Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Orta məktəblərdə yenilik

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri Təhsil Nazirliyi tərəfindən ayrılmiş iki liseydə 6-dan yuxarı siniflərdə oxuyan şagirdlərə dərs deyəcəklər

"Xeberinfo.com":  Məlumata görə, bunu AMEA prezidenti Akif Әlizadəbu gün keçirdiyi mətbuat konfransında deyib. Akademiya prezidenti bildirib ki, artıq bununla bağlı Təhsil Nazirliyi ilə razılıq əldə edilib.
Onun sözlərinə görə, TN tərəfindən ayrılmış liseylər gənc alimin hazırlanması üçün tələb olunan elm zəncirinin qırılmamasına imkan verir: "Әgər magistraturaya, doktoranturaya qəbul aparırıqsa, onda bu zəncirdə lisey-gimnaziya mərhələsi nəzarətsiz qalırdı. Bu baxımdan Təhsil Nazirliyi ilə danışılıb. Artıq razılaşmaya əsasən, Təhsil Nazirliyi tərəfindən AMEA-ya 2 lisey ayrılıb. Akademiyanın alimləri 6-cı sinifdən yuxarı siniflərdə müxtəlif istiqamətli təhsil keçəcəklər. Alimlər ora gedib liseydə hansı formada iştirak edə biləcəklərini müəyyənləşdirməlidirlər. Bununla bağlı hazırda danışıqlar aparılır".
A.Әlizadə deyib ki, hələlik akademiyanın universiteti yoxdur. Buna görə də həmin şagirdlər bakalavr pilləsində oxuduqdan sonra AMEA- da magistrtura, doktoratura pilləsində oxuya biləcəklər.
AMEA prezidenti deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura pilləsinə qəbul əvvəlki illərlə müqayisədə kəskin surətdə azaldılıb: "Çünki az olsun keyfiyyətli olsun. Bu il 100-120 nəfər qəbul edilib. Plan əsasən yerinə yetirilib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam