Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

SÖZÜN BÖYÜKLÜYÜ ONUN HƏQİQƏTİNDƏDİR -Məhərrəm Şəmkirli

 

SÖZÜN BÖYÜKLÜYÜ ONUN HƏQİQƏTİNDƏDİR-Məhərrəm Şəmkirli

Yenixeber.org: Sözün böyüklüyü onun həqiqət olmasındadır. Çox təəssüf ki, bu gün dünyanı başına götürmüş mənəm- mənəmlik davası həqiqi, doğru sözün qarşısına elə bir sədd çəkib ki, doğru danışan haqsız, yalan danışan haqlı olub. Bir sözlə doğru söz urvatdan salınıb, dəyərsizləşdirilib, kəsərsizləşdirilib. Istər böyük- böyük ölkələrin böyük liderləri olsun, istərsə də sadə insanlar hamsı olduqları kimi görünə bilmirlər, göründükləri kimi də ola bilmirlər. Bu yerdə dünya tərsinə dövran edir? Deyirlər. Doğrunu, ədaləti istəyən adam birinci növbədə özü doğru və ədalətli olmalıdır. Atalarımız gözəl deyib: “Doğruya zaval yoxdur”, “Yalan ayaq tutar, amma yeriməz”, “Yalanın ömrü qırx gün olar”, “Haqq nazilər, amma üzülməz”. və s. Atalarımız bunları öz zamanları üçün deyiblər və əyani də görüblər. Ancaq bu gün zavala gəlmək elə doğru danışmaqdan olur, yalan dörd nala çapır, yalan əsrlərlə yaşayır, haqqı nazilir də, üzülür də. Belə olan halda dünyanın qiyamət günü başlamırmı?! Başlayır!

Yazıçı publisist Əlisahib Əroğlunun “Özümlü söz- sözün doğrusu” adlı publisistik kitabındakı bütün yazılarda bu çox qabarıq və narahatçılıqla oxuculara çatdırılır.

Kitaba annotasiya əvəzi özlü söz yazılıb. Özlü sözdə qeyd olunur ki, özlü olan söz ölməzdir! Öz və özlü olmanın əlifbası, təməl daşı əsillik və doğmalıqdır. Gözəl fikirdi. Öyüləsi və təqdir olunasıdır.

Əsilliklə bağlı atalarımızın gözəl bir deyimi də var. “Əslini danan haramzadadır.” Biz əslini danan millətik. Özüdə bilə- bilə. Ona görə də aramızda doğmalıq, mehirbançılıq yoxdur. Olsaydı olanlara qarşı içimizdə bu qədər soyuqluq, biganəlik olmazdı. Başqalarının bizim haqqımızda dedikləri yalanları həqiqət kimi qəbul edib, tutuquşu kimi təkrarlamazdıq, mədəniyyətimizi, adət- ənənəmizi gülünc şəkilə salmazdıq. Müəllifin təbrincə tarixçilər “sonsuzluqdakı tamlığı görmədən, axtarış etmədən tarix yazırlar”.

Əlisahib Əroğlunun dediklərində böyük həqiqət var. O, göstərir ki, Vətən, torpaq, yurd, çay, dəniz və s. kimi adlarımızdakı “s” səsini farslar öz dillərinə uyğun “z” kimi tələffüz etmiş, yazıda da tələffüz etdikləri kimi yazmışlar. Asərbaycanı (bunu birinci dəfədir ki, Ə. Əroğlunun kitabından oxuyuram və yazı boyu mən də belə yazacam) Azərbaycan, Əras çayını Araz, Asıxı Azıx  və s. kimi işlətmişlər. Çox təəssüf ki, bu yalnışlıq bu gün də davam edir, yəqin ki, ciddi araşdırıcılar araşdırmasa,həqiqəti ortaya çıxarmasa sabah da davam edəcək.

Müəllif Türklərin ilkin yurdu haqqında da tarixçilərin ikili fikirlərinə münasibətini bildirir. Oxuculara Asərbaycanlıların coğrafiyası haqqında xatırlatma edən Ə.Əroğul hansı ərazilərə sahib olduğumuzu, zaman- zaman bu ərazilərin ruslar və farslar tərəfindən əlimizdən alınıb yadlara, gəlmələrə peşkəş olunduğunu ürək ağrısı ilə qələmə alır. Asərbaycan tarixinin istər qədim dövrünü, istərsə də sonrakı dövürlərini yazan tarixçilər öz cızmaqaralarında göstərirlər ki, Qafqazdilli albanların bir qismi dillərini və dinlərini dəyişmişlər, başqa bir qismi isə dillərini saxlamaqla erməniləşmişlər. Bu yerdə Əlisahib müəllim soruşur ki, dini dəyişmək asandır, yoxsa dili?! Axı tarixi qaynaqlarda ermənilərin Asərbaycanda məskunlaşması barədə ondördüncü əsrədək bir kəlmə də olsun məlumat yoxdur. Əcabə, onda alpan türklərinin erməniləşməsini necə başa düşək? Açıqan- açığa bu Asərbaycan tarixinə biyabırçı bir yamaqdır. Bu gün tariximizin olduğu kimi yazılması üçün vətənpərvər yazıçılarımızın, tarixçilərimizin, etnoqraflarımızın, corafiyaçılarımızın, dilçilərimizin, folklorşunaslarımızın üzərinə böyük vəzifə düşür. Onlar təkcə ölkəmizin tarixini yox, həm də mədəniyyətimizin, adət-ənənələrimizin milli düşüncəyə uyğun şəkildə yazılmasını təmin etməlidirlər. Ən azından 20-21 minillik yaşı olan türk tarixini 70 il ömrü olan sovet tarixşunaslığı buxovundan qurtarmaq lazımdır.

Əlisahib müəllim kitabının “Mən türkəm!” deyəndə bölümündə Türkün zənginliyi, təmizliyi, əbədiliyi, əməlisalehliyi, düzgünlüyü, inamçılığı, imançılığı önə çəkilir, təqdir olunur. 920- ci ildə ərəb əsilli səyyah İbn Fadlan yazırdı: “Türklər yaranışdan coşqun ruhlu, çox çevikdirlər. Yabançı bir dövlətin tabeliyində olmaq, asılı yaşamaq onların dözə biləcəyi bir hal deyildir. Azad, müstəqil yaşamaq türklərin əsl istəyidir”.

Bu gün insanlıq adına ləkə gətirən, saxta tarixi, mədəniyyəti, mətbəxi və s. olan ermənilər hər zaman türklərə düşmən kəsilib. XX əsrin ikinci onilliyində türklərin onlara qarşı soyqrım həyata keçirdiyini bütün dünyaya yayan və onlara havadarlıq edən xristian dövlətlərinin parlamentlərində yalançı soyqrım aktını qəbul etdirən ermənilər Türkiyə prezidenti R. T. Ərdoğanın “Gəlin arxivləri birlikdə açaq, tarixi tarixçilərə buraxaq” çağrışına belə məhəl qoymurlar. Görəsən, ermənilər ondoqquzuncu əsrin fransız yazıçısı Alfonse de Laupartın “İnsanlığa şərəf gətirən türkə düşmən olmaq elə insanlığın özünə düşmən olmaq deməkdir.” xəbərdarlığını, çağrışını eşitməyiblərmi, oxumayıblarmı? Və yaxud Napoleonun “Türkləri öldürmək olar, amma məğlub etmək olmaz” həqiqətini bilmirlərmi?

Mən hesab edirəm ki, ermənilər Türklərin insanlığını da, yenilməzliyini də, fədəkarlığını da, qəhramanlığını da görüblər. Onların nəyə və nələrə qadir olduqlarını da gözəl bilirlər. Amma xristian təssübkeşliyinə bel bağlayan xəstə millət xainliyindən, məkirliliyindən, yalançılığından, böhtançılığından, qeyri- insanlığından bir addım da olsa geri çəkilmir.

Ermənilər tarixin bütün dövürlərində türklərə olduğu kimi bizə qarşı da kinli, ədavətli olublar, düşmən münasibət bəsləyiblər. İmkan düşəndə, şərait olanda namərdcəsinə bıçağı kürəyimizdən saplayıblar. Bunların hamsı onları evimizin yuxarı başında oturtmağımızdan qaynaqlanır. İllərlə bizi ata- baba yurdlarımızdan qovmaq üçün planlar qurub, yollar arayıblar, vaxtı, zamanı gözləyiblər. Onlar üçün ən gözəl vaxt mənfur M. Qorbaçovun hakimiyyətə gəlməsindən sonra oldu. 1988- ci ildə onlar yuxudan ayıldılar, biz isə xorhaxor yatmağımızdaydıq. Elə həmin il onlar “Topxana”meşəsini qıranda baltalarının səsinə oyandıq.

Beynəlxalq aləmdə ad çıxarmış erməni- daşnaq terrorçular uzaq- uzaq ölkələrdən İravana, ordan da Qarabağa gəlib dəhşətli terrorlar törətdilər, Dağlıq Qarabağı və ətrafdakı  rayonları işğal etdilər. Və çox rahatca Dağlıq Qarabağ Respublikasını yaratdılar. Əzəli sakinlər yerlərindən, yurdlarından qovulub qaçqına, köçkünə çevrildilər, on minlərlə dinc sakin erməni gülləsinə tuş gəldi. Dünyanın ən kiçik dövlətlərindən biri olan Azərbaycan bir milyon qaçqına qucaq açdı. Ermənilər tarixdə görünməmiş Xocalı soyqrımını törətdilər. Ancaq dünya susdu və susmağında da davam edir. Nə vaxta kimi?! Bunu da bilmirik. Özümüz də ayağımızı ayağımızın üstünə aşırıb torpaqlarımızın qaytarılmasını ata ət, itə ot verən ATƏT- dən gözləyirik. Tanrım, biz nə qədər korazehin və bacarıqsızıq. Ürəyimizin təpərini, qolumuzun gücünü qoymuşuq dincə. Bu qədər laqeyidsizlik, bu qədər arxeyinçilik, bu qədər torpağa sevgisizlik olmaz axı!!!

Heç çəkinmədən, qorxmadan bir həqiqəti deməliyik ki, birinci Qarabağ müharibəsində bizi ermənilər yox, ruslar məğlub elədi. Bu gün meydanda bir bizik, bir də ermənilər. Bəzi siyasətşünaslar, məmurlar deyirlər ki, bu meydana ruslar da daxil ola bilər. Qorxmaq, çəkinmək lazım deyil. Doğrudur, beynəlxalq təşkilatlar, böyük- böyük dövlətlər “Müharibə yol verilməzdir. Münaqişə sülh yolu ilə həll olunmalıdır”, xəbərdarlığına baxmadan torpaqlarımızı əsarətdən qurtarmalıyıq. Bizim bundan qeyri yolumuz yoxdur. Biz sül yolunu artıq 30 ildir ki, ermənilərə və dünyaya deyirik, amma erməni bu yola gəlmir ki, gəlmir. Elə “Qarabağ Ermənistanındır” deyib durur. Bunu hər kəs bilir. Məhz elə bu fikiri əsas götürüb yaşayışımıza, inkişafımıza mane olan, dəfələrlə bizi soyqrımına məruz qoyan, o boyda Qərbi Asərbaycanı əlimizdən alıb (təbii ki, havadarlarının köməyi ilə) dövlət quran, Asərbaycan Respublikasının köbəyində ikinci hay dövləti qurmaq istəyən daşnaklara qeyrətimizi, gücümüzü, fədəkarlığımızı (Aprel döyüşlərində olduğu kimi) göstərməliyik. Yoxsa dünyanın yüz illərlə uzanan, həllini tapmayan Kəşmir, Fələstin, Kipir və s. kimi Qarabağın da azad olunması uzandıqca uzanacaq. Bütün bunları gözönünə gətirən müəllif Qarabağın yol xəritəsini təklif edir: Dağlıq Qarabağda yaşayan 60 minlik əhalinin “öz müqəddaratını təyin etmə hüququ haqqında” irəli sürülən fikiri aradan götürmək, yalançı idiaları alt-üst etmək, ermənisiz Qafqaz uğurunda çalışmaq, qərbin yalançı demokratiya masqasını üzündən götürmək, Qərbi Asərbaycanlıların öz dədə- baba torpaqlarına qaytarılması gündəmə gətirilmək, “Ərazdöyən- Vedibasar”, “Zəngəzur- Göyçə” və ya “Ağbaba- Pəmbək” və s. ərazi vahidləri üzrə muxtar vilayətlər yaradılmak, uydurma erməni “soyqırımı”nın uydurmalığı təsdiq olunmalı, Asərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş 31 Mart soyqrımı milyonların iştirakı ilə “Azadlıq” meydanında anılmalıdır, Naxçıvanda Türkiyənin hərbi bazası yaradılmalıdır və s. və i.

Türk dünyasının şeir tacidarı olan Füzulinin Kərbalada qəbrini ziyarət edən Əlisahib Əroğul böyük bir iftixar duyğusu keçirir və Füzulini beynəlxalq aləmdə Türkdilli ədəbiyyatın şahı sayır, səcdəgahımız bilir.Və əminliklə göstərir ki, hər birimizin içində Füzuli aşiqliyindən bir zərrə var.

“Kərbalada Füzuli nisgili” bölümündə müəllif Füzulinin sözə verdiyi dəyəri, qiyməti özünə məxsus fəlsəfi bir dillə göstərir. Onun sözə Tanrının bir təcəllisi kimi baxır, onun qarşısında baş əyir və heyrətlə deyir:

                                             “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,                

                                              Surəti- halın görən, surəti xəyal eylər məni”.

Böyük Füzuliyə sonsuz sevgisi olan Əlisahib müəllim Kərbalada son 30 ildə iki dəfə yeri dəyişdirilən Füzulinin qəbrini ziyarət edir. Ürək ağrıdan yöndəmsiz (özünün dediyi kimi qibləsi- filanı olmayan) bir daş parçası görür. Amma onun xəyalı türbə- məğbərəyə gedir. Böyük şairə bu hörmətsizlik, sayğısızlıq onu üzür, sarsıdır. Və belə bir qənaətə gəlir ki, iqlimi isti olan bir ölkənin insanlarının ürəyi buz kimi soyuqdur.

Yazıçı bu gün müsəlman dünyasında baş verən olayları da nəzərdən qaçırmır, ona da ziyalı münasibətini göstərir. Böyük narahatlıqla qey edir ki, qoca Şərq əsilliyini, müqəddəsliyini, bütövlüyünü itirmək təhlükəsindədir. Qərbçi olmaq, onu kor- koranə yamsılamaq özgələşməkdir. Çox təəssüf ki, Şərq bu gün bunu anlamaq səviyyəsində deyil.

Əlisahib başqa bir yazısında özünə və soydaşlarına sual verir ki, biz nə üçün bir ola bilmirik? Və sualını da uca Peyğımbərin sözləri ilə cavablandırır. İçimizdə xəyanət var. Bu xəyanətə görə də düşmənə qalib gələ bilmirik.

Ə. Əroğlunun “Özlü söz- sözün doğrusu” kitabı oxucuların maariflənməsində müstəsna rol olacağına məndə böyük inam yaradır. Və mən sözə dəyər verən biri kimi dostuma yeni- yeni yaradıcılıq uğurları arzulayıram.

 (Məhərrəm Şəmkirli

AYB və AJB-nin üzvü)   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam