Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Bu şəxslərin maaşı artırıldı - RƏSMİ

 

Bu şəxslərin maaşı artırıldı -

“Bakı Metropoliteni” QSC-də çalışan əməkdaşların əməkhaqları artırılıb.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, bununla bağlı Maliyyə nazirinin 15 noyabr 2019-cu il tarixli məktubuna əsaslanaraq, Əmək Məcəlləsinin 158-ci maddəsinin 1-ci bəndinə və “Bakı Mertopoliteni” QSC üzrə “2019-2021-ci illər üçün Kollektiv Müqavilə”nin 3.1-ci və 3.2.1-ci bəndlərinə müvafiq olaraq verilən əmrdə deyilir: 

1. “Bakı Metropoliteni” QSC-də çalışan işçilərin aylıq (vəzifə) maaşları 1 noyabr 2019-cuil tarixindən 10 faiz həcmində artırılsın və Maliyyə Departamenti noyabr ayı üzrə əməkhaqlarının artımının hesablanmasını təmin etsin.

2. “Bakı Metropoliteni” QSC üzrə “Əməyin Ödənilməsi sistemi, tarif (vəzifə) maaşları, onlara əlavələrin tətbiq edilməsi qaydaları haqqında Əsasnamə”nin tərkib hissəsi olan əlavələrdə qeyd olunan tarif ( vəzifə) maaşları artım nəzərə alınmaqla təsdiq edilsin.

3. “Bakı Metropoliteni” QSC üzrə qəbul edilmiş “2019-2021-ci illər üçün Kollektiv Müqavilə”nin 3.2.16 bəndinə müvafiq olaraq xidmət illərinə görə işçilərin yeni mükafat ölçüləri ilə əvvəlki mükafat ölçülərinin məbləği arasında yaranmış əlavə məbləğlərə dair siyahı təsdiq edilsin.

4. Bakı Metropoliteni” QSC-nin 10 yanvar 2019-cu il tarixli 15 saylı əmrinə əsasən? yeni əməkhaqqı sisteminə keçidlə bağlı əməkhaqlarında azalma fərqi yaranan işçilərin yeni siyahısı 1 noyabr 2019-cu il tarixinə təsdiqlənsin.

5. “Bakı Metropoliteni” QSC üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə ödənilən aylıq ödəncin miqdarı 10 faiz artırılsın.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-aın sorğusuna cavab olaraq, metropolitençilərin əməkhaqlarının artırıldığını təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam