Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

65 min nəfərə 190 manat verilməsindən imtina edilib - SƏBƏB


İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət edənlərdən 65 min şəxsin həyat yoldaşının birdəfəlik ödəmə aldığı müəyyən edilib. 

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu səbəbdən həmin şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib. Qanunvericiliyə əsasən, birdəfəlik ödəmə əmək qabiliyyətli, lakin işsiz, dövlətdən heç bir ödəniş almayan və aztəminatlılıq meyarlarına uyğun ər və arvaddan yalnız birinə, eləcə də ailədə qeyd edilən kriteriyalara uyğun digər şəxslər varsa, onlara təyin edilir. Müraciət etmiş 65 min şəxsin həyat yoldaşının onlayn müraciəti əsasında artıq bu ödəmə təyin olunduğundan onların özünə ödəmə təyin edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam