Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Bu adaya -koronavirus daxil olmur

Bu adaya koronavirus daxil olmur

İtaliyanın Cilyo adasında indiyə qədər koronavirus aşkar edilməyib.

Yenixeber.org: “Associated Press” xəbər verir ki, buna baxmayaraq, adanın yeganə həkimi Armando Skiafino koronavirusla bağlı narahatdır.

Adada indiyə qədər 800 sakindən heç birində virusun aşkar edilməməsi bəzi suallar doğurur: bəlkə yerli sakinlər virusa yoluxub və onlarda simptom müşahidə edilməyib? Yaxud da sirr ada əhalisinin genetik kodunda virusa qarşı müqavimətin olmasındadır? Bəlkə də, sadəcə onların bəxti gətirib.

A.Skiafino bildirib ki, hər dəfə uşaqlar arasında adi xəstəliklər olan qızılca və ya suçiçəyi müşahidə ediləndə bir neçə gün ərzində, demək olar ki, hamı həmin xəstəliyə yoluxur. Bu dəfə belə halın baş verməməsi təəccüb doğurur.

Koronavirusun dünyada ilk yayıldığı vaxtlarda adaya gələn üç əcnəbidə virus aşkar edilsə də, onların yerli sakinlərlə ünsiyyəti virusun yayılmasına səbəb olmayıb.

İyunda karantinin ləğvindən sonra İtaliyanın digər ərazilərindən bura turistlərin gəlməsinə baxmayaraq, yenə də yerli əhalidə koronavirus aşkarlanmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam