Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Minlərlə insan işdən çıxarıldı-Türkiyədə

Türkiyədə minlərlə insan işdən çıxarıldı
Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilən qanun qüvvəsində qərarnamə ilə 18 min 632 nəfər dövlət orqanlarında tutduqları vəzifələrdən azad edilib, 148 nəfər isə dövlət orqanlarındakı vəzifələrinə bərpa edilib.
Yenixeber.org: Məlumata görə, bu gün dərc edilən qərarnamə ilə Türkiyə Silahlı Qüvvələrindən 6 min 152 nəfər uzaqlaşdırılıb.

Başqa sözlə, Quru Qüvvələrindən 3 min 77 nəfər, Dəniz Qüvvələrindən 1126 nəfər, Hava Qüvvələrindən 1949 nəfər hərbçi uzaqlaşdırılıb. Polis orqanlarından 8 min 998 nəfər, Jandarma Qüvvələrindən 649 nəfər çıxarılıb. Ədliyyə Nazirliyində və nazirliyin strukturlarında çalışan 1052 nəfər də vəzifələrindən azad edilib. Təhsil Nazirliyində 658 nəfər, Dini İşlər üzrə Nazirlikdə 240 nəfər, dövlət universitetlərində isə 199 nəfər tutduqları vəzifələrdən çıxarılıblar.

Qeyd edək ki, bu qərarnamə 15 iyul 2016-cı ildə Fətullahçı Terror Təşkilatının dövlət çevrilişin cəhdi ilə bağlı qəbul edilib. Tutduqları vəzifələrdən çıxarılan şəxslər terror təşkilatı ilə əlaqədə günahlandırılır. (APA)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam