Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Yeni institutlar yaradıldı

 

Baş nazir Artur Rasizadə Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı qərar verib.

"Xeberinfo.com":   Lent.az-ın məlumatına görə, qərarla Azərbaycan Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılıb
Bundan başqa, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu yaradılıb.
Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, Arıçılıq laboratoriyasının, Yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental-İstehsalat Faxralı Təcrübə şöbəsinin bazasında Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu yaradılıb.
Qərarda Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun Biotexnologiya və xəstəlik-zərərvericilərə nəzarət laboratoriyasının, Biomüxtəlifliyin qorunması və genetika laboratoriyasının və Bioinformatika laboratoriyasının bazasında Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılması da öz əksini tapıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam