Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Cinayətdə cəmiyyətin təcəssümü

 

    Unutmayaq...!Azərbaycan müharibə vəziyyətindədir. Azərbaycan torpaqlarının iyirmi faizi tarixi düşmənimiz olan ermənilərin tapdağı altında olmasına baxmayaraq müstəqilliyin inkişaf mərhələsini keçərək yenidən qurulur və gözəlliyi ilə göz oxşayır. Əlbəttə müharibə vəziyyətində olan dövlət inkişaf etdikcə cəmiyyətdə baş verən hadisələrə 4-cü hakimiyyət sayılan KİV nümayəndələri biganə qala bilməz. Beləki olayları izləyərək zamanın süzgəcindən keçirir fikir və düşüncələrini mətbu orqanlar vasitəsilə ictimayyətə çatdırırlar. Əgər düşünə bilsək ki, Azərbaycan müstəqil, hüquqi və demokratik dövlətdir , cəryan edən hadisələr əslində cəmiyyət üçün məqbul sayıla bilər. Lakin bu qəbildən məni düşündürən, bəzi fikirləri sizinlə bölüşmək istərdim. Bəzən özümə sual edirəm Azərbaycan nefti və qazı ilə inkişaf etməklə başqa dövlətlərə meydan oxuduğu halda, niyə təhsil sisteminin(dırnaqarası) inkişaf etdiyi bir dövürdə vətəndaşların şuur və təfəkküründə geriləmə baş verir, hətta yetişən gənc nəslin nəinki təhsildə irəli gedərək, hətta mənəviyyatında aşınmalar açıq-aşkar nəzərə çarpır. Əslində faktları cahillik kimi, də əsaslandıra bilmirəm. Çünki nəzərə alsaq ki, Azərbaycanın təhsil sistemində müəyyən boşluqlar var desəm yanılmaram. Hətta insanların sağlamlığı baxımından Azərbaycan Səhiyyəsi də istisna deyil.Əlbəttə inkişaf etmiş dövlətin tərəqqisi sağlam ruhlu vətandaşın təhsilindən başlayır. Gəlin belə suala cavab axtaraq.Bəs müasir təhsil sitemi ilə gənc nəsil ayaqlaşa bilirisə nədir insanın təfəkkür tərzini dəyişən? Məncə düşünməyə dəyər. İlk öncə düşünə bilsək ki, dövlətin idarə sistemində qanunlarda boşluq olduğundan korrupsiyanın qarşısını almaq mümkün deyilsə hansı idarə etmədən söz etmək olar? Həqiqəti axtarsaq Prezidentin sosial baxımdan xalqın maddi rifah halının yaxşılaşdırılması üçün verdiyi sərəncam yerli məmurlar tərəfindən kağız üzərində qalır, və saxtalaşdırılırsa hansı rifahdan söz gedə bilər? Rayon və kəndlərimizdə məmur özbaşınalığı baş alıb gedir. Qanunların boşluğundan istifadə edən rüşvətxorlarla yanaşı təkrar-təkrar cinayət məcəlləsinin qanunları ilə cəzalandırılan cinayətkarlar meydan sulayır. Son vaxtlar sanki cəmiyyət qətl meydanına çevrilib. Hər gün radio və televiziya proqpamlarından qətllər haqqında məlumatlar almaqdayıq. İctimayyət arasında çaşqınlıq yaradan odur ki, hətta insanlar öz doğmalarını belə qətlə yetirməyi haqq edirlər (ata-ana, baba-nənələr istisna deyil) Qətllərin çoxu maddiyyat, yəni nəfs, ailə-məişət zəminində törədilir. Son zamanlar baş verən qətllər dövləti də narahat etməyə başlayıb. Hüquq-mühafizə orqanları daha ciddi qərar verməyə hazırlaşır. Cəmiyyəti daha çox silkələyən bir müddət öncə bir atanın beş yaşlı qızını döyərək qətlə yetirməsi, yaxın zamanın hadisəsidir Ana adı yaraşmayan bir qadın sərbəst qalmaq istəyini əsas göstərək iki yaşlı övladını boğaraq öldürməsi oldu. Belə hadisə cəmiyyətdə rezanans yaratmaya bilməzdi. Haşiyəyə çıxaraq sizlərə sual ünvanlamaq istərdim: “Sizcə cəmiyyətdə baş verən bu psixoloji gərginlik nədir? Güman ki hər bir fərdin öz düşüncəsi ola bilər. Mənim isə düşündüklərim təbiətin yaratdığı təzaddır. Təbiət müxtəlifliyi ilə rəngarəng olduğu halda şüurlu insan da xarakter və mənəviyyat baxımından müxtəlifdir. Biz insanlar təbiətin bir parçasıyıq. Bəşər övladının isə düşdüyü vəziyyətə özünün yanaşma tərzi var. Ruhən sağlam insan düşdüyü vəziyyətdən çıxmağı bacarır, lakin psixoloji cəhətdən zəif insan düşdüyü durumdan uzaqlaşa bilmir. Sözügedən bu tip “yaradılmışlar” onu yaşamağa haqq edən ALLAHIN varlığna belə fərqli baxırlar. Belələri dindən-imandan uzaq düşmüş qəlbində ALLAH sevgisi olmayan heyvandan fərqlənməyən canlılardır.Təəssüf ki, belə tipik xarakterli insanlar heç özlərini də sevib şəxsiyyətlərinə dəyər vermirlər. Yaddan çıxarmayaq ki, xisləti korlanmış insanlar çoxlu sayda cinayətlər törətsələr də,baş verənlər hüquq-mühafizə orqanlarında boşluğun olmasına baxmayaraq gecdə olsa aşkarlanaraq açılır və cinayətkar cəzasız qalmır. Dövlətimiz müstəillik əldə etdikdən sonra cinayət məcəlləsində dəyişiklik edilərək cinayətkara kəsilən ağır cəza, ÖLÜM hökmü 1998-ci ildə Avropa Konvensiyasına əsasən ləğv edildi. Cinayətkar üçün ən ağır cəza ömürlük həbs cəzası əsas götürüldü. Əlbəttə təsdiq olunan qanun insanlıq naminə humanistliyin zirvəsidir. Hümanistlikdən söz düşmüşkən Prezident müəyyən bayramlar ərəfəsində yarı cəzasını çəkərək islah olunmuş məhbuslara amnistya qərarı çıxarır.Əlbəttə qeyd olunan məsələ təqdirə layiqdir. Amma belə sual meydana çıxır:”Görəsən, bəs aministya düşmüş cinayətkar ictimayyət arasında mənəviyyatının sağlamlığı ilə seçilə bilirmi?” Düşündürücü sual olduğu üçün baş verən hadisələrə mənim öz fikrimlərim var. Zənnimcə məni və mənim kimi bir çoxlarını narahat edən budur ki, nədən məhbuslar təkrar cinayət törətməklə məhbus həyatına can atırlar? Niyə cəmiyyətlə tarazlaşa bilmirlər? Bu sualı açıq qoyaraq, cavabı hüquq mühafizə orqanlarından gözləyirəm.Hətta Jurnalist olaraq bir amili nəzərinizə çatdırmaq istərdim. Yaranmış vəziyyətə əsasən belə natamamlıq məhbus həyatı yaşamış cinayətkarların xislətində daha aydın sezilir. Əslində təcridxananı məhbus cəzasını çəkərək tərk edirsə islah olunmuş sayılır, lakin mənəviyyatca, daha çox geriləmiş olur. Beləki, aldığımız məlumata əsasən islah metodu kimi Ərəb ölkələrində ilk öncə “Qurani-Kərim”-i məhbuslara məcburən xətm etdirirlər. Cinayətkar cəza çəkdiyi müddətdə “Quran”-ı xətm etmiş olmalıdır. Göstərilən şərtləri icrası ilə məşğul olan qanun keşikçiləri özlüyündə başa düşür ki, “Qurani-Kərim”geriləmiş mənəviyyatın açarıdır ki, yalnız bu yolla daxilən saflaşmaq mümkündür. Gəlin bir anlıq düşünək, məhbus azadlığa can atırsa, məhbəs həyatı yaşadığı müddətcə QURANI xətm edir və hafiz olur, nə vaxtsa törətdiyi cinayətin mahiyyətini anlayır, cəmiyyətə qatılanda özünü təcrid olunmuş hesab etmir. O, yenidən cəmiyyətlə ayaqlaşa bılir. Hər halda şərh olunan qaydalar Azərbaycan təcridxanalarında da öz əksini taparsa ictimayyət tərəfindən alqışlanar. Belə olarsa keçmiş məhbus insanlıq və mənəviyyat arasında tərəddüd etməz, ən azından öz mənəvi təmizliyinə özlüyündə inam yaranar.Hətta ətrafınıin da münasibəti birmənalı olmaz. İnsanlar arasında belə fikir formalaşmaz ki, ”Bu insan cinayətkardır”. Əgər belə qaydaları tədbiq etmək mümkündürsə bu tip insanlar cəmiyyətdə tərəddüd etmədən öz layiqli yerlərini tapa bilərlər. Baxın, əsl tərbiyə metodu və islah olunma qaydası budur!!! Bəzən fikrim şaxələndikcə, düşünürəm bəlkə də, keçmiş məhbusların yenidən cinayət törətməyə sövq edən sosial vəziyyətdir? Çünki azadlığı haqq edən məhbuslar cəmiyyətimizdə maddiyat əldə etmək üçün nə iş yerləri, nədə özlərinə yer tapır. Əsas məsələ budur ki,islah olunmuşlar ( belə demək mümkünsə) ətrafda insanların fərqli baxışları altında əzilərək çaba göstərsələr də heçnə əldə edə bilmirlər. Hər bir məhbus yenidən cəmiyyətə qatılmaq arzusunda olarsa, heç nəyin yerində olmadığını görüncə, sanki onun üçün zaman dayanmış sayılır və nə yazıq ki, belə duruma psixoloji cəhətdən davam gətirə bilmədiyindən, özlərini aciz hesab edərək yenidən cinayət törədirlər. Əslində cəmiyyət kiçik ailələdir, belə durumla qarşılaşan insan isə onun üzvüdür. Ailədə isə fərqli xarakterli uşaq doğulur, eləcə də cəmiyyətdə də müxtəlif xarakterli vətəndaşlar yaşamaqdadır.

Əslində həyatda nə varsa nisbidir: “Yaxşı və pis”. Ananın övladı pisdirsə, ana onu ata bilərmi? Əlbəttə birmənalı şəkildə yox deyirəm. Azərbaycan da bizim anamızdır. Anamız bizləri atmadığı kimi, cəmiyyət də öz vətəndaşından imtina edə bilməz!!! Vətənimiz naminə milli və mənəvi dəyərlərimizi qoruyub saxlamaq vətəndaş olaraq hər birimizin vəzifə borcudur. Beləki yuxarıda sözügedən problemlər mütəxəssis rəylərinə əsasən zaman –zaman cəryan edib və edəcək. Yəni, əvvəllər Sovetlər dönəmində radio və televiziyalara qadağa qoyulduğundan baş verən hadisələr ictimayyətə çatdırılmırdı. Sonunda belə qənaətə gəlirik ki, aysberqin görünməyən tərəfləri olduğu halda, yaranmış mövcudluğa əsasən cəmiyyətin də görünən və görünməyən tərəfləri var. Gəlin görünməz olub, görünən hadislərə prinsipcə vətəndaş mövqeyindən yanaşaq və yetişməkdə olan muasur nəslin milli və mənəvi dəyərlərini göz bəbəyi kimi qoruyaraq, ləkələnməsinə şərait yaratmayaq! Azərbaycan vətənimizdirsə, onun milli dəyərləri sərvətimizdir.... 

 

TƏRANƏ ŞƏMS..

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam