Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rusiyadan çağırış:Putinlə Tramp görüşməlidir!

 

 

 

Rusiya və ABŞ arasındakı əlaqələr hər nə qədər qarışıq olursa olsun, iki liderin danışıqlarının hər zaman beynəlxalq aləmə müsbət təsiri olur.

Yenixeber.org: Bu sözləri Sputnik-ə açıqlamasında Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. O bildirib ki, Trampla Putin arasında görüşün baş tutması üçün hazırlıqlar görülməlidir:

“Əlbəttə, bu gün ABŞ Prezidenti Donald Trampla Putin arasında görüşün nə vaxt və harada baş tutacağını demək çətindir. Görüşə ciddi hazırlıq görülməli və məhsuldar olması üçün mümkün olan hər şey edilməlidir. Rusiya və ABŞ iki güclü ölkə və Birləşmiş Millətlər Təşkilatının (BMT) daimi üzvü olduğu üçün dünyada sülh və təhlükəsizliyin əldə edilməsi məsələsində böyük məsuliyyət daşıyır. Bu ölkələrin edəcəyi əməkdaşlıq beynəlxalq gündəmin bir çox məsələsinə bağlıdır. Başda beynəlxalq terrorizm olmaqla, ortaq təhlükəsizlik problemlərimiz var. Silahlanma yarışının qarşısının alınması, beynəlxalq münaqişələrin həll edilməsi, narkotik ticarətinə son qoyulması və digər vacib problemlərdə Rusiya-Amerika səylərinin birləşməsinə ehtiyac var. Bu səbəbdən iki ölkə liderləri arasındakı münasibətin böyük əhəmiyyəti var".

Səfir iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün ABŞ-ı ultimatumlardan əl çəkməyə səsləyib:

"Əgər dialoq üçün Ukraynadakı vəziyyət və ya buna oxşar tələblər tətbiq olunarsa, bundan heç bir şey çıxmayacaq. Dövlətlərarası münasibətlərdə ultimatumlardan vaz keçmək vaxtıdır. Amerikalılar özləri üçün qərar verməlidirlər: onlar bərabər, qarşılıqlı hörmət əsasında danışıqlar aparmağa, Rusiyanın milli maraqlarını anlamağa və nəzərə almağa hazırdırlarmı? Səmərəli görüş yalnız bu halda mümkündür. Bütün hallarda Rusiyanın bir neçə dəfə hədəfi iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsi olub. Bu yalnız bizim ölkəmizin deyil, bütün beynəlxalq cəmiyyətin maraqlarının xeyrinədir".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam