Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

SUSMA!!! SUSDUQCA ƏZİLƏCƏKSƏN...


"Xeberinfo.com":   Azərbaycan vətəndaşı olaraq öz fikirlərim ətrafında çaşıb qalmışam. Bilmirəm, qanımız bahasına əldə etdiyimiz müstəqilliyə, hətta bizi əhatə edən quruluşa nə ad verim və bu dövürdə yaşayan insanları hansı bucaq altında görüb təsdiqləyİm ki, həqiqətən bu bizik. Bəzən də ürəyim yanmaqla yanaşı yazığım da gəlir xalqa. Ama yazıq sözünü heç özümə rəva bilmədiyim üçün xalqa da rəva bilməzdim. Lakin məni bu anlama gəlməyə sövq edən amillər bir millətin çəkə biləcəyinə dözümlü olmasıdır. Əsrlərdir Azərbaycan deyilən məmləkətin başına gətirilməyən oyunlar qalmayıb. Mənə insan olaraq toxunan məsələlərdən biri də budur ki,ətəyində namaz qılıb ibadət etdiyimiz sistem, gözübağlı milləti öz ağrı-acısına güldürməyə məcbur edir. Halbuki bu xalq öz düşdüyü durumun fərqindədir. 

Əslində onu da başa düşürəm ki, Yaradanın öz yaratdığına heç nəyi əsirgəmədiyi bir məmləkətdə yaşayırıq. Azərbaycan xalqının bitib tükənməyən təbii sərvətləri var. Yəni ALLAH bu millət üçün heç nəyi əsirgəməyib. Danılmaz faktdır ki, belə naz-nemətlərlə zəngin olan xalqın düşməni olmağı labüddür. Deyək ki, düşmənimizi tanıdıq. "ERMƏNİ" Bu murdar millət Türkün əzəli və əbədi düşmənidir. Axır vaxtlar isə insanın qanını donduran hadisələr birmənalı şəkildə deməyə əsas verir ki, elə öz düşmənimiz də ÖZÜMÜZÜK. Əgər bizlər öz-özümüzə düşmən mövqeyindən yanaşmasaydıq 92-ci ildən bu yana torpaqlarımız da düşmən tapdağı altında qalmazdı. Bu məsələnin bir tərəfi. Bəs özümüz-özümüzə niyə qənim kəsilmişik? Beləki 2015-ci ildə iki ayı tamam olmamış hansısa səriştəsiz məmurların varlanmaq naminə keyfiyyətsiz penaplast ortüklə binaların fasadının bəzədilməsi adı ilə "Altl bəzək üstü təzək" metodundan istifadə etməsinə necə göz yumaq? Məgər aprel ayında baş verən hadisə bu günki durum üçün başda oturanlar üçün bir siqnal deyildimi? Niyə belə bir müəsisə yaradılanda Fövqaladə Hallar Nazirliyi rəsmi şəkildə icazə sənədi imzalayıb? Onu da bilirik ki, yeni istehsal müəsisəsi yaradılan zaman FHN- rəsmi baxışı olmalıdır, gerçəkdə istehsal öz əksini tapsın. Sosial şəbəkələrdə oxuyuruq ki, dövlət başçısının bu istehsal sahəsindən xəbəri yoxdur. Lakin digər saytlar xəbər yayır və müəsisənin açılışında Prezdentlə birgə müəsisə rəhbərliyi də iştirak edib. Belə olan təqdirdə necə olur ki, durumdan dövlət başçısının xəbəri olmur? Yox əgər xəbəri vardısa nədən lazımı ölçü götürülməyib? Nəyə görə 19.05.2015 tarixində baş verən hadisəni bu millət yaşamalı idi?! Niyə indi dövlət tərəfindən qüvvəyə minən sərəncamlar hadisədən öncə öz əksini tapmırdı? Niyə əvvəldən sökülmə əməliyyatı aktivləşdirilmirdi. Gərək insanlar özləri tədbir görəydi? Verilən məlumatlara görə insanlar nəinki Bakıda, hətta Sumqayıtda da kütləvi şəkildə binaların fasadlarını sökmək üçün aktiv faliyyətə başlayıblar. Belə tədbirlər vaxtında görülsə idi, heç lazım idimi 16 nəfər(dəqiq say bilinmir gizlədilir) həyatlarını acınacaqlı şəkildə dəyişsin? Niyə 65 nəfər xəsarət alıb xəstəxanalara düşməli idi? Niyə ev-eşiyindən məhrum olan insanlar dövlət büdcəsindən ayrılan 1000 manatla başları qatılmalıdır? Azərbayzanda orta təbəqə üçün sosial durumun ağır olduğu bir vaxtda belə insanlar itirdiklərini yenidən əldə edə biləcəklərmi?!
Yaşanan durumla əlaqəli binaların fasadlarında penoplast deyilən material kənardan gözəl görünən örtük sanki, insanları diri-diri odda yandırmaq üçün çatılan ocağı xatırladır desəm yanılmaram. Niyə nə günahı var bu insanların? Ona görəki öz kasıbçılıqlarına susurlar, sürünə-sürünə ölməmək üçün yaşayaraq Allahına şükür edirlər? Bizim məmləkətə belə tonqal gərək deyil. Zənnimcə belə müəsisə Hindistan kimi yerdə faliyyət göstərsə idi daha qənaət bəxşş sayılardı. Ən azı ona görə ki, Hind xalqı öz ölüsünü od çatıb yandırır və külünü Qanq çayında axıdır. Unutmayaq ki, Azərbaycan müsəlman ölkəsidir. Bizim ölkəmizdə nə diri yandırılmalı deyil, nə ölü. Hələlik Azərbaycan öz torpaqlarını sata-sata gəlsə də ölənlərimiz üçün dəfn olunası yerlər tükənməyib. 
Lazımı tədbirlər görülməsə kim söz verə bilər ki, 19.05.2015-də baş verən hadisə son olacaq? Məncə bu absurd məsələdir. Qarşıda hələ Avropa ouynları gəlir. Heç lazım olmadığı bir vaxtda. Görək bu oyunlarda xalqın başına nələr gələcək. Kim göz aıltına alır ki, daxili düşmənlərimiz tərəfindən bu yazıq xalqa təxribat edilməyəcək. Əgər tədbirlər planı hazırlanmasa, bele fasadlı binalara gərəkdir gecə-gündüz iş sistemi olmaqla nəzarətçi təyin edilsin. Çünki kənardan yandırılıb atılan kibrit də fasadları yenilənmiş penoplastrlı örtüklü binalarda yaşayan insanları yenidən diri-diri yandıra bilər. Maraqlıdır bütün bu olaylardan dövlətin xəbəri ola-ola niyə öz xalğının həyatına biganə olub və yerində lazımı ölçü götürülməyib? Bütün bu olaylardan sonra kimi ittiham edib, kimi müttəhim kürsüsündə əyləşdirəcəklər? Axı törədilmiş hadisədə dövlət özü birbaşa günühkardır. Çünki dövlət sərəncam verməsə belə müəsisə Azərbaycanda faliyyət göstərə bilməz. Nədənsə mən yeri gəlsə heç dövləti də qınamıram. Bir haldakı bu insanlar sosial vəziyyətlərinə, çəkdikləri əzab-əziyyətə özləri biganə qalır və öz haqqlarını müdafiə etmirlər. İllər uzunu minbir zəhmətlə ağız-burunlarından kəsib əmələ gətirdiyi rahatlığının bir anda məhv olmasına rəvac verirlər mən bu insanlardan nə gözləyim. Susurlar elə-hey susurlar, elə bil qəflət yuxsuna gediblər. Ay millət ayıl!!! Ev yiyəsisən altından döşşək çəkilir, sən yeyəsini başqaları yeyir, dövlətin malı talan olunur. Sən isə susursan. Niyə??? Hərdən fikir məni götürür sanki insanlara elə gəlir ki, kimlərsə gəlib bunların haqqlarını müdafiə edəcək. Unutmayın ey millət nə qədər susarsanız bir o qədər çox əziləcəksiz. Haqq səsinizi qaldırın, öz haqqlarınızı müdafiə edin.Axı sizlər meydanlarda qan tökə-tökə müstəqilliyi əldə etdiniz. Axı sizlər yenə də istəsəniz bir olsanız, nə xoşunuza gəlmirsə yenisini birləşərək əldə edə bilərsiniz. Əsas odur bir-birinizə inamınız olsun. Axır vaxtlar Azərbaycanda bağlı qapılar arxasında çox başlar torbaya keçirilir. Bütün bu olaylar sizləri qorxutmasın...Qaldırın haqq səslərinizi!!! Allaha sığının. Yaradanın rəhmi üzərinizdədir...

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam