Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ÖZÜMÜZÜ GÖRƏ BİLSƏK...

QƏRİB ÜRƏYİM..


Xeberinfo.com:   Siyasətçi olmadığımdan dünya arenasında gedən hadisələri yetərincə təhlil edə bilmirəm.Hətta ən güclü siyasi icmalçılar dünyada baş verən hadisələrə şərh verməyə çətinlik çəkirlər.Çünki bu gün dünyada cəryan edən hadisələr dolaşmış kələfi xatırladır.Lakin, insan, vətəndaş olaraq dünyada baş verənləri siyasi icmalçılarımızn araşdırmalarını diqqətdə saxlayaraq müşahidə edirəm və təəccüblə özlüymdə aydınlıq gətirməyə çalışıram. 
Görəsən nə baş verir, nə olub insanlara, dinindən, dilindən, irqindən asılı olmayaraq müəyyən müstəvidə millətlər bir-biri ilə düşmən mövqeyindədir. Nəyin iddiasındadırlar, nə istəyirlər bu fani dünyadan?? Niyə öz tanrılarına təpik atırlar? Niyə unudursuz? Bizləri Allah yaratmadımı, həqiqəti dərk etmək üçün öz kitabını, seçdiyi Peyğmbərini dinimiz İslamı göndərmədimi, dünyanı bizə məkan vermədimi, yaratdığı nazı –neməti bizlərə yaşamaq üçün bəxş etmədimi, digər canlılardan seçilə biləcək şüur vermədimi? Baxın, məni düşündürən bu suallara tapa bilmədiyim cavablardır. 
Niyə güclü gücsüzü, haqqsız haqqlını itismar edir və özündən asılı saxlamağa çalışır? Axı bizləri həyata insan olaraq bəxş edən hüquqlarımızı bərabər yaratdı. Niyə güclü dövlətlər hegomonluq iddasına düşərək , zəif dövlətləri istila etməyə can atır? Görürsüz yazdığım sətirlərdə nə qədər niyələrə cavab axtarmalı oluruq. Əslində acınacaqlı hal budur ki, dünyada əzilən, qırılan niyə məhs müsəlmanlardır? Belə təfriqələri yaradıb qızışdıranlar hansı marağın sahibləridir? Gəlin heç uzağa getməyək. Bu gün Türkiyə Türkmənlərindən olan müsəlman qardaşlarımız və onların fidan körpələri nədən harın dövlətlərin hansısa maraqlarının qurbanına çevrilməlidir. Günahları müsəlman olmasıdırmı? Kimdir axı bir budaqda oturub min budağı silkələyən? Nədən dünyada bəzi qüvvələr hər veclə Türkiyəni müharbəyə sövq edirlər? Aydın məsələdir ki, müsəlman dövlətləri sırasında Türkiyə strateji baxımdan, hərbi büdcəsinə görə dünyada ikinci yerdə dayanır. Təbii ki, bəzi qüvvələr Türkiyəni daxildən, xaricdən qarışdırmağa çalışaraq onun daxili gücünü zəiflətməyə çalışırlar. Diqqət etsək görərik ki, planlar elə hazırlanıb ki, əvvəllər böyük qardaş hesab etdiyimiz Rusiya müsəlman dövləti sayılan Türkiyə ilə siyasi müstəvidə burun-buruna dayanıb. Ola bilsin ki, rusların könlündən dünya hökmüranlığı keçir.(Adolf Hitler də dünya hökmüranlığı iddiasında olmuşdur) Yenə qeyd edirəm, mən siyasi icmalçı deyləm. Ola bilər ki, müəyyən mülahizələrimdə yanılmış olum. Amma məni ağrıdan odur ki, müsəlman dövlətlərində insanlığa sığmayan hadisələr törədən xristian dövlətlərinin əməlləri az qalır dünya arenasında alqışlansın. Sual olunur. Birləşmiş Millətlər Təşkilatı niyə yarandı və faliyyəti nədən ibarətdir? Niyə baş vermiş hadisələrlə bağlı tədbirlər planı hazırlayaraq o harın dövlətlərə qulaqburması vermir? Yaxın günün sözüdür. Fransada terror törədilən zaman bütün olaylar ildırım sürəti ilə bütün dünyaya çatdırıldı, matəm elan olunaraq Fransa bayraqlar endirildi. Demək, partlayış zamanı yüzə yaxın fransız terrora məruz qalaraq ölmüşlər. Əgər haqq və ədalət öz yerindədirsə az qalır dünyanın hər yerində müsəlmanlara qarşı genosid tədbiq edilir, lakin digər xristian dövlətləri hadisələri kənardan müşahidə edərək fikir bildirməkdən yan keçirlər. Sanki belə də, olmalıymış. Məni dəxilən qıcıqlandıran isə öz içərimizdə olan bəzi ziyalıların haqsız fikirlərini sosial şəbəkələrdə müxtəlif biçimdə yaymasıdır. Görəsən, özlərini xristian dövlətlərinin bayrağına bürüyərək nə demək istəyirlər onu anlamıram.Yəni bu qədərmi bizim düşüncələrimizdə aşınma gedib? Bizlər kimik? Bu sualın cavavbı çoxmu bəsit? Niyə anlamırlar ki, milli şüur deyilən bir məhfum var. Hər bir vətəndaş öz xalqının təəssübkeşi olmalıdır. Niyə axı belə məsələlərə aydınlıq gətirə bilmirik? Bizim də çox dərdlərimiz var. Düşdüyümüz vəziyyətə bizim qədər yanan ola bilərmi?! Əsla...! Bəs biz niyə anlamırıq? Fransa əslində dövlətlər sırasında Azərbaycanın müstəqilliyini ən gec tanıyan dövlətlərdən biri olub. Nədən bizlər unuduruq ki, Fransa xalqı ermənipərəst millətdir. 
Hər gün sosial şəbəkələr müəyyən saytlar dünyada baş verən hadisələri paylaşmaqda maraqlıdır. Bir məsələ də diqqəti cəlb edir. Haqqında söz demək istədiyim insan 525-ci qəzetin baş redaktoru olduğundan hamımız mətbuatdan tanıyırıq. Özü mətbuatda çalışdığına görə saytların birində vurğulamışdır ki, Türkiyə Rusiyanın hərbi vertalyotunu vurduğuna görə Rusiyadan üzr istəməlidir.Hətta bəzi millət vəkillərinin fikirləri Rəşad Məcidin fikirləri ilə uzlaşır. Maraqlıdır,niyə və nə üçün? Bir haldakı dünyada hegömon dövlət sayılan Amerika və onun Prezidentinin fikirləri aşkar işıqlandırılır. report.az Amerika prezidentinin baş vermiş hadisəyə yəni, Türkiyə və Rusiya olayına fikir bildirdiyini yaymaqdadır. “Obamanın sözlərinə görə, Türkiyənin də, hər bir ölkə kimi, öz ərazisini və hava məkanını qorumaq hüququ var.
"Hazırda Rusiya və Türkiyə arasında dialoqun həyata keçirildiyinə əmin olmaq, həmçinin hadisələrin istənilən şəkildə gərginləşməsindən qaçmaq olduqca vacibdir", — deyə o qeyd edib.
Guman edirəm sözügedən saytın yaydığı məlumatdan 525- qəzetinin baş redaktoru Rəşad Məcidin xəbəri olmayıb. Rəşad müəllim niyə Türk dövləti ruslardan üzr istəməklə aşalanmalıdır? Axı Türkiyə belə addım atarsa bizdə özümüzü alçalmış bilmərikmi? Sual olunur siz Azərbaycan Türkü deyilsiz? Niyə 20 yanvar hadisələri yadınızdan çıxıb. Mən olsun ki, acıları ilə yaddaşlara höpan ötmüş dönəmi yada salıram. Zamanında “Böyük qardaş” kimi gördüyümüz Rusiya xalqımızın başına hansı oyunları gətirməyib ki?! Mən hələlik ötmüş tarixləri yada salmıram. Xocalı faciəsi misal deyilmi. Nədən belə tez unutdunuz? Unutmayaq ki, Qarabağ olayı 25 ilə yaxındır ki, gündəmdədir. Hansı əməli işlər görülüb? Bu gün də 20 faiz torpaqlarımız işğalcı Rusiyanın alətinə çevrilmiş Ermənistanın tabeliyində deyilmi? Mən çox istərdim ki, Rəşad müəllim və ağzi isti yerdə olan millət vəəkilləri Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması məsələsinə vətəndaş mövqeyindən yanaşmış olaydı. Ən azı ona görə ki, Ulu Öndər Heydər Əliyev demişkən; Biz Türkiyə ilə “Bir millət iki dövlətik.” Belə düşünəsi olsaq Türkiyənin mövqeyi hər veclə bizim üçün daha əhəmiyyətlidir. Yəni bu o demək deyil ki, biz Türkiyədən asılıyıq. Xeyr. Biz öz suverenliyimizi tanıyan və tanıtdıran müstəqil Azərbaycan dövlətiyik. Lakin dövlət olaraq hər birimiz müsəlman olduğumuza görə birimiz digərimizin maraqlarını müdafiə edib tanımalıyıq. Bir məsələni qeyd etmək lazımdır ki,, Türkiyə Rusiyanın hərbi təyyarəsini səbəbsiz vurmayıb. Dolayısı ilə Türkiyə bu gün Türkmən Türklərinin başına açılan oyunlara qardaş mövqeyi nümayiş etdirmişdir. Bu isə alqışlanmalıdır, nədən Türkiyə Rusiyadan üzür istəmək olayına gəlsin ki?! Yaddan çıxarmayaq müstəqil dövlətimiz Azərbaycan da, öz mövqeyini nümayiş etdirərək Türkiyənin yanında olduğunu bəyan etməlidir. Rəşad müəllim siz mətbuat adamısız və tanınmış qəzetin baş redaktorusuz. Davam edən və dəyişən hadisələri daha dəqiq və operativ gündəmə gətirmək səlahiyyətinə maliksiz. Düzdür siz telorantlıq nümayiş etdirsəniz də, sizin mövqeyiniz Azərbaycan xalqının mövqeyi demək deyil. Amma ziyalısız. Siz və sizinkimilərin qıcıq yaradan mövqeyi insani kefiyyətləri və millətini, torpağını sevən vətəndaşlara təsir etməyə bilməz. Zənnimcə millət olaraq özümüzü kiçiltməli deylik. Özümüz, özmüzə dəyər vermədikcə heç bir dövlət bizimlə hesablaşıb başımıza gətirilənlərə diqqət etməyəcəkdər. Çalışaq özümüzə dəyər verməyi bacaraq!!!
P.S. Sadəcə mən vətəndaş olaraq olaylara öz fikrimi bildirdim. Hər halda çoxlarınızın yanan qəlbinə su çilədim. Çünki görüb dilə gətirilməyəni önə çəkərək oxucuların ürəyindən xəbər verdim. 

 

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam