Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

“Polis Ərdoğana çay vermək istəməyən şəxsi saxlayıb”

Türkiyə rəsmiləri müxalif Cumhuriyet qəzetinin kafesinin menecerini prezidenti təhqir ittihamı ilə həbs ediblər.

Xeberinfo.com:   Menecerin vəkillərindən birinin Reuters xəbər agentliyinə verdiyi məlumata görə, Senol Buran Rəcəb Tayyp Ərdoğana çay verməkdən imtina etdiyinə görə saxlanıb.

Vəkil Özgür Urfanın sözlərinə görə, polisCumhuriyet-in İstabuldakı ofisinin kafesinin menecerinin evində axtarış aparandan sonra Şenol Buranı polis bölməsinə aparıb. Qəzet hökuməti tənqid edən nadir mətbuat orqanlarından biridir.

Türkiyədə prezidenti təhqir 4 ilədək həbslə nəticələnə bilər.

Türkiyə siyasətində on ildən artıqdır dominantlıq edən Ərdoğanın vəkilləri 1800-dən oxşar hal üzrə məhkəməyə müraciət edib. İttiham olunanlar arasında karikaturaçılar, Miss Türkiyənin sabiq qalibi və hətta məktəb şagirdləri də var.

İyul ayında baş tutmayan hərbi çevrilişdən sonra Ərdoğan deyib ki, o, milli birlik nümayiş etdirmək üçün bu məhkəmə proseslərinin bir çoxundan geri çəkiləcək.

Hazırda təcridxanada saxlanan Buran məhkəmə gününün müəyyən olunmasını gözləyir. Ədliyyə Nazirliyi prosesin başlamasını təsdiq etməlidir.

Vəkilin sözlərinə görə, qəzetin təhlükəsizliyini təmin edən şəxs Buranın Ərdoğana qarşı təhqiramiz ifadə işlərdiyini və qəzeti ziyarət edəcəyi təqdirdə ona çay verməyəciyini deməsini eşitməsindən sonra polis Buranı saxlayıb.

Reuters yazır ki, Buran Ərdoğanı təhqir etmədiyini bildirsə də, ona çay verməyəcəyini söylədiyini təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam