Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

SİYASİ PALİTRADA HAKİMİYYƏTLƏ “MÜXALİF” ƏTİN GÖRÜNTÜSÜ

 

 

SEÇKİ FONUNDA TÜKƏNMƏNİN VƏ ZORƏN İZDİVACIN TƏQDİMATI

 

Amerikalı  məşhur milyarderlərdən biri ingilis rəssamından aldığı şəklə yüz funt-sterlinq verir. Sonradan o, rəssamın bu şəkli çəkmək üçün cəmi iki saat vaxt sərf etdiyini biləndə onu məhkəməyə verir. Məhkəmədə sədr rəssama müraciət edərək “deyin görək bu şəkli çəkmək  üçün nə qədər vaxt sərf etmisən?” – deyə, soruşur. İşin mahiyyətini anındaca dərk edən rəssam “bütün ömrümü və əlavə olaraq son iki saatımı” cavabını verir...

Nəzərə alsaq ki, bu gün Azərbaycan savaş durumundadır, onda şübhəsiz ki, hansı siyasi düşərgədə təmsil olunmasından asılı olmayaraq cəmiyyətin hər bir üzvü əsgər qiyafəsində olmalıdır. Ancaq bizim siyasi qüvvələr o fikirdədilər ki, məhz özlərinin hakimiyyətdə olduqları anlar Azərbaycanda demokratiyanın təntənəsi sayıla bilər. Deməli, siyasi düzənimizdə milli maraqlar unudulmaqla əslində hakimiyyətə olan sevgi nümayiş etdirilir və cəmiyyət də bu yolda bir qurbana çevrilir. Əvvəllər bir-birini ittiham edənlər  sonradan bunu səcdə etmək ritorikası ilə əvəz edərək indi də siyasi buqələmunluq nümayiş etdirirlər.

AZƏRBAYCANDA KÜTLÜKLƏ VƏHŞİ QƏZƏB BİRLƏŞƏN BİR VAXTDA AVROPANIN TİMSALINDA FİTNƏKAR AXMAQ DA ÖZ NAĞILINI BİZƏ ÖYRƏTMƏK İSTƏYİR.  Siyasi fəaliyyətində VƏTƏNDAŞ HƏMRƏYLİYİnə söykənərək dövlətçilik və millətçilik kursunu əsas götürən sağlam müxalifətdən fərqli olaraq Azərbaycan mətbuatına və siyasi sferasına söyüş yanrını gətirən “real” və “cib” müxalifəti olub, indi də bir-bir kütə gedirlər. Avropanın qollarını çırmalayıb yoğurduğu xəmir çox sıyıq düşüb.Siyasi hakimiyyəti əldə edib Vətənin sağlam gələcəyi naminə fəaliyyət göstərmək bir məqsəddirsə, elə Vətən naminə çalışan iqtidarla işləmək də məmləkətə olan sevgidəndir. Pisiylə, yaxşısıyla bu Vətən bizimdir. Şortikli conlara anlatmaq lazımdır ki, bu yerlər bizim qurudumuzdur, bərkdir, diş atmasınlar, kövrək dişləri sınar. Onlara “sən get TUT ye, ay Avropa!”  həqiqətini anlatmalıyıq.

Bu gün fəaliyyət istiqamətlərindən asılı olmayaraq bütün müstəvilərdə hadisələrə yanaşma tərzi şablonlaşdırıldığından tutivari gedişlər, gülünc proqnozlar təqdimatı cəmiyyətdə əks reaksiya doğurmaqdadır. Əgər indiki durumda müxalifət düşərgəsində olanlar bir-birilərini ittiham edərək qondardıqları adları özlərinə siyasi yarlıq edirlərsə, dolayısı yolla bu, həm də mövcud hakimiyyətin real gücünün təsdiqidir. Məntiqlə elə çıxır ki, hakimiyyətin təbliğat maşını siyasətin uzun və incə yolunda müxalifətçilərin gücünü heçə endirib.  Eynilə hakimiyyət: Azərbaycana dəyən zərbələrdə daha çox müxalifət günahlandırılırsa, onda belə çıxır ki, müxalifətin imkanları hakimiyyətin gücünü adlayaraq  artıq “Biləcəridən o yana” keçib ki, bu düşərgə cavabdeh qismində dəyərləndirilir.  Nəzərə alsaq ki, siyasət məntiqə söykənir, onda heç şübhəsiz ki, bütün açıqlamalar zahiri forma baxımından deyil, məhz mahiyyəti  üzrə araşdırılanda  deyilənlər  də  təsdiqini tapa bilər.

Bu gün Azərbaycana münasibətdə Amerikanın edə bilmədiklərinin Avropa parlamenti etməkdədir. Qondarma erməni soyqırımının ilk olaraq Fransa parlamenti tərəfindən tanınmasından sonra türk dövlətləri arasındakı münasibətlərin arzu olunan səviyyədə olmaması, atılan addımların qardaş maraqları çərçivəsində əlaqələndirilməməsi sonucda bizləri zərbələrlə üz-üzə qoydu. Qərb dövlətləri elə həmin soyqırımın hətta Türkiyənin özü tərəfindən  tanınması təklifində bulundular. 7 yüz mindən artıq erməninin yaşadığı Fransa dövlətinin parlamenti belə sərsəm gedişilə XX əsrin mağmun parlamenti oldu. Helmut Kolun dili ilə desək,  Avropa Birliyi adlı “xristian evi”nin kandarında dayanan türk dövlətlərinin işəri keçmələrinə görə dolayısı yolla diktə olunan “tövsiyyələr”ə  tüpürmənin zamanı artıq çoxdan ötüb. Türklər buna məhkumdurlar. Əks təqdirdə Avropa tərəfindən ermənilərin təşviqiylə nimçə üstündə verilən bəlğəmi udmalıdırlar.Bəlğəmi udmaqsa supergüclərin formalaşdırdıqları siyasi cəhənnəm sakininə çevrilmənin təsdiqi, öz əlinlə öz ölüm aktını imzalamaqdır.

“Xocalı soyqırımı olmayıb” deyən qurumsaq Andreas Qrossa “ən demokratik adam” deyən indi də seçkiyə qatılmayanlar idi. “Birliyimiz Milli Demokratiya İnstitununun təşəbbüsü ilə olub”  deyən də elə indiki seçkini boykot edənlər  olub. Bütün bunlar əslində Qərbə əkmək istədiyiniz toxumların cücərməsi üçün bizlər münbit şərait yaratmaqla digər “çətinliklərə” də dözməyə hazırıq mesayını göndərməkdir. Yuxarı eşalondan fərqli olaraq sadə elektorat təmsil olunduğu siyasi qurumun seçkiyə qatılaraq uğur əldə etməsindən yanadır. Seçkiyə qatılmamaqla müxalifət qanunverici orqanda daha bir yerin şəbədə dedikləri kəslərə güzəştə gedilməsini stimullaşdırır.  SEÇKİYƏ QATILMAMAQ  YA TÜKƏNMƏNİN, YA DA XARİCİ XƏFİYYƏ İLƏ ZORƏN İZDİVACA GİRMƏNİN GÖRÜNTÜSÜDÜR. Nəzərə almaq lazımdır ki, belə “izdivaclar” heç də qarşılıqlı məhəbbətin əsasında deyil, qızışmış  Qərbin coşan hisslərinin görüntüsüdür. Qərbin “izdivacı”yla xoşbəxt ola bilməyən, itiriləsi heç nəyi qalmayan YURDun BAŞına QAN vuran qüvvələri siyasi trassda milli dövlətçiliyimizə təhdid üzərində köklənmiş iyrənc  maraqlarını, ismarıclarını hələ də göndərməkdədilər. Qərbə “şura” formatında təqdim olunanların ölkəiçi sferadakı çəkiləri onlar üçün heç maraqlı da deyil, əsas odur ki, əllərində tutalğac var. Sürünən qüvvələrin passivliyi və hakimiyyətin “təklənməsi”ylə müşayiət olunan Qərbin dövlətçiliyimizə təpki göstərmək cəhdinə biganə qalmaq vətəndaşlıq mövqeyilə daban-dabana ziddir.  Qardaşim, əgər sən özünü siyasi qurum kimi təqdim etmisənsə, onda nədən beş ildən bir ələ düşən seçkinin imkanlarından yararlanmırsan? Sənə Qərbin maraqlarında təsdiqini tapan korporativ düşüncə tərzi maraqlıdır, yoxsa dövlətçiliyimizin varoluşu?  Başqa yolmu var?!.. Əgər seçkidən yararlanmırsansa, onda yuxarıda vurğulanan iki haldan biri şəksizdir. Millətini, dövlətini sevən, təmsil olunduğu siyasi qurumun sadə elektoratına hörmət edən şəxs  seçkidən dərhal sonra məhdudlaşan imkanlar və zorən izdivacdan qurtulmaq üçün  ictimai zövqün fonunda siyasi sferadan uzaqlaşmalıdır. Uzaqlaşacaqlarmı?...

XX yüzillikdə ermənilər 1 milyondan artıq Azərbaycan türkünü vəhşicəsinə qətlə yetirmiş, 1,5 milyondan artıq soydaşımızı öz dədə-baba yurdlarından deportasiya ediblər. Soyqırıma məruz qalan Azərbaycanın haqqı tanınmadığına görə Amerikanın və Avropa dövlətlərinin BÜTÜN QƏRARLARINA TÜPÜRMƏLİYİK, VƏSSALAM! 1918-ci ildə imzalanan BATUM MÜQAVİLƏSİnə əsasən demokratların səcdə etdikləri uzunqulaqlardan soruşmaq lazımdır ki, o zaman cəmi 9 min kvadrat  kilometr ərazisi olan Ermənistandan niyə haqq-hesab tələb edilmir ki, axı bu indiki 30 min kvadrat kilometr ərazi haradan əldə edilib??? Niyə bu dılğır demokratlar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı 4 Qətnaməsində də öz əksini tapan Azərbaycan torpaqlarının boşaldılması haqqında qərarların icra olunmasında maraqlı deyillər?

Hazırda Avropa özünü Amerikaya real güc olaraq göstərməkdədir. Bütün strateyi bölgələrdə varlığını çəkinmədən gözə çarpdıran Avropa de-fakto dünyanın bölüşdürülməsi prosesində əsas tərəflərdən biri kimi iştirak edir. Bölüşdürülmə zamanı kiçik dövlətlərin yemə çevrilməsində supergüclər daxili qüvvələrin iddialarının geçəkləşməsində bir növ Ağ atlı Oğlan rolunda görünməyə çalışırlar. Belə bir şəraitdə bir-birinə güzəştə getmək limitini çoxdan itirən ölkəiçi  müxalifət öz strategiyasında daha çox diktə yolunu seçən Avropanın əlində bir marionetkaya çevrilib. Siyasi nəzəriyyədəki “müxalifətçilik” anlayışına milli xəyanətkarlıq çaları gətirilib. Əgər belə olmasaydı, “erməni qəbiristanlıqların sökülməsi”nə görə dünyanı Azərbaycanın başına dar etmək istəyən  LEYLA YUNUS kimi “politoloqlar”, beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndə heyətinin çıxışına etiraz əlaməti olaraq erməni “padruqaları”yla birgə yambız oynadan XƏDİCƏ İSMAYIL  timsallı “yurnalistlər”i  “siyasi məhbus”  statusunda təqdim edən Avropa ilə eyni məxrəcə gəlinməzdi...

İstər hakimiyyət olsun, istərsə də müxalifət mahiyyətindən asılı olmayaraq  nümayiş etdirdikləri xarakterlərin formalaşdırılması üçün bütün ömürlərini sərf ediblər.Cəmiyyətin sadə üzvlərisə amerikalı milyarder təki olmasalar da, öz dərdləri, sərləriylə baş-başa qalan və MÜSTƏQİLLİK  adlı müqəddəs bir yükün daşıyıcılarıdır. Nəticə etibarilə götürəndəsə hakimiyyət dövlət quruculuğunda,  sağlam qüvvələri demirəm, “MÜXALİF”  ƏTsə siyasi palitrada özünəməxsus dəyişikliyə nail olub.....

 

 İGİD TEYMURLU

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam