Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“ERMƏNİ”NİN GİZLİ OXU VƏ AUTİZM SİNDROMLU CƏMİYYƏT

 

BİR DƏ ÖZÜ-ÖZÜNÜ DƏFN ETMƏK İSTƏYƏN MİR ŞAHİN

 

"Xeberinfo.com":  Bu hamıya aydındır ki, hər bir kəsin özünəməxsus xarakteri var. Və bu xarakterlərdə hansı keyfiyyətlərin cəmləşməsi də proseslərin ümumu gedişatında özünü açıqca büruzə verir. Nəzərə alsaq ki, xarakterlər xeyir və şər əməllər üçün bir qaynaq rolu oynayır, onda üzdə olan simaların fərdi keyfiyyətlərinin hərtərəfli araşdırılaraq  şəxsiyyətin  tədqiqi baxımından bunun cəmiyyətə çatdırılması mediyanın boynuna düşən əsas yüklərdəndir. Çoxları bunu “katolikliyə iddialılıq” kimi dəyərləndirsə belə ancaq qonşum Əbil Kişi deyir ki, azadlığın özü də fərdlərin bətnindən doğulur. Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram. Ancaq həmin  bəylərin  bilmədikləri, daha doğrusu, bilib demədikləri  bir nəsnə var ki, o da, bayaq dediyim fərdi keyfiyyətlə bağlı olan məsələdir.  Bu  Adamlar adətən özlərini  fədakar kimi göstərməyə çalışırlar. Guya ki, onlar öz maraqlarını ümumi inkişafımız naminə qurban vermək istəyindədirlər  və bunu da özlərinin dərk etdikləri  qədərdə, öz maraq dairələrində xalqa çatdırırlar.   Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram.  Və onu da çox gözəl bilirlər ki, deyəsən məmləkətimizdə müəyyən məsələlərə baxışda kütləvi dəlilik baş alıb getməkdədir. Zaman-zaman bunun simptomları özünü büruzə versə də, zatən belə kütləvilik açıqca hiss olunmamışdır. Deyirəm vallah, insan üçün mənəvi eybəcərlikdən böyük dərd yoxdur. Və bu sağalmaz dərdə də bir qisim adamlar mübtəla olublar. Çoxları ölüm və qələbə kodu altında hakimiyyətə gizli oxlarla iltifat göstərib qabaqcadan onların minnətdarlıqlarını almaq istəyirlər. Necə deyərlər, ağıllı adam ovunu vurduqdan sonra bütün gücünü onu qaldırmağa sərf etmədiyi kimi hakimiyyət də öz gücünü qorumaqla beləcə yoluna davam etməkdədir.  Heç şübhəsiz ki, Azərbaycan naminə. Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram.  Və onu da çox gözəl bilirlər ki,  ardıcıl səfehlikləri ilə utopik düşüncələrlə nəşələnməkdə olan yazarların, millət vəkillərinin, tükənsələr də, di gəl ki, idarəetməyə pərçimlənmişlərin eyforik davranışlarını artıq cəmiyyət  sözün və siyasətin sehri deyil, mənəvi eybəcərlik kimi qəbul edir. Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram.  Və onu da çox gözəl bilirlər ki, adətən oğlan uşaqlarına balaca vaxtı qız verən çox olur. Bibilər, xalalar, əmilər, dayılar balaca oğlan uşaqlarını görər-görməz tez başlarına sığal çəkib gah nənəsini, gah xalasını, gah özünü, gah qızını nişan verib deyərdilər: “həə, necədir, ay qırışmal, bəyənirsənmi?”.  Utancaqlar bundan qızarıb-bozarsalar da, ancaq şorgöz oğlanlar təklif olunanların hamısını elə birdən alacaqlarını çəkinmədən bəyan edərdilər. Elə indi də belədir. Yurnalistikada və siyasətdə ayıb nə olduğunu anlamayan “qırışmallar”a  bu sahədə bişmiş bibilərin, bişmiş xalaların, bişmiş əmilərin, bişmiş dayıların vəd etdikləri təkliflər şorgözcəsinə qəbul edilməkdədir. Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram.  Və onu da çox gözəl bilirlər ki, axı  o zaman  biz Avropa Şurasına qəbul olunanda düşünürdük ki, şad ol, könül, axır ki, dərdlərimizə bir çarə bulacağıq. Ya elə Şimali Atlantika Bloku ilə əməkdaşlıq edəndə. Ya elə İslam Konfransına üzv seçiləndə. Ya elə dünyanın siyasi düzənində əsas prioritet təşkil Beynəlxalq Konvensiyalara tərəfdaş çıxanda. Ya elə ABŞ-ın pərvazlandırdığı əl quşu olan BMT-yə üzv qəbul olunanda. Ya elə YUNESKO-ya, İSESKO-ya üzv qəbul olunanda.  Havayı yerə onlara üzvlük haqqı vermirik ki, buyursunlar beynəlxalq qanunlar çərçivəsində haqqımızı bərpa etsinlər. Elə yaxın və uzaq xaricdə humanitar xarakterli addımlar atanda. Ya elə Mir Şahin demişkən, Lukaşenkoya pul verəndə.  Bütün bunları havayı etməmişik ki? Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram.  Və onu da çox gözəl bilirlər ki, bizdə QHT sektorunda nədənsə hüquq müdafiə təşkilatlarının sayı yaman çoxalmaqdadır.  Görən bu adamlar fərqindədilərmi ki, nədən bizdə fəaliyyətlərində humanitar prinsipləri əsas götürən QHT-lərin sayı başdan-başa siyasiləşmiş QHT-lərin sayından qat-qat azdır!?  Yaxud, heç bunun fərqindədilərmi  ki, QHT-lər  daha çox “çayda balıq yan gedər”  prinsipini rəhbər tutmaqla faktiki işdənsə qrant naminə daha çox kağız korlamaqla məşğuldurlar!? Görən bunun fərqindədilərmi ki, qarın niyyətilə siyasi müstəviyə sürüklənməyi özlərinə çıxış yolu sanaraq  ölkəmizdəki cürbəcür adlar altında fəaliyyət göstərən qadın təşkilatları, uşaq və gənclər, mədəniyyət və yaradıcılıq  birlikləri, cürbəcür assosiasiyalar hansı qazanc naminə özlərini dövlətimizin qarantı kimi göstərməyə çalışırlar!? Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram.  Və onu da çox gözəl bilirlər ki, siyasətçilər üçün ehtiyac böyük önəm kəsb edir. Ehtiyacın dəyəri bu kəslər üçün əvəzedilməzdir. O, çoxlarının gicbəsər kimi qiymət verdikləri filosoflardır ki, bir köklə kifayətlənib, ehtiyaca boyun əymirlər. Siyasətdəsə bu şey çox zadın fövqündə dayanır. Çoxları öz məqsədinə çatmaq üçün başqa birisinin ehtiyacını ödəməklə ictimai mərtəbədə bir pillə də yuxarı qalxır. Elə dövlətlərarası münasibətlərin qurulmasında da bundan istifadə olunur. Axı ay qağa, adama havayı nəyisə vermirlər. Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram.  Və onu da çox gözəl bilirlər ki, qardaş, vallah, billah onların etdikləri çabalar quru təzəyi divara yapışdırmaqdan başqa bir şey deyil.  Ha əlləş, vuruş, axı bu mümkün olan şey deyil. Ancaq qonşum Əbil Kişi deyir ki, bəzən ehtiyac daxili  qəzəbi partlayış həddinə yaxınlaşdıranda əlacsız insan quru təzəkləri toplamaq üçün lap Qırx armudluğa, Soyuq bulağa da gedər. Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram.  Və onu da çox gözəl bilirlər ki, “Talış-erməni doctluğu”ndan xüsusi zövq alaraq gəliniylə oğlunu ermənilərin içinə göndərməkdən məmnunluq duyan Əlikramın sərgilədiyi mövqeyə talış ziyalılarının münasibəti nədənsə görünməz olmuşdu. Və budur yavaş-yavaş ehtiyatla üzə çıxanlar var. Nədən “yavaş-yavaş”, bax bu, ayrı mövzunun söhbətidir.  Olmaya oxu kol dalından atmağa öyrəncəli kəslər ziyalı yox, elə Əlikram tək ziyanlıdırlar ki, ol səbəbdən də keçmiş MTS generalının sərsəmləmələrinə susmaqla həm də dolayısı yolla onunla həmrəylik nümayiş etdirirlər.  Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram.  Və onu da çox gözəl bilirlər ki, İlk olaraq  MƏTBUATDAKI TALIŞLARIN SƏSİNİ EŞİTMƏK maraqlı olardı -əcəba onlar nə düşünür, onlar hansı ideyadan yanadırlar deyə. İLK OLARAQ  AYDIN CANIYEV susmadı, söylədi.  Əslində Aydının mənim sualıma olan münasibətində də publisistikanın bicliyi  (üç nöqtələrin arxasında olan məna yükü, mötərizələrin içində gizlənən həqiqətlər – müəllif) hiss olunmaqdadır: “..nəinki Əlikramçıların, talışların yüzdə doxsan doqquz faizi məni tapança ilə öldürməyi belə humanist silah sayırlar)))  mən  AZƏRBAYCANLIYAM və həmişə fəxr edirəm ki....BÖYÜK azərbaycanlıyam)))”.  

Növbəti münasibət millət vəkili olan  CAVANŞİR PAŞAZADƏdən gəldi “...onu talışlar talışlıqdan çıxarıb..O, (yenə də mücərrədlik- müəllif) artıq ERMƏNİLƏRDƏN BİRİDİR (seçmə mənimdir- müəllif) ”.

Daha bir millət vəkili HADI RƏCƏBLİnin mövqeyisə TÜRKLƏRƏ HƏQARƏT məzmunu daşımaqla yanaşı həm də Cavanşir Paşazadənin dediklərilə ziddiyyət təşkil etdi: “..bu adam (yenə də mücərrədlik- müəllif) milliyyətcə talış deyil, Lerikin türklər yaşayan kəndindəndir. Əlikramdan soruşmaq lazımdır ki, o talışca bilir, ya yox?”. Bir OLİQARXın, bir MİLLƏT VƏKİLİnin, bir İDARƏETMƏ AKADEMİYASININ PROFESSORUnun “ermənilərdən biri olan Əlikram”ın bəyanatına olan münasibətində işlənən cümlələrin semantikası çox şeylərdən xəbər verir.

Dini sferada orta çəkililərin rinqə buraxılmasısa ağır çəkililərin üçüncü əl prinsipiylə işləməsindən xəbər verir. Şeyxin cənub bölgəsi üzrə nümayəndəsi Hacı QƏNİ AXUNDZADƏ  Əlikramı  “..separatizmin, milli ədavətin müəllifi, dinimizin düşməni” kimi dəyərləndirsə də, ancaq nədənsə daha ağır çəkili ŞEYX HƏZRƏTLƏRİ etibarlı limana çəkilib. Axı Şeyx həzrətləri bədnam “Talış-Muğan Respublikası” nı tanımadığını elan edəndə “talış” olduğunu onda anladığını açıqca bildirmişdi. İndi də Əlikram adlı “erməni” talışların adından bəyanat verir, yəni, Şeyxgilin  və Şeyx susur. Bu, nə mücərrədlikdir?

Sevə-sevə mahnılarını dinlədiyim CANƏLİ ƏKBƏROV, müsavatçılardan olan GÜLAĞA  ASLANLI  və ƏLÖVSƏT TALIŞXANLInın məsələyə münasibətlərində  də konkret mövqe təqdimatı yoxdur...Maraqlıdır, TALIŞ ZİYALILARI ELƏ BUNLARDAN İBARƏT İMİŞ? Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram.  Və onu da çox gözəl bilirlər ki, cəmiyyətimiz AUTİZM  ADLI SİNDROMUN DAŞIYICISI QİSMİNDƏ ömür sürməkdədir.  Autistlər kimi hər təbəqənin öz dünyaları  və öz həqiqətləri  var. Və heç kim heç kimin dərdinə sahib çıxmaq istəmir. Bəlkə də AUTİZMİN YAYILMASINA GÖRƏ “Azərbaycan dünyada 3-cü yeri tutduğu”ndandır ki, bu sindrom cəmiyyətimizə də sirayət edib. Eşitdiyimə görə, özünü başqalarını qiymətləndirə bilmək bacarığında olduğunu iddia edən MİR ŞAHİN autizm sindromlu uşağa əl vurandan sonra qorxusundan spirtlə əlini dezinfeksiya edirmiş – “hər 55 oğlan uşağından birinin autist olduğu məmləkət”in aparıcı yurnalisti! İndi də həmin aparıcı yurnalist Avropanı evimizə gətirməkdən fəxrlə danışır. Baxaq görək Avropalı yurnalist də autistə toxunduğuna görə əllərini dezinfeksiya edir. Yox, etmir. Avropada həmin autistlərə birbaşa dövlət səviyyəsində hər cür şərait yaradılır, onların və onlarla məşğul olan mütəxəssislərin bütün xərclərini dövlət ödəyir. Bu sindromun daşıyıcıları olan uşaqların tam şəkildə sosiallaşmaları , ictimai mühitə  adaptasiya olunmaları üçün  dövlətin, cəmiyyətin bütün institutları əlbir və məqsədli şəkildə birgə fəaliyyət sərgiləyirlər. Azərbaycanda necə, varmı belə fəaliyyət?  Azərbaycana bunları gətirmək lazımdır,  cənab müasir dövr publisistikamızın BİRİNCİSİ. Daha supermarketlərdən haralarasa qoyulacaq şamların alınması və ondan istifadə qaydasını yox! ÖZÜNÜ SƏNİ SEVƏNLƏRİN QƏLBİNDƏ DƏFN ETMƏ, MİR ŞAHİN BƏY! Görəsən  AZADLIĞIMIZ  haqqında  danışan bəylər bunu bilirmi?

Mən inanıram ki, onlar bunu çox gözəl bilirlər. Məndən də yaxşı bilirlər desəm, yanılmaram.  Və onu da çox gözəl bilirlər ki,

tərəfimizdən ərz olunanlar elə onların bilib demədikləridir.  Bunu deməliyik ki, özlərini məsum göstərənlərin  fərdi keyfiyyətləri cəmiyyətə bəlli olsun. Bəlli olsun ki, onların xarakterlərindəki “KATOLİKLİYİN” cəmiyyət üçün hansı qaynaq rolu oynayacağı bir az anlaşıqlı şəkil alsın. Axı bu da bizim peşə xüsusiyyətimizdən irəli gəlir. Elə qonşum Əbil Kişi də deyir ki, Azadlığı qorumaq üçün cəmiyyətin bütün sahələrində baş verən proseslərə biganə qalmamaq gərəkdir.

 

 P.S. Deşilən Çuval və Yerə Tökülən Dənlərin cücərməsiylə bağlı AZADLIĞIMIZ haqda danışan bəylər görən nə deyə bilər? 

 

 

İGİD  TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam