Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Azərbaycan və Türkiyə arasında dini vəziyyət

 

Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığının nümayəndə heyətini qəbul edib.

"Xeberinfo.com": Komitənin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, qəbulda Diyanət İşləri Başqanlığının Ali Şurasının üzvləri professorlar İlyas Üzüm, Mehmet Keskin, həmçinin, Diyanət İşləri Başqanlığının təqvimlər üzrə astronomu İlham Aşıq Kaya və Türkiyənin ölkəmizdəki səfirliyinin Din Xidmətləri müşaviri Sadiq Əraslan iştirak ediblər.

Görüşdə Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan münasibətlərindən danışaraq bildirib ki, iki qardaş ölkənin əlaqələri tarixi köklərə və ortaq dəyərlərə əsaslanır.

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən din sahəsində əməkdaşlıq yüksək səviyyədə qurulub. Mübariz Qurbanlı bu əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin, gələcəkdə qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam