Redaktor seçimi
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Rüstəm Usubovun və yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ —
İradə Gülməmmədovanın həyat yoldaşının biznesi açıqlandı -
Günün xəbəri

"ÖZÜNÜ KARLIĞA,KORLUĞA VURAN DÜNYA"-  Məhərrəm Şəmkirli

 

Neçə illərdir nankor qonşularımız və onların dünyanın dörd bir tərəfinə pərpötöyün toxumu kimi səpələnmiş hayları böyüyündən, kiçiyinə kimi özlərini dünyanın “əzabkeş”, “yazıq”, “haqqı tapdalanmış” kimi göstərirlər. Dünya parlamentlərinin qapıları ağzında boyunlarını büküb, 1915- ci ildə güya türklər tərəfindən onlara qarşı törədilmiş soyqrımını tanımağı istəyirlər. Çox təəssüf ki, nizamı pozulmuş, haqqı nahaqqın ayağına vermiş, ermənilərin yalançı göz yaşlarına, böhtanına, şərinə inanan parlamentlər var. Bu inamı onlarda güclü təbliğat-təşviqat işi aparan, maliyyə dəstəyi göstərən, erməni diasporu formalaşdırıb. Məhz bu inamın nəticəsində bir sıra parlamentləri yalançı soyqrımını tanyıblar. Hətta bəzi öılələrdə bu soyqrımına abidə də ucaldıblar. Bu gün erməni soyqrımının baş verib- vermədiyini müzakirə etməyə belə dəyməz. çünki tarixdə belə bir hadisə olmayıb. Türkər özləri də dəfələrlə deyiblər ki, əgər belə bir hadisə olubsa, onda arxivləri birgə açıb izləyək.

  Çünki bu yalançı təbliğat dünyanı lərzəyə salan, başını qatan, onların torpaq iddialarına hərəkət verən erməni məkridir.Ermənilərin bu günki naliyyətlərinin arxasında pul və təbliğat durur. Vaxtıylə Qarabağda muzey drektoru işləmiş İmağen Mikrtçiyan “Daqlıq Qarabağın erməni abidələri” adlı kitab yazıb. Həmin kitaba da Vazgen öz xeyir- duasını verib. Bir iş adamı, milyonçu, həmin kitab haqda yazıb ki, belə kitabları çıxarmaq üçün mənə müraciət edin. Əgər belə bir müraciət olmayacaqsa, mən özümü təhqir olunmuş hesab edəcəyəm. Bizim milyonçilarımız yox,milyardçılarımız belə milliyətçi ifadələri işlədərlərmi? Hansı tarixi kitabın çapına, hansı təbliğatın aparılmasına, hansı işlərin görülməsinə pul buraxıblar?

  Böyük proletar yazıçısı M. Qorki yazmışdır: “Faktlar yaman tərs çeydir, ondan qaçmaq olmaz”. Tərs olan faktlar isə tarixdir. Tarixi danmaq, ona qara yaxmaq, olduğu kimi yazmamaq- yalana söykənməkdir. Əsrlərdir ermənilər yalana, böhtana, şərə, iftiraya söykəndiklərinə görə doğru deyillər. Yazıqlar olsun ki, bəzi “iri dövlətlər” erməni yalanlarını tutu quşu kimi təkrarlayıb, cəmiyyətə doğru, həqiqət kimi sırımağa çalışırlar. Demokratiyanın “beşiyi” ABŞ Konqresinin nümayəndələr  palatasının xarici əlaqələr komitəsi 1915- ci ildə Osmanlı Türkiyəsində baş vermiş olayları “erməni soyqırımı” kimi tanıyan qətnamə qəbul edir. Tarixi tarixçilər yaxşı bilir, siyasətçilər yox. İddiaya görə, güya həmin vaxt türklər 1, 5 milyon erməni öldürüb. Əgər bu, doğurdan da belədirsə, onda nədən Türkiyənin “gəlin, arxivləri açaq” təklifinə nə ermənilər, nə də Türkiyəni soyqrımda günahlandıran Fransa, Amerika və b. ölkələr heç bir reaksiya vermədi?

  Bala Buşun vaxtında güya ki, türkiyəyə dəstək münasibətini bildirən bir senator Buşa göndərdiyi müraciətində yazır: “Biz bu soyqrım sənədini qəbul etməməliyik. Çünki Türkiyə indi bizə lazımdır”. Cənab senatorun dediklərindən belə çıxır ki, bu gün bizə lazım olan Türkiyə ilə mülayim və xoş davranmalıyıq. Sabah lazım olmayanda “soyqrımı”nı da tanıyarıq, lap basıb gözünü də çıxararıq. Burdan da belə bir nəticəyə gəlmək olar ki, Amerika maraqlar demokratiyası yeridir. Əgər bu belə olmasaydı, onda Amerika ermənilər tərəfindən törədilmiş, insanlığa üz qaralığı gətirən Xocalı soyqrımını dilə gətirərdi, nəyinki  105 il bundan öncə baş verməmiş yalançı bir olayı.

  Zaman-zaman biz iranlıların, monqolların, rusların, ermənilərin hücumlarına məruz qalmışıq. Bu millətlərlə əvvəl düşmən olub, sonra isə dostlaşmışıq. Üstümüzə gələnlər gəldikləri kimi də geri qayıdıblar. Amma ermənilər rədd olub getməyiblər, yapışıb qalıblar.

  Bu gün qonşu dediyimiz bu qaraçı və xəstə millətin heç qonşuluğumuzda belə yerləri olmayıb. Eramızın !v-v əsrlərində torpaqlarımıza soxulublar. Sonralar yaratdıqları dövlət Sasani və Romalılar tərəfindən bölüşdürülüb. Albaniya (Azərbaycan) torpaqları özlərinə qaytarılıb. Hadisələri ardıcıllıqla izləsək görərik ki, başımıza gətirilən hadisələr eyni ssenari üzrə gedir. Amma çox təəssüflər olsun ki. tarixin ibrət dərslərindən heç vaxt nəticə çıxarmamışıq. Bunun da acı nəticəsi o olub ki, torpaqlarımızı itirə- itirə erməni dövlətinin yaranmasına zəmin yaratmışıq.

  Çox qəribədir ki, dünyanın gözü qarşısında Azərbaycanın əzəli torpaqlarını işğal edən. minlərlə soydaşımızı qətlə yetirən. bir milyon insanı yerindən- yurdundan didərgin salan, qaçqına, köçkünə çevirən, Xocalı kimi dünyada görünməmiş qətilam törədən ermənilərə dünya birliyi bir söz demir və ya onlara təsir edə bilmir. Ermənilərin haqsızlığını, vəhşiliyini sübuta yetirən, təksib olunmaz saysız faktlar var. Amma çox təəssüf ki, bu faktlardan yetərincə istifadə etmirik. Ya da özümüz təhrif edirik. Bu gün qəzetlər İrəvanı “Yeravan”. Göyçə gölünü “Sevan”, Ağrı dağını “Ararat” və s. kimi yazırlar. Bu danışığımızda da belədir.

  2007- ci ildə Azərbaycanın orta əsr şəhərlərindən biri olan İrəvanın 600 illiyi tamam oldu. Səyyah Övliya Çələbinin məlumatına görə, Əmir Teymurun Xacə xan adlı zəngin bir taciri 1407- ci ildə Zəngi çayının sahilində böyük kənd salır. Təqribən yüz il sonra Səfəvi hökümdarı birinci Şah İsmayılın göstərişi ilə vəzir Rzaqulu xan həmin kəndi 7 ilə “Rəvan” adlı şəhər- qalaya çevirmişdir.

  1655-ci ildə İrəvanda olmuş fransız səyyahı Y. Toveniye yazmışdı ki. İrəvan qalasında ancaq müsəlmanlar yaşayır. Ondan bir neçə il sonar İrəvanda olmuş başqa bir fıransız səyyahı Y. Şorden gördüklərini belə təsvir etmişdi: “İrəvan qalası kiçik şəhərdən böyükdür. İçərisində 300 ev var. Orda ancaq təmiz qanlı Səfəvilər yaşayır”.

  Bu faktları qoca tarixin yazılı yaddaşından heç cür pozmaq və təhrif etmək mümkün deyil. Nə üçün biz başqa faktlar kimi bu faktlardan da istifadə etməmişik?

  Gözlərində torpaq aclığı olan ermənilərin gözləri Naxçıvanda, İrəvanda, Zəngəzurda, Göyçədə, Qarabağda və b. yerlərimizdə olub. Tarix göstərir ki, Qarabağ Qafqazın ən strateji bölgələrindən biri olub. Elə buna görə də Rusiyanın, Türkiyənin, İranın və eləcə də nankor qonşularımız ermənilərin maraq dairəsində olub. İngiltərə, ABŞ, Fransa da Qarabağa böyük maraq göstəriblər.

  Ermənistan təkcə Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaqla kifayətlənmirdi. Onun tamah dişi böyük idi. Dini dinindən olan qonşu Gürcüstan torpaqlarında da gözü vardı. Ona görə də Azərbaycanla birlikdə Gürcüstanla da müharibə elədi. Bu müharibədə qazancları qədim Azərbaycan torpağı olan İrəvan oldu. Onlar coğrafi ərazisi 9 min kv-km olan kiçik bir Ermənistan dövləti yaratdılar. Sonralar isə onu yeni Azərbaycan torpaqları hesabına 29 min kv- km çatdırdılar.

  Rus tarixçisi N.N. Şavqov “Zaqafqaziyada rus işinə təhlükə” adlı kitabında yazırdı: ”1826- 1828- ci illər Rus- İran müharibəsindən sonrakı iki ildə Zaqafqaziyaya 40 min İran ermənisi, 8400 Türkiyə ermənisi köçürülmüşdür və onlar erməni millətinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyasının ən yaxşı torpaqlarında- Yuxarı Qarabağda və Göyçə gölü sahillərində yerləşdirildi. Köçkünlərin çoxu ermənidir. Zaqafqaziyada yaşayan 1 milyon 300000 nəfər əhalinin 1 milyonu diyarın yerli əhalisi deyil, gəlmədir”.

  Ermənilərin Dağlıq Qarabağda məskunlaşdırılmasında çar Rusiyasının böyük marağı vardı. Bu maraq da gələcəkdə onun karına gələcəkdi, necə ki, neçə əsrdi gəlir.

  Hələ 1823-cü ildə Rusiyanın hakimiyyət orqanları Qarabağda əhalinin siyahıya alınmasını keçiriblər. Və aydın olub ki, Qarabağda cəmi- cümlətəni 4366 erməni var ki, bu da ümumi əhalinin 11,7 % təşkil edir. Elə o ildə köklü Azərbaycan əhalisinin sayı ermənilərdən üç dəfədən çox- 15729 nəfər olub. Bu da ki,  əhalinin 88, 4 % təşkil edir.

  “Böyük Ermənistan” sərsəmliyinin həyata keçirilməsində ən çox fəallıq göstərən 1890- cı ildə Tiflisdə yaradılan “Daşnaksütyun” partiyasıdır ki, bu gün də sadə erməni xalqını sonu görünməz uçuruma aparmaqdadır.

  Qorib soy adlı bir gürcü müəllifi “Qızıl kitab” adlı əsərində yazırdı: ““Danaksütyun” partiyasının yaradılmasına kimi güney Qafqazda sülh və dostluq hokum sürürdü”.

  Qatı millətçilik azarına tutulmuş ermənilər xx əsrin əvvəllərində azərbaycınlıları dədə- baba torpaqlarından çıxarmağa başladılar. Və bununla da azərbaycanlılara qarşı soyqrım tarixinə start vermiş oldular.

  Birinci dünya müharibəsində dünyanın başının qarışmasından istifadə edən ermənilər “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün fəallaşdılar. Türklərdən 1914-cü ildə Şərqi Anadoluda müxtariyyət əldə etdilər.

   Arxalarında Çar Rusiyasının olduğundan ruhlanan, torpaqlarımızda özlərinə rahat həyat təşkil edən ermənilər Azərbaycana qarşı daha amansız oldular.

