Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

May ayının birdəfəlik ödənişinə başlandı

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərin may ayı üzrə birdəfəlik ödənişlə (190 manat) təminatına başlayıb.

Yenixeber.org: Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən 50 min şəxsə dair birdəfəlik ödəniş vəsaitləri müvafiq banklara köçürülüb.

Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

"Şəxs əgər kartı müvafiq bankdan artıq alıbsa, o zaman mesajda göstərilən bankın istənilən bankomatından vəsaitini əldə edə bilər.

Əgər kartını hələ almayıbsa, mesajda göstərilən bank filialına müraciət edərək kartını və kart vasitəsilə bankomatdan vəsaitini qəbul edəcək.

Hazırda birdəfəlik vəsaiti köçürülənlər aprelin 9-dan sonra ilk günlərdə aprel ayının ödənişini alanlardır", - deyə o bildirib.

Ödəniş prosesi ardıcıl davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam