Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İcra başçısının hesabatı faş oldu - Ekspert

Daşkəsən rəhbərliyinin hesabatı faş oldu

 

“Daşkəsən Azərbaycanda əlverişli turizm potensialına malik rayonlarından biridir. Ölkənin dəmir filiz, qızıl və mərmər yataqları da bu rayondadır. Böyük meşə ehtiyatları var. Bu qədər təbii resursun müqabilində rayonda əhali üçün yaradılan sosial-iqtisadi şərait fəlakətdir” 

Xeberinfo.com:  Politika.Az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Rövşən Ağayev söyləyib. 


Ekspert statistik rəqəmlərə diqqət çəkib və Daşkəsən rayon İcra Hakimiyyətini ifşa edib:

“49 yaşayış məntəqəsindən cəmi 4-ü (8.2%) qazlaşdırılıb. Ev təsərüfatlarının 35%-dən də azı təbii qazdan istifadə edə bilir. 
Nəzərə alaq ki, rayon əhalisinin 44%-i rayon mərkəzində yaşayır. Deməli rayon mərkəzində olan ev təsərrüfatlarını nəzərə almasaq, kənd əhalisinin təxminən 20%-nin təbii qazla təminatı var”.

İqtisadçı onu da qeyd edib ki, ev təsərrüfatlarının 30%-nin içməli su təminatı var: “Rayon mərkəzində olan ev təsərrüfatlarını nəzərə almasaq, kənd əhalisinin təxminən 16-17%-nin içməli su təminatı var. 

Rayon ərazisində olan 44 ümumtəhsil məktəbindən təxminən yarısının ya yenidən tikintisinə (6 məktəb) və ya da əsaslı təmirinə (14 məktəb ) ehtiyac var. Bunlar hələ rəsmi rəqəmlərdi. Görün reallıqda durum necədir. 12 illik fasiləsiz regional inkişaf proqramının icrasından sonra durum belədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam