Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DOĞRUDANMI SƏHİYYƏ BİRİNCİ DƏRƏCƏLİ MƏSƏLƏDİR(?!)...


“Səhiyyə bizim üçün əziz, qiymətli sahədir”
(Heydər Əliyev)
“İnsanların sağlamlığı bizim üçün birinci dərəcəli məsələdir”
(İlham Əliyev)
"Xeberinfo.com":   Vəziyyətlə əlaqəli yolum uşaq poliklinkasına düşdüyündən Ulu öndər Heydər Əliyevin və bu gün dövləti idarə edən Prezdent İlham Əliyevin səhiyyə haqqında dediyi yuxarıdakı fikirləri lövhədən oxudum. Görəsən səhiyyə haqqında söylənmiş xoşməramlı fikirlər bu günümüzlə uzlaşırmı? Sözsüz ki, bu fikirlərin müəllifləri Azərbaycanın birinci şəxsiyyətləri sayılır. O şəxsiyyət ki, zamanında öz müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanı kənar qüvvələrin dağıtmaq istəyindən xilas edən” Azərbaycanın müstəqilliyi əbədidir!- şuarı ilə çıxış edən Heydər Əliyevə təhfil verilmişdir. Prezdent olduğu müddətcə Azərbaycanı yenidən qurub- yaradan Heydər Əliyev özündən sonra dəyərli fikirlərini bu gün dövləti idarə edən Prezdent İlham Əliyevə və xalqına miras qoymuşdur. Lövhədə səhiyyə haqqında yazılmış şuarda qeyd edildiyi kimi ölkə Prezdenti İlham Əliyev atasının fikirlərini daha da qabardaraq, dahiyanə şəkildə səhiyyə haqqında fikirlərin dəyişmədiyini önə çəkmişdir. Bəs bu gün Azərbaycan səhiyyəsi söylənən arqumentlər əsasında özünü doğrulda bilirmi??? Əlbəttə qeyd edə bilərəm ki, müstəqil hesab edilən dövlət öz siyasəti ilə başqa dövlətlərdən seçilməsi üçün onun təhsili, səhiyyəsi mədəniyyəti, mətbuatı azad olmalıdır. (dırnaq arası yox) Başqa sahələr bir kənara səhiyyədə nələrin baş verdiyinə diqqət edək. Görəsən, Azərbaycan səhiyyəsi cəmiyyətin sağlamlığı üçün nələr edir? Bu sualın cavabını vermək üçün Azərbaycanda ixtisaslı kadrlar zəruridir. Əfsuslar olsun ki, Azərbaycan təhsil sahəsində irəli getmədiyindən zaman-zaman bu göstəricilərə nail ola bilmirik. Bu gün birmənalı şəkildə deyərdim ki, öz peşəsini sevən yeni savadlı kadrlar yox dərəcəsindədir. Təəssüf ki, yaxın vaxtlarda hansı qanuna əsasən yaş məhdudiyyəti qoyularaq həkimləri və müəllimləri birbaşa təqaüdə göndərilməsi də xalq tərəfindən birmənalı qarşılanmadı. Bu gün cəmiyyətin səriştəli kadrlara çox ehtiyacı var. Çünki yeni gələn kadrlar praktik cəhətdən çox zəifdirlər. Əksəriyyətini də rüşvət, xəstəni vardan-yoxdan çıxarmaq düşündürür. Bəzən heç həkimləri də qınamaq olmur. Onlar hansı məvacibi alır ki, gözlərini xəstələrin cibindən yığsın? Bu gün demək olar ki, həkimləri və müəllimləri xalq dolandırır. Məvacib deyilən bir zat onların cibinə normal məbləğ şəklində girmiş olsaydı əlbəttə xəstələr bu gün əziyyət çəkməzdilər. Kimdir MÜQƏSSİR??? Bu salın cavabı isə birmənalıdır.
Düzdür savadsız kadırlarla yanaşı xaricdə təhsil almış həkimlər var, lakin bunların əkssəriyyəti ya valideynin təkidi ilə, ya da gələcəkdə mənfəət xatirinə həkimlik peşəsinə sahib olublar. Baxmayaraq Avropalaşan dövrdə yeni təhsil qaydasına əsasən Səhiyyə Nazirliyi də, Təhsil Nazirliyi kimi həkimləri attestasiyadan keçirir(?!) lakin, istənilən nəticə təəssüf doğurduğundan xəstələrin taleyi sual altında qalır. Əgər ixtisaslı həkim kadrlar, (belə demək mümkünsə) yox dərəcəsinə enibsə cəmiyyətdə hansı sağlam nəsildən söz etmək olar? Elə bu səbəbdən də imkanı olan xəstələr xaricdə müayinə və müalicəyə üstünlük verirlər. Bəs imkanı olmayanlar neyləsin? Başqa-başqa sahələrdə çalışan həkim kadrlar öz peşələrinə qazanc məmbəyi kimi baxırlar. Baxmayaraq Azərbaycan nefti- qazı olan dövlətdi, görəsən,vətəndaşların düşdüyü vəziyyətdən, klinkalardan, xəstəxanaların qiymətlərindən Səhiyyə Naziri Oqtay Şirəliyevin xəbəri varmı? Bu sualı mən özümə verirəm. Halbuki nazir birbaşa olanlardan xəbərdardır. Heç inanılası deyil ki, Oqtay Şirəliyevin xəbəri olmasın ki, bu gün doğum şöbələrində savadsız həkimlərin səriştəsizliyindən nə qədər ANAvə UŞAQ ölümləri baş verir. Nazir hətta bibaşa bilir ki, Dövlət xəstəxanaları da bu gün “XOZRAŞOT” adı altında açıq bazar yaradıb və qaz vurub qazan doldurur? Hər həkimin qohumuna həvalə etdiyi əcizəxanalar kimin diktəsi ilə fəaliyyət göstərir? Doğrudanmı, səhiyyə nazirinin Dərman monopoliyasından xəbəri yoxdur? Hər həkimin əcizəxanasında dərmanlar başqa-başqa qiymətlərə xəstələrə sırınır. Yəni bundan da nazirin xəbəri yoxdur? Açılan özəl klinkalar bir kənara, dövlət xəstəxanalarında nələrin baş verdiyin səhiyyə naziri bildiyi halda heç bir tədbir görülmür. İllərlə nazir vəzifəsində çalışan Oktay Şirəliyevin bu günə kimi baş verənlərdən dırnaqarası xəbəri yoxdursa çətin ki, bu gündən sonra da olsun. Əgər nazir Prezdentin şuarını öz şüarı bilsəydi üzərinə düşən vəzifədən sui istifadə etmək yox, öz sahəsində operativ çalışardı. Çox istərdim gec da olsa yuxudan ayılıb başa düşəydi ki, bu gün yeni ailə quran cütlüklər uşaq dünyaya gətirməkdən imtina edirlər. Niyə? Səbəbi aydındır, çünki ailə qurmaq üçün cütlüklər banklardan kredit götürür və uzun müddət ödənişlərin stresini yaşayır, həm də düşünür ki, bir övlad dünyaya gətirmək üçün ən azı ona yenidən 10 min manat lazımdır ki, uşaq sahibi olsun. Demək ailə quran cütlük yenidən kreditə məhkum olmalıdır. Beləliklə, Oktay Şirəliyev düşünmür ki, Azərbaycanın genefondu sürətlə tükənmək üzrədir. Əslində kreditlər yazıq, fağır millətin, insanların həyatına son qoymaqdadır. Cünki bəzi insanların qazancı götürdüyü krediti ödəməyə yetmədiyindən naümid halda çıxış yolunu intihar etməkdə görür. Hər gün mətbuatdan, sosial şəbəkələrdən ürəkağrıdan belə xəbərləri almaqdayıq. Belə sual yaranır, görəsən dövlət idarə olunurmu? Bəlkə söz etdiyim məsələlərdən ölkə başçısının xəbəri yoxdur? Bu suala cavabı düşünənlər, cavab tapmağa çalışan jurnalistlər çoxdur. Hər halda ölkə başsız deyil, idarə edilir. Axı yuxarıda qeyd etdiyim şuarların müəllifləri Prezdentlərdir. Yəni kreslolarını özəlləşdirən məmurlar bu qədər qudurğan olublar ki, Prezdentin fikirləri ilə hesablaşmırlar??? Bəlkə də, məmurlar Prezdentin ürəkdən deyilən sözünə istinad edərək yəni“ Səhiyyə bizim üçün dəyərlidir, əzizdir” şuarına öz prizmalarından yanaşırlar? Yaddan çıxarmayaq, Azərbaycan Prezdenti İlham Əliyev də deyir ki, “Səhiyyə bizim üçün birinci dərəcəli məsələdir” Birinci dərəcəli məsələni məmurlar heç sıfır bucaq altında da görmürlər. Budurmu bizim prezdentə dəstəyimiz, onun arxasında dayanmağımız? Unutmayaq ki, MÜHARİBƏ vəziyyətində olan bir dövlətin başçısı bütün sahələrə nəzarət edə bilməz. Özünün inanıb etibar etdiyi komandası ölkənin hansı sahəsi olursa olsun baş verən xoşgəlməzliklər haqqında Prezdenti xəbərdar etməlidirlər. Hətta Prezdent özü çıxışlarında bu fikirləri vurğulayaraq bəzi olaylardan xəbərsiz olduğunu etiraf edərək kamadasından lazımı tədbirlər görülməsini tələb edib. Nazirliklərdə kreslolarını özəlləşdirib oturan məmurlar, Prezdentin fikirlərinə biganə yanaşdığından, ölkədə gedən HƏRCİ-MƏRCİLİK qələmi dürüst jurnalistlər tərəfindən mətbu orqanlarda işıqlandırılır ki, prezdentə məlumat verilsin. Nəticələri acı məsələlərdən Prezdent xəbərdar olunca, cinayətlərin başında dayananlar minbir hiylə ilə jurnalisti ya aradan götürürlər, ya da şərləyərək barmaqlıqlar arasına məhbus kimi təhkim edirlər. Bir sözlə bu gün ölkədə hər sahədə XAOS hökm sürməkdədir, nəinki SƏHİYYƏDƏ...Lakin, ayaq basdığımız hər sahədə bunun kimi şuarlarla rastlaşmış oluruq.
Səhiyyə bizim üçün əziz, qiymətli sahədir.
(Heydər Əliyev)
İnsanların sağlamlığı bizim üçün birinci dərəcəli məsələdir.
(İlham Əliyev) 
P.S Bir dövlətdəki Prezdentin verdiyi qanunlar kağız üzərində qala, bəs bu qaragünlü millət başına haranın daşını töksün, dərdini kimə söyləsin? Qanunları oyuncağa çevirən məmurların başları ayaqlarına nə vaxt keçəcək? Bu harınlar Allah qatında özlərinə necə HAQQ qazandıracaqlar görəsən? Deyilənlar aksiomadır yaxud açması olmalıdır??? 

 

TƏRANƏ NAZİMQIZI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam