Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Ölkəmizdə zəlzələ zonalarının xəritələri hazırlandı

 

Azərbaycan alimləri Talış dağlarının mineral suları ilə bağlı apardıqları tədqiqatın nəticələrini açıqlayıblar. 

"Xeberinfo.com":  Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov institutun Elmi Şurasının ümumi iclasında deyib ki, "Böyük Qafqazın şərq hissəsinin və Talış dağlarının flüid təzahürləri: flüid geokimyası, struktur və geodinamik asılılıq" proqramı çərçivəsində Talış dağlarında İtaliya Milli Tədqiqat Şurasının alimləri ilə birgə tədqiqat aparılıb. Müəyyən edilib ki, sanitar-gigiyenik normalara görə, Talış dağlarının mineral sularının içməli su kimi və vanna qəbul etmək üçün istifadəsi əhalinin sağlamlığına təhlükə törətmir. Yalnız Yardımlı rayonunun Bülüdül su mənbəyi bu baxımdan istisnadır. Çünki bu mənbədə radonun miqdarı içməli su üçün qəbul olunmuş normadan 1,5 dəfə artıqdır.

D.Hüseynov deyib ki, ilk dəfə olaraq, Azərbaycan ərazisinə məxsus coğrafi uzlaşdırılmış tektonik rayonlaşdırma, minerageniya, palçıq vulkanlarının məkanca paylanması və güclü zəlzələlərin baş vermə mümkünlüyü üzrə zonaların xəritələri hazırlanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam