Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Azərbaycan və İran neftlə bağlı protokol imzaladı

 

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Şirkətin dəvəti ilə Bakıda işgüzar səfərdə olan İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun vitse-prezidenti Əmir Abbas Hüseyni və Neft mühəndisliyi araşdırma mərkəzinin direktoru Ezatallah Kazımzadəni qəbul edib.  

"Xeberinfo.com":  ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbərə görə, görüş zamanı X.Yusifzadə iki dövlətin dostluq əlaqələrindən, neft sənayesi mütəxəssisləri arasında yaranmış münasibətlərin inkişaf etdirilməsinin vacibliyindən danışıb, əməkdaşlığın konkret istiqamətləri və gələcək planların tərtib edilməsi tapşırığını verib. Bildirilib ki, səfər çərçivəsində 2014-ci ilin sentyabrında ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” və İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat institutları arasında imzalanmış qarşılıqlı anlaşma memorandumun icrasının müzakirəsi məqsədilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunda və şirkətin digər qurumlarında görüşlər keçirilib. Hər iki tərəfin imkanlarını əks etdirən bir sıra prezentasiyalar təqdim edilib, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında əməkdaşlığın imkanları haqqında təkliflər hazırlanıb.   İşgüzar səfərin sonunda İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqatlayihə” İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam