Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Venesuela XİN:ABŞ-ın yeni sanksiyaları iqtisadi terrorizmdir

ABŞ-ın Venesuela üçün sanksiya siyahısının genişləndirməsi beynəlxalq qanunların pozulması və iqtisadi terrorizmdir.

Yenixeber.org:  Bu barədə Cənubi Amerika Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu cür tədbirləri yalnız iqtisadi terrorizm kimi qiymətləndirmək olar. Bunlar beynəlxalq aləm tərəfindən rədd edilir, çünki bu, BMT Nizamnaməsinin və digər beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır.

Nazirlikdən diqqətə çatdırılıb ki, ABŞ-ın sanksiyaları “Venesuela xalqını qida hüququndan məhrum edir”. Venesuela hakimiyyəti də hesab edilir ki, görülən tədbirlər “Bolivar Respublikasının işlərinə qarışmaq məqsədlərinə çata bilməyən ABŞ hökumətinin ümidsizliyini göstərir”.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi, Venesuela üçün sanksiya siyahısına daha 10 fiziki və 13 hüquqi şəxsi əlavə etdiyini bildirmişdi. Qara siyahıya Venesuela və Kolumbiya vətəndaşları, həmçinin ABŞ, Honk Konq, Birləşmiş Ərəb Əmirlikləri, Kolumbiya, Panama, Meksika və Türkiyədə yerləşən şirkətlər daxildir. ABŞ hakimiyyət orqanlarına görə, bu şirkətlər prezident Nikolas Maduronun maraqlarına uyğun fəaliyyət göstərən korrupsiya sxemində iştirak edirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam