Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mübariz Qurbanlı Dövlət Komitəsinin sədri oldu

 

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin yanında Dinşünaslıq üzrə Komissiyanın yaradılması ilə bağlı növbəti iclas keçirilib. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Report-a Komitənin mətbuat xidmətindən bildirilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qurumun fəaliyyətinin vacibliyindən danışaraq bildirib ki, Əsasnaməsinə görə Komissiya milli-mənəvi və dini dəyərlərin təbliği və təşviqi, eləcə də ölkədə tolerantlığın qorunub saxlanması istiqamətində önəmli işlər görə bilər. Eyni zamanda, Komissiya üzvlərinin Komitə əməkdaşları, mütəxəssis və dini icmalarla bərabər regionlarda dini maarifləndirmə yönündə tədbirlər həyata keçirməsi nəzərdə tutulur.Dini radikalizmə qarşı mübarizədə əsas hədəflərdən biri maarifləndirmə işinin aparılmasıdır ki, bunu da Komissiya və digər aidiyyəti qurumlar birgə həyata keçirəcəklər.

Komissiyanın iclasında bildirilib ki, qeyd olunan məsələlərlə bağlı layihələrə Dövlət Komitəsi hərtərəfli dəstək verəcəkdir. Həmçinin, Komissiya üzvləri Dövlət Komitəsinin yerli və beynəlxalq səviyyədə təşkil etdiyi bütün konfranslarda fəal iştirak edəcəklər.

Komissiya üzvləri qurumun yaradılmasının və fəaliyyətinin əhəmiyyətindən danışaraq bildiriblər ki, onlar ölkədə dini maarifləndirmə işinin aparılması, milli-mənəvi və dini dəyərlərimizin təbliği prosesinə öz töhfələrini verməyə hazırdırlar.

İclasda Komissiyanın Əsasnaməsi müzakirə olunub. Təkliflər nəzərə alınmaqla Dövlət Komitəsinin sədri Komissiyanın Əsasnaməsini və üzvlərini təsdiq edib. Həmçinin, Komissiyanın katibi təyin edilib.

Komitədən “Report”a bildirilib ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, katibi isə Nahid Məmmədov olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam