Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dostuna arxa çevrən Amerika!

                                 

  

    "xeberinfo.com": Mən  bir  Allah  bəndəsi  kimi  ha  fikirləşirəm, ha  götür-qoy  edirəm, Amerika kimi  demokratik  (özlərinin  dediklərinə  görə )  bir  dövlət  əl  boyda  Ermənistanın  nəyinə  və  harasına  vurulub  ki, onu cani-dildən  belə  müdafiə  edir? Ermənistan  böyük  dövlət  deyil, heç  demokratik  dövlət  də  deyil. Bəs  onda  nədəndir  Amerika  erməniləri  bu  qədər  çox  sevir? Nahaqq  işini  bilə-bilə haqq   kimi  qəbul  edir? Bunun  dəqiq  və  qərəzsiz  bir  cavabı  var- hər  ikisi  şər yuvasıdır, məkirlidir, böhtançıdır.  İkisi  də  mənəm-mənəmliklə  yaşayır. İkisi  də işğalçıdır. Şəxsən  mən  heç  vaxt  Amerikanı  demokratik  ölkə  saymamışam. Bəlkə   də  daxili  siyasətində  demokratiya  deyilən  bir  şey  var. Amma  xarici  siyasətində  bundan  iynənin  ucu  boydada  olsa  əsər-əlamət  yoxdur. İstədiyi  vaxt , istədiyi  anda  demokratiya  pərdəsi  altında  istədiyi  ölkəyə qoşun  yeridir, günahsız  insanların  qanını  tökür.     

    Keçən əsrdə  Şimali  Vyetnam  və  Cənubi  Vyetnamın  birləşməsinə mane  olan  Amerika  Cənubi  Vyetnamda  hərbi  rejim   yaratmışdı. Maraqlarına  cavab  verməyəndə  hər  ikisini  bombarduman edir, dinc  əhaliyə  olmazın  divan  tuturdu. Nəhayət, Vyetnam  xalqının  azadlıq  hərəkatı  gücləndi  və  yarım  milyonluq  Amerika  qoşunu  biabırçı  halda  ölkədən  çıxarıldı. Məyər  Amerika  Vyetnama, Əfqanıstana, İraqa  demokratiyaya  görəmi   ordu  yeritdi? Əsla! İndi  hədəfdə  İrandı.

    Əgər  doğurdan  da  Amerika  demokratiyanın, insan  hüquqlarının  müdafəçisidirsə, nəyə  görə  Dağlıq  Qarabağ  məsələsində  ikili  standlardan  çıxış  edir? Hər  il  Dağlıq  Qarabağ  separatçılarına külli  miqdarda   maliyyə  yardımı  edir? Azərbaycana  isə  qadağalar  qoyur.

    Demokratiyanın  "beşiyi" ABŞ  Senatının  Xarici  Əlaqəlar  Komitəsi  bu  günlərdə  1915-ci  ildə  Osmanlı  Türiyəsində  baş  vermiş  olayları  "erməni   soyqrımı" ilə  bağlı  qanun layihəsini  qəbul  edib. Tarixi   tarixcilər  yaxşı  bilir,siyasətçilər  yox. İddiaya  görə, güya  həmin  tarixdə  Osmanlılar  1,5 milyon  erməni  öldürüb. Əgər   bu, doğurdan  da  belədirsə, onda  nə  üçün  Türkiyənin "gəlin, arxivləri  açaq" təklifinə  nə  ermənilər, nə  də  Türkiyəni  soyqrımda  günahlandıran  Fransa, Amerika, Rusiya  və  başqa  ölkələr  heç  bir  reaksiya vermədilər?

  Amerika   Senatının  Xarici  Əlaqələr  Komitəsinin  erməni  lobbisinə  boyun  əyib  belə  bir  ədalətsizliyi  etməsi,Amerikanın  Türkiyə  ilə  olan  dostluq  münasibətlərinə  böyük  zərbədir.  

   Uzun  illər  bundan  qabaq  güya  Türkiyəyə  dost  münasibətini  bildirən  bir senator  prezidentə  göndərdiyi  müraciətində  deyirdi: "Biz  bu  soyqırım  sənədini  qəbul  etməməliyik. Çünki  Türkiyə  indi  bizə  lazımdır."  Senatorun  dediklərindən  belə  çıxır  ki, bu  gün  bizə  lazım  olan  Türkiyə  ilə  yaxşı  rəftar  etməliyik. Sabah  lazım  olmayanda  "soyqırımı"nı  da  tanıyarıq, lap   basıb  gözünü  də  çıxararıq. Demək, Amerika  maraqlar  demokratiyasıdır. Əgər belə  olmasaydı, ermənilər  tərəfindən  törədilmiş  Xocalı  faciəsini  bir dəfə  dilinə  gətirərdi, nəinki  99  il  öncə  baş  verməmiş  yalançı, düzüb-qoşulmuş  bir  olayı.

    Amerikanı  Türkiyə  ilə  birləşib  bu  yoldan  çəkindirməsək, sabah  onlar  Dağlıq  Qarabağı   müstəqil  ölkə  kimi  tanıyacaqlar. Çünki  Amerika  iki  üzlüdür, dönükdür, maraqlarına  görə  dostuna  arxa  çevirəndir. Ona  inanmaq, bel  bağlamaq  olmaz. Neçə  ki, gec  deyil, ayağa  qalxıb  Dağlıq  Qarabağı, eləcə  də  itirdiyimiz  digər  torpaqlarımızı  erməni  işğalından  azad  etməliyik. Sonra  gec olacaq. Heç  bir   beynəlxalq  təşkilat  harayımıza (necə  ki, indiyə  kimi  çatmayıb ) çatmayacaq. Ona  görə  ki, beynəlxalq  təşkilatlar  Amerikanın  buyruq  qullarıdırlar, onun  diktəsi  ilə  oturub- dururlar.

   Amerika  Konqresmenləri  niyə  Türkiyənin  ermənilərə  törətmədikləri  " soyqrımı"nı  tanıdıqları  halda  özlərinin  6  və  9  avqust  1945-ci  ildə  Xirosima   və  Naqasaki  şəhərlərinə  iki  atom  bombası  atıb  on  minlərlə  dinc  sakini  məhv etməsini  soyqrım  kimi  tanımır?

   Türkiyənin  hər  zaman  bizim  yanımızda  olmasına  baxmayaraq, biz  vaxtında Türkiyənin  yanında  olmadıq. Dövlət  səviyyəsində  Amerika  Konqresmenlərinə xırda  bir  etirazımızı  belə  bikdirmədik.

 

                 

 

   Məhərrəm  Şəmkirli                 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam