Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

RƏSMİ QƏZETDƏ NAZİR VƏ AMEA PREZİDENTİ “VURULDU”

 

8

“Təhsilimiz müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin “laboratoriya mərkəzinə” çevrilib”

“Müdafiələr yenə də deklarativ xarakter daşıyır, sanki bir tamaşa oynanılır”

Ən acınacaqlı hal odur ki, bu telekanallar “yaxşı və rahat yaşayışın təmini əxlaqa və mənəviyyata zidd getməkdən keçir” kimi meyilləri yayır

         "Xeberinfo.com": Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasında çıxışında bir sıra sahələrdə mövcud problemləri qabartmasından sonra rəsmi dövlət qəzeti olan “Azərbaycan”da sərt tənqidi yazı dərc edib. “Mənəviyyat manifesti” adlı yazıda əsasən, cəmiyyətin sütunlarını təşkil edən üç sahəni – təhsil, elm və telekanallara həsr edilib.

1teYazıda ilk növbədə Təhsil Nazirliyi hədəfə alınıb. Sitat: “5 ildən artıqdır ki, təhsilimiz müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin “laboratoriya mərkəzinə” çevrilib. Hamımız yaxşı bilirik ki, təhsildə yüksək nəticə göstərən şagirdlərimiz məktəblərə yox, məhz hazırlıq kurslarına, “repetitorlara”, daha doğrusu, bunları təmin etməyə gücləri çatan valideynlərə borcludurlar. Ali təhsil məktəblərində müəllim nüfuzu tələbədən umulan maddi təmənna qarşılığında hər gün bir az da enir. Universitetlər, akademiyalar nə layiqli təhsil ocağına, nə də mükəmməl elm mərkəzinə çevrilir. Təhsil müəssisələrimiz hələ də “dünya universitetlərinin ilk beşyüzlüyünə, yeddiyüzlüyünə” düşə bilmir. Belə görünür ki, ali məktəblərin uğuru yalnız təmir olunmuş korpuslar və təkmilləşdirilmiş, modernləşmiş maddi-texniki bazadır. Bunları edən isə dövlətdir, prezidentdir! Amma məlum ali məktəblər hələ də dövlətin və prezidentin qarşısında təhsil və elmdə qazanılmış uğurların hesabatlarını verə bilmirlər”.

“Azərbaycan” elm sahəsində də ciddi problemlər olduğunu qabardıb və Milli Elmlər Akademiyasının ətalət içində 2teolduğunu vurğulayıb: “Nə dəyişib? Elə yaxından tanıdıqlarımız, “elmi potensialına” bələd olduğumuz neçə-neçə adam özünə havadar tapır, qısa zaman ərzində, hətta bəzən 50-60 yaşlarında siyasətşünaslıq, iqtisadiyyat və digər “prestijli” elm sahələri üzrə fəlsəfə doktoru-namizədlik müdafiə edirlər. Müdafiələr yenə də deklarativ xarakter daşıyır, sanki bir tamaşa oynanılır.
AMEA nəzdindəki institutlar, elm mərkəzləri ətalət içindədir. Müasir elmi innovasiyalar, yeni kəşflər, elmi axtarışlar kimi ifadələr burada real əmələ çevrilməyən söz olaraq qalır. Bu gün hər bir institutun yükünü həmin kollektivin ən yaxşı halda 4-5 əməkdaşı çəkir.
Məmləkətimizdə alimlər bizi öz axtarışları, kəşfləri, yenilikləri ilə sevindirmir, qürurlandırmır. Ötən əsrin 40-80-ci illərinin elmi uğurları məntiqlə indi daha da artmalı, genişlənməli olduğu halda bu bağlantı kəsilib, elm yerində sayıb. Alimlər arxivlərdə, laboratoriyalarda işləməyə, axtarışlarda olmağa həvəsli görünmürlər”.

3tePrezident Administrasiyası rəhbərinin bir neçə il öncə telekanallarla bağlı sərt tənqidini xatırladan “Azərbaycan” bu sahədə də vəziyyətin daha da pisləşdiyini qeyd edib: “İstisnasız olaraq bütün kanallar vasitəsilə milli-mənəvi dəyərlərə qarşı yürüdülən “səlib yürüşü”, ailə institutunun mənəvi dayaqlarının dağılmasını təbliğ edən verilişlərin artması, həmçinin mahnısından çox qalmaqalları ilə məşhur olan müğənnilərin, sponsor sayəsində “sənətkara” çevrilənlərin, şou-biznesi əxlaqsızlıq və bayağılıq kimi qəbul edənlərin televiziya vasitəsilə gənclər üçün örnək, nümunə kimi sırınması nəticə etibarilə mənəvi bəlalarımızın artmasına xidmət etməliydi və edir də! 20 ilin xalq artistləri, əsl sənətkarlar 3 otaqlı evlərinin (o da Prezidentin bağışladığı mənzillər!) bir küncündə unudulur. Lakin səhnəyə 1 il çıxmağının və 2 mahnıya oxşar nəsə oxumağının müqabilində 3 mərtəbəli imarət, 3 maşın “qazanan” sənətdən bixəbər, istedaddan uzaq olan bu tipli şəxsləri özəl kanallar səhərdən axşama, gecədən sübhədək dönə-dönə tirajlayır, onların həyat tərzini təbliğ və mədh edir. Ən acınacaqlı hal odur ki, bu telekanallar “yaxşı və rahat yaşayışın təmini əxlaqa və mənəviyyata zidd getməkdən keçir” kimi meyilləri yaymaqla sanki millətə qənim, düşmən kəsiliblər”.

Qeyd edək ki, rəsmi dövlət qəzetinin tənqid etdiyi iki sahənin – həm Təhsil Nazirliyi, həm də AMEA rəhbərləri “yenilərdəndirlər”. Təhsil naziri Mikayıl Cabbarov 2013-cü ilin aprelində bu posta təyin edilib. AMEA rəhbəri Akif Əlizadəyə prezidentin sərəncamı ilə ötən ilin aprelində alimlərə rəhbərlik həvalə olunub. Prezident Administrasiyasının rəhbərinin çıxışından sonra hər iki sahənin fəaliyyətinin “Azərbaycan” qəzetində tənqidi iqtidarın “yenilərdən” narazılıq olduğunu göstərir. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin 2003-cü ildən rəhbərlik etdiyi telekanallara gəlincə, aydındır ki, televiziyalara yeni nəfəs gətirmək nə onun gücü, nə də səlahiyyətləri çərçivəsindədir. Hakimiyyətin yuxarı təbəqələrində onun fəaliyyətindən də narazılıq yeni söhbət deyil.
Yeri gəlmişkən, R.Mehdiyevin çıxışından sonra bəzi müşahidəçilər administrasiya rəhbərinin dediklərini “iqtidar düşərgəsi üçün qorxunc anons” sayır, kadr bazasındakı problemlərlə bağlı etirafını daha çox islahat gözləntisi ilə izah edirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam