Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşacaq

Hazırda Türkiyədə 1 dollar 4.7-4.8 lirəyə bərabərdir

Yenixeber.org: Türkiyənin ABŞ və Avropa Birliyi ilə münasibətlərinin korlanması vəziyyətin hələ bir müddət bu cür davam edəcəyindən xəbər verir. Azərbaycana Türkiyədən qida, geyim və digər məhsulların idxalını nəzərə alsaq, onların da qiymətinin dəyişməsini gözləmək olar.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, idxal məhsullarında qiymətin enməsi gələn ayın sonuna təsadüf edəcək. İlk növbədə, əvvəlki aylarda köhnə qiymətə alınan məhsulların tam istehlak edilməsi lazımdır.
Məlumdur ki, ölkəmizdən Türkiyənin kurort şəhərlərinə dincəlməyə gedənlərin sayı çoxdur. Turizmçilər deyir ki, lirənin dəyər itirməsi turizm sektoruna da təsir göstərəcək. Ekspert Valeh Cəfərov deyir ki, turpaketlərdə ucuzlaşma bir qədər gec yaşanacaq. Təbii ki, lirənin ucuzlaşması belə davam edərsə...
Proqnozların özünü doğruldub-doğrultmayacağını isə zaman göstərəcək. /xezerxeber.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam