Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Böhran nəqliyyat sektorunu da vurub”

nemet-eliyev1

Nemət Əliyev: “Sərnişindaşımalarda 85, yükdaşımalarda 60 faiz paya malik olan avtomobil nəqliyyatı da böhranın təsirinə tuş gəlib”

Xeberinfo.com:   İqtisadçı Nemət Əliyev facebook səhifəsində böhranın nəqliyyat sektoruna vurduğu ziyanla bağlı maraqlı status paylaşıb. Statusda nəqliyyat sektorunun acınacaqlı durumu rəqəmlərlə təsvir olunub: “Tək bir ay ərzində 41 milyon 200 min nəfər və ya 23%-dən çox sərnişin-müştəri itirib ölkənin nəqliyyat sektoru. Ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvar ayında avtomobil nəqliyyatı üzrə sərnişindaşıma xidməti 38 milyon nəfər və ya 24%, metro üzrə sərnişindaşıma xidməti isə 3 milyon 200 min nəfər və ya 16% sərnişin-müştəri itirib.

Avtomobil nəqliyyatı ilə yükdaşımalar 21%-ə yaxın düşüb. Bu səbəbdən ölkə üzrə ümumi yükdaşımalar 12%-dən çox azalıb. Beləliklə, məlum olur ki, sərnişindaşımalarda 85%, yükdaşımalarda 60% paya malik olan avtomobil nəqliyyatı da böhranın təsirinə tuş gəlib.

Uzun illər ərzində ağır problemlərə məruz qoyulmