Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Xaricdə dini təhsil almaq qanunla tənzimlənməlidir”

 

Dövlət Komitəsinin sədri Qum şəhərində bir sıra görüşlər keçirib

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qum şəhərinə gələrək Əl-Mustafa Beynəlxalq Universitetinin rektoru Əlirza Əarafi ilə görüşüb.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə “Report”a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

M.Qurbanlı deyib ki, gənclərin xaricdə dini təhsil almaları qanunla tənzimlənməlidir.

Azərbaycanda da gənclərə dini təhsil verildiyini deyən M.Qurbanlı Bakıda İslam Universitetinin, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsinin fəaliyyəti barədə məlumat verib.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında danışan Ə.Əarafi deyib ki, Əl-Mustafa Universitetində 30 min tələbə təhsil alır. Universitet Avropanın ali təhsil ocaqları ilə yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Burada gənclər dini təhsillə yanaşı, dünyəvi elmləri də öyrənirlər. Müasir dünyada çox gərgin proseslərin baş verdiyini diqqətə çatdıran Ə.Əarafi qeyd edib ki, elmi və düşüncəsi zəif olan gənclər təbliğata uyaraq radikal dini qruplaşmalara qoşulurlar. Belə halların qarşısını qarşılıqlı əməkdaşlıqla və gənclərə səviyyəli elm öyrətməklə almaq olar.

Görüşdə dini təhsillə bağlı İranda və Azərbaycanda fəaliyyət göstərən müvafiq təhsil müəssisələri arasında əlaqələrin yaradılması, tələbə və müəllim mübadiləsi haqqında müzakirələr aparılıb.

Sonra M.Qurbanlı Əl-Mustafa Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanıb, fikirlərini dinləyib və dini təhsillə bağlı Azərbaycanın qanunvericiliyi haqqında məlumat verib.

Mübariz Qurbanlı Qum şəhərində İranın tanınmış din xadimi, islamşünas alim (müctəhid) Cəfər Sübhani ilə də görüşüb. Görüşdə İslam alimlərinin elmi düşüncələri (fətvaları), radikal dini cərəyanlarla ideoloji səviyyədə mübarizə metodları və digər məsələlər müzakirə edilib.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin İrandakı nümayəndəsi Şamil Rəsulov da iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam