Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Bu şəxslərin əməkhaqları artırıldı

 “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib. 

 Yenixeber.org: Bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, AMEA-nın Rəyasət Heyəti və Aparatının, AMEA-nın Gəncə bölməsi aparatında çalışan böyük arxivçi, böyük inspektor və sürücülərin maaşları 193 manatdan 210 manata, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar və kadrlar üzrə inspektorların maaşları 180 manatdan 195 manata, texnik, komendant, laborantın maaşı 165 manatdan 180 manata qaldırılıb. 

Eyni zamanda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində işləyən sürücülərin əmək haqları 187 manatdan 210 manata, arxivçilərin maaşı 176 manatdan 195 manata, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin əmək haqları isə 165 manatdan 180 manata qədər artırılıb. 

Həmçinin Azərbaycanda Atatürk Mərkəzində çalışan arxivçi-kitabxanaçı, təsərrüfat müdirlərinin maaşı 180 manatdan 210 manata, kompüter operatoru və katibələrin maaşı 170 manatdan 195 manata, xidməti otaqları yığışdıranın maaşı isə 165 manatdan 180 manata qaldırılıb. 

Dəyişikliyə görə, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzində çalışan makinaçının maaşı 165 manatdan 180 manata qaldırılıb. 

Bundan əlavə, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin - xəzinədar, katibə, sürücü və makinaçıların maaşları 209 manatdan 210 manata, eləcə də, gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətlərin əmək haqları 165 manatdan 180 manata qaldırılıb. 

Dəyişikliyə əsasən, dövlət arxivləri və onların filiallarının, rayon (şəhər) dövlət arxivləri, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm və İnnovasiya Mərkəzi Aparatı, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki BakıŞəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzində çalışan müəyyən kateqoriyaya aid işçilərin aylıq vəzifə maaşları da artırılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam