni mənə, məni də sənə çəkir.
Bizi görüblər
Qonşular yaman sözbazdılar. Söz gəzdirirlər. Güya ikimizi bir yerdə görüblər. Sən söylə, necə görə bilərlər bizi? Axı sən mənim iзimdə, mən də sənin izində. Bəlkə iзimizə girən var, xəbərimiz yox. Heç cəbhələnməyə ehtiyac yox əzizim, məhəbbət gözdədir deyiblər. Demək bizi gözümüzdə görüblər.
Məhərrəm Şəmkirli
.