  1917- ci ilin axırından 1918- ci ilin iyununa kimi İrəvan quberniyasında 200- dən çox Azərbaycan kəndini tar- mar elədilər, odlara qaladılar, kənd camaatını isə məhv elədilər. 1919- cu ildə Türkiyədə qulağı kəsilib əlinə verilmiş tayqulaq Andranik Zəngəzurda və Yuxarı Qarabağda kütləvi qırğınlar törətdi, 60 min insanı yerindən- yurdundan didərgin saldı. Ermənilərin Azərbaycanlılara qarşı törətdiyi qırğınlar barədə tarixin danılması mümkün olmayan küllü miqdarda faktlar var. Bu faktlardan biri də Azərbaycan Xalq Cümhüriyyəti hökumətinin fövqəlada istintaq komissiyasının 35 cilddən və 3600 səhifədən ibarət bu günümüzə çatan materiallardır. Materiallarda açıq- aydın göstərilir ki, vəhşi ermənilər Bakıdan sonra Şamaxıda, Göyçayda, Ağdaşda, Qubada, İrəvanda, Zəngəzurda, Salyanda, Qarabağda və yüzlərlə türklər yaşayan yaşayış məntəqələrində insanlığa yaraşmayan qatı düşmənçilik qırğınlar törətmiş, yüz minlərlə uşağı, qocanı, qız- gəlini gülələmiş, diri- diri torpağa basdırmışlar. Təkcə qədim Şamaxıda iki ayda 8 min dinc sakini qətlə yetirmişlər. Ermənilərin vəhşiliyinin ağrı- acısını təkcə azərbaycanlılar çəkməyib. Eyni zamanda Qafqazda yaşayan başqa millətlər də çəkiblər. Gəlin faktlara müraciət edək: 1918- ci ildə ermənilər 470 mindən çox azərbaycanlını, 120 min gürcünü, 90 min kürdü, 18 min kumuku, 21 min dargini və çeçeni, 47 min avarı, 13 min yəhudini və tatı, 110 min rusu məhv ediblər. Bu danılmaz faktları Azərbaycan- Slovyan Dünyası ictimai birliyi uzun və gərgin araşdırmadan sonra müəyyən edib.

  Azərbaycan xalqı ürəyi yumuşaqlığından, günahkarı bağışlamağından, ürəyində kini- küdrəti olmamağından, unutqanlığından həmişə başı bəlalar çəkib. Ən böyük bəlanı isə 1992-ci il fevral ayının 25-dən 26- na keçən gecə çəkib. Bu bəla son 200 ilin ən dəhşətli bəlası kimi insanlıq tarixinə qanla yazıldı. Gərək bu gün insanlıq bir- birinin üzünə dik baxmasın, xəcalət çəksin. Bu ağrını, bu məşəqqəti dinindən, dilindən asılı olmayaraq bütün yer üzü çəksin. Dünya parlamentləri bir mənalı şəkildə ermənilərin azərbaycanlılara qarşı soyqrım kimi yox, insanlığa qarşı soyqrım kimi qəbul etsin. Amma gəlin görək bəşəriyyət, dünya birliyi ermənilərə qarşı hansı sərt tədbirləri gördü. Əksinə dünyanın aparıcı dövlətlərinin parlamentləri 1915- ci ildə dünya Türkiyənin erməniləri soyqrıma məruz qoyduğunu iddi edib, onları “əzabkeş” millət kimi tanıyır. Axı ortada həqiqi faktlar yoxdur. Elə ortada tutarlı faktlar olmadığına görə də bu işi tarixçilər yox, siyasətçilər görür.

  O müdhiş gecənin “qəhraman”ı olan 366- cı rus alayının köməyi ilə erməni vəhşiliyi nəticəsində 613 nəfər Xocalı sakini öldürülmüşdür ki, onlardan da 106 nəfəri qadın, 59 nəfəri bir yaşından 18 yaşına qədər olan uşaq və yeniyetmə. 70 nəfər qoca, ağsaqqal, ağbirçəkdir, 8 ailə tamamilə şəhid olmuş, 25 nəfər uşaq ata- anasını, 230 nəfər uşaq valideyinlərinin birini itirmişdir, 487 nəfər əlil olmuş, 150 nəfər isə itkin düşmüşdür ki, bu günə kimi onlardan xəbər- ətər yoxdur. 1275 nəfər dinc sakin girov götürülmüş. 1000 nəfər isə güllə yarası almışdır.

  Bu görünməmiş zülmə dünya birliyi hələ də dözür. Çünki onun ədaləti yoxdur. Onlar kar və kordurlar. 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}