Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qərb Azərbaycanda çevriliş etməyə maraqlıdırmı?

 

 "Qərbin Azərbaycanda dövlət çevrilişi hazırlaması barədə fikirlərə inanmıram"
"Xeberinfo.com":  Məlumata görə, bu sözləri «Turan» İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev Qərbin Azərbaycanda dövlət çevrilişi hazırlaması barədə söyləntiləri PİA.AZ-a dəyərləndirərkən bildirib.
Qeyd edək ki, bu gün dövrü mətbuatda bəzi rus ekspertlərin  Qərbin Azərbaycanda dövlət çevrilişi hazırlaması barədə fikirləri yayımlanıb. Bu tipli iddalar hansıısa reallığa əsaslanır və yaxud da rusiyalı ekspertlərin öz ölkələrinin maraqları çərçivəsində bu tipli fikirləri səsləndirlər, sualını cavablandıran Mehman Əliyevin fikrincə bu tipli bəyanatlar təxribat xarakterlidir:
«Qərbin Azərbaycanda çevriliş etmək üçün heç bir marağı da yoxdur. Əksinə Qərb Azərbaycanda hakimiyyətin-dövlətin güclənməsini istəyir, çünki Qərbin maraqları Azərbaycanda stabillyin olmasını tələb edir və Qərb Azərbaycanda stabilliyi həmişə qoruyub. Azərbaycanın 1992-ci ildən bu vaxda qədər müasir tarixinə nəzər yetirsək görərik ki, Qərb həmişə Azərbaycanda stabilliyin olmasına çalışıb. Ona görə də, Qərbin Azərbaycanda hansısa çevriliş hazırlaması haqqda fikirləri reallıqdan kənardır. Bu Qərbin transmilli enerji siyasətinə ziddir və Azərbaycan Qərb üçün əsas tranmilli marşrut dəhlizi olduğu üçün  Qərbin, istər ABŞ-ın, isətrəsə də Avropa Birliyinin, Avropa Şurasının, ATƏT-in bütün proqramlar və planları Azərbaycanla əməkdaşlığa hesablanır. 
Bütün bunları nəzərə alaraq vurğulamaq istəyirəm ki, Qərbin Azərbaycanda dölət çevrilişi hazırlaması barədə  fikirlər təxribat xarakterlidir və bu tipli fikirlərin ortalığa atılaraq müzakirə olunması ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Bunlardan əlavə onu da qeyd etməliyəm ki, Qərb Azərbaycanda demokratiyanın qurulması, hüquqi dövlətin qurulması üçün çalışır. Qərbin Azərbaycanla bağlı demokratiyanın inkişaf etdirilməsində maraqları var, heç zaman da bu niyyətlərini gizlətmir.  Azərbaycan da bununla bağlı üzərinə öhdəliklər götürüb və bəyan edib ki, işlər həmin istiqamətdə gedir. Sadəcə olaraq söhbət daha çox bəlkə də sürətdən gedir, yəni Qərb istəyir ki, demokratik proseslər Azərbaycanda  daha sürətlə getsin. Amma Azərbaycan tərəfi demokratik proseslərin aparılması üçün müəyyən vaxt istəyir. Hesab edirəm ki, bundan başqa Azərbaycanla Qərb arasında heç bir problem yoxdu».

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam