Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

BERNARDIN İSTEHZASINI ARXADA QOYAN ŞOU

 

 

 

GİROVA  ÇEVRİLMƏ  DÜSTURUYLA  SİYASİ  ARXİVƏ QOVUŞMA QORXUSU

 

Azərbaycanda seçkiöncəsi Qərbin cazibəsindən çıxa bilməmək nə qədər acınacaqlı olsa da artıq ənənəvi hal alıb. Bu kontekstdə ölkənin siyasi sferasında özünə sığal-tumar çəkənlər bir zamanlar elə özlərinin baxış bucaqlarından təqdim olunan “demokratiyanın dostu”, “demokratiyanın Sokratı”, “kişi Adam”, “fövqəladə adam” kimi dəyərləndirdikləri fiqurların təmsil etdikləri ölkələr qarşısında yenə də siyasi striptiz nümayiş etdirməkdə, qaranlıqda halva paylarını bölüşməkdədirlər. Hər kəsə öz həqiqətləri çərçivəsində demokratiyadan don biçən Qərb indi də elə həmin yanaşmayla bizim çirkinlərimizi bürümək sevdasıyla qara dolağa qırmızı papış tikmək istəyir. Atılan bütün addımlar DÖVLƏTÇİLİYİMİZ, MİLLƏTÇİLİYİMİZ  naminədirsə və fərd olaraq mən inanıram ki, bu, elə belədir, onda bu yazıda tutulan ayinədə öz əksinizə baxın və yenə də baxın. Eyibinizdən xəbəriniz varmı, bəylər və xanımlar?...

Sosial narazılıqları doğuran səbəblər sırasında bir yanda ölkədə baş alıb gedən məmur özbaşınalığı, pozulan insan haqları, korrupsiya, rüşvət faktoru dayanırsa, başqa bir yandan da yüksələn xətt üzrə gedən iqtisadi və siyasi tempə münasibətdə aşağıların daha çox mənimsəmə, daha çox əldə etmək, daha yaxşısına nail olmaq istəyi dayanır. Və burada qəbahətli sayıla biləcək qorxulu bir tendensiya yoxdur. Əksinə, belə narazılıqların sivil qaydada ortaya qoyulması bütövlükdə cəmiyyətin inkişaf etməsinə bir təkandır. Bu şərtlə ki, qərbli Göygöz Kosaların və hakimi-mütləqlərin uzatdığı “mətanət gülləri”ni iyləmək eşqindən uzaq olasan.

Hansı cəmiyyətdə ki, narazılıqlar ört-basdır edilir, deməli, orada inkişafa doğru gedən proseslər nəinki öləziyir, hətta bir çox hallarda dayanır. Azərbaycandakı seçkiöncəsi siyasi gerçəkliyin yozumu onu göstərir ki, tərəflərin hər biri öz qənaətlərinə geniş spektrdə bəraət qazandırmaqla məşğuldurlar.NƏZƏRƏ ALSAQ Kİ, Qalibin bəraətə ehtiyacı yoxdur, onda fərqli düşərgədə dayanan liderlərin sosial bazaya yönəli praqmatik yanaşmalarında hansısa məntiqdən danışmaq qeyri-mümkündür...

ACINACAQLI HALDIR Kİ, ölkəmizdəki siyasi qüvvələr gerçəkliyə əsil həqiqətlərin prizmasından deyil, təmsil olunduqları şəbəkəyə məxsus ideoloyi eynəklərinin görmə dərəcəsindən baxırlar. Və belə yanaşmalar çox zaman ümummilli problemlərə münasibətdə seyrçi mövqedən çıxış etməyə, korporativ maraqların önə çıxmasına təkan verir. Elə bunun nəticəsidir ki, siyasi trassın müxalif yolçuları bir çox hallarda hətta Azərbaycanın haqq səsini tanımayanlarla belə demokratiya pərdəsi altında ortaq mövqedən çıxış edirlər.  BELƏ BİR HALIN YAŞANMASINDA müxalifətçinin günahı qismində siyasətçiyə yaraşmayan çılğın ehtiraslara söykənən vəhşi qəzəbin ortaya qoyduğu intəhasız iddialar dayanırsa, hakimiyyətin də əsil gerçəkliyə hasar çəkərək üzdə olanları reaallığın təqdimatı iddiasında göstərmək həvəsi dayanır. Bu da öz növbəsində mövcud siyasi hakimiyyətə qarşı aparılan sivil mübarizə olmadığı kimi  həm də ideoloyi baxımdan hakimiyyətin əldə saxlanılması üçün praqmatik yanaşma deyil – bütövlükdə inkişafımızı əngəlləyən səbəblərdəndir. Bilərəkdən, ya da bilməyərəkdən siyasi qüvvələrin bu oyunun iştirakçılarına çevrilmələrisə kökündən yanlışdır. Belə olan tərzdə həm hakimiyyətin, həm də müxalifətin manevr imkanları azalır, tükənir,  toplum da haqq edərək seyrçi mövqedə dayanmağa daha çox üstünlük verir. Son nəticədəsə qazanan siyasi hakimiyyətlər olur ki, dolayısı yolla bu qələbədə “real müxalifət”in ikinci oyunçu olur...

YAXŞI DEYİMDİR Kİ, siyasət naşı adamlar üçün ardı görünməz yuvadır.  Bu gün bizim siyasi qüvvələrin fəaliyyətlərindəki əsas qayə əks tərəfin atdığı addımın ağına-bozuna baxmadan pislənilməsindən o yana keçə bilmir. Müxalifəti zəiflikdə, satqınçılıqda suçlayan hakimiyyət yetkililəri belə yönətilmədə məhz özlərinin iştirakçı qismində  çıxış etmələrini unudurlar. Hakimiyyət yetkililərinin sağlam müxalifət qüvvələrini malik olduqları potensiallar çərçivəsində dəyərləndirə bilməmələri, yaxud dəyərləndirmək istəməmələri, eləcə də bu və ya digər problemlərdən doğan narazılıqları ört-basdır etmə cəhdləri sosial narazılıqları stimullaşdıran amillərdəndir.  YAXUD, müxalif qüvvələrin hakimiyyəti hədəf götürərək az qala tezis formatını alan “Azərbaycanda inhisarçılıq və monopoliya mövcuddur” yanaşmasıyla çıxış etmələri onların fikirlərindəki paradoksallığı ortaya qoyur. Daha fərqinə varılmır ki,tez-tez sitat gətirdikləri elə həmin qərbli sosioloqlar da vurğulayırlar ki, monopoliya və inhisarçılıq ümumu inkişafı durmadan yüksələn xətt üzrə hərəkət edən ölkələrdə olur. Əgər elədirsə, onda nədən “dartma, yaxam cırıldı”  deyib Qərbin Hürüşən İtlərini Azərbaycanın üstünə qısqırdırsınız, bəylər və xanımlar!?Yalanı cılızlaşdırıb belə aşağı səviyyəyə endirmək dövlətçiliyimizə münasibətdə sayğı göstərməməkdən irəli gəlir.

İctimai diqqəti başqa səmtə yönəltməklə özlərinə “”daha mübariz müxalifət” obrazı formalaşdırmaq istəyən, əslindəsə  ADINI MİLLİLİYƏ SİĞƏ EDƏN ŞURAda təmsil olunan müxalif qüvvələr eyni düşərgədə təmsil olunduqlarıyla aralarındakı fikir ayrılıqlarını daha da dərinləşdirir, haçalanmanı hakimiyyətin istəyincə daha da genişləndirirlər. Hakimiyyətlə digər müxalif qüvvələrin davranışları arasında manevr etməyi özlərinə taktiki gediş olaraq seçən “Milli Şura”çıların siyasi arxivə qovuşmaq qorxusu var. Adı çəkilən bu qüvvələr atdıqları addıma fərqli yanaşma donu geyindirərək əllərində olan mətbu resurslarda  gülünc bir şəkildə hakimiyyətə qarşı əzələ nümayişinin təqdimatını sərgiləyirlər. Və bu əzələ nümayişini Əli Kərimlinin modelində üzə çıxarırlar. Həm hakimiyyətin, həm də digər müxalif qüvvələrin mövqelərini əsas müzakirə predmetinə çevirib əks arqumentlə çıxış etməklə  öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Sadə elektoratsa hər şeyi yaxşı görür. Yaşanılan tarixdən heç bir illüziya uydurmaq mümkün deyil və cəmiyyət utopik düşüncələrin əsiri deyil.

Yaranışlarında fərqli ideologiyalara söykənən siyasi qüvvələrin Milli Şurada təmsilçiliklərinin əsasında  heç də səmimi münasibətlər deyil, birbaşa ümidsizlikdən doğan zorən birləşmə dayanır. Lüzumsuz yerə inad göstərməklə guya hakimiyyətin qarşısına “fakt” qoymağın özü əslində həmin qüvvələri pərvazlandıranlarin tələb etdikləri sübut-dəlildən başqa bir şey deyil. Əvəzi də siyasi mühitdə daha bir ömür yaşamaq üçün dəstək əldə etməkdir. Ortalıqda siyasi konsepsiya yoxdursa, mövsümi xarakter daşıyan birləşmələr milli, dövləti deyil, qrup maraqları çərçivəsində düzənlənən Bernardin istehzalarını belə arxada qoyan şoudur. Bu da özlüyündə seçkidən seçkiyə siyasi insult keçirən “real müxalifət”in girova çevrilmə düsturudur. Özlərini demokratiya fədaisi kimi göstərən, Iddialarıyla potensial göstəriciləri arasında tərs mütənasibliyin olduğu siyasi qüvvələrimizin tam əksəriyyəti boylarından yuxarı tullanmanı artıq özlərinin siyasi vərdişlərinə çeviriblər.

Hakimiyyətlə müxalifətin siması qismində hər iki tərəfdən ayrıca qüvvələrin ancaq öz fəaliyyətlərini qabartmaları müharibə şəraitində yaşayan məmləkətimizdə birgə fəaliyyəti tənzimləyəcək nəzəri prinsiplərin olmamasından irəli gəlir. Və bu, özlüyündə həmin siyasi qüvvələri  fiaskoya apan yolun görüntüsüdür. PARLAMENT SEÇKİSİNƏ QATILMAMAQ əslində bu məmləkətdə sağlam cəmiyyətin formalaşmasına süni şəkildə yaradılan əngəllərdəndir. Həmin məsələdə kimlərinsə  “ortaq mövqe”dən çıxış etməsi dolayısı yolla beynəlxalq təşkilatlar qarşısında ümumu güclə bağlı fon yaratmaqla qrantların mənimsənilməsinə yönəlib, heç də deyildiyi kimi hüquqi dövlət quruculuğu istiqamətində atılan addım deyil.

 

Atılan addımların məntiqi sonluğu olaraq cəmiyyəti nəyəsə təhrik etmək zəmanəsi artıq gedib. Əllərində səlahiyyəti olan siyasi qüvvələrimiz  pay paylamırlar ki, özlərinə verilən paydan məhrum olarlar. Hakimiyyətə gəlmək, yaxud kiminsə hakimiyyətdən getməsi onun arzu və istəklərinin təminatçısı qismində qanunverici orqana seçdiyi millət vəkilinə QIR  BASAN STATUSU verən xalqın marağında deyil. Çünki onları bu işə təhrik etmək istəyənlərin tam əksəriyyətinin arzu və istəkləri müqabilində payları ya üstə qoyulur, ya da alta. Seçki proseslərində mərkəz hücumçusu qismində meydana çıxan siyasi qüvvələrin aparıcı fiqurları yarma qaynadır, sadə elektoratsa yalın əllərini oynadır. Belə olan halda qaraya sabun heç nə edən deyil. Və min dənə qarıldayan qarğa olsun, atılan bircə dənə daş kifayət edir ki, bu quşlar öz sevimli qonaqlıq yerlərinin həmən tərk etsinlər.Faciələrimizə münasibətdə daha çox eksponsionist siyasət yürüdənlər qarşısında striptiz nümayiş etdirmək varlının torpağından keçən çaya, kasıbın torpağından keçən yola bənzər. Yoldan çıxmaq eyib deyil, ancaq yola gəlməmək eyibdir. Qaranlıqda halva yeyənlərin sirrini onsuz da Allah bilir.DÖVLƏTÇİLİYİMİZİN, MİLLƏTÇİLİYİMİZİN XATİRİNƏ, eyibinizi bilin, bəylər, eyibinizi!... 

 

  İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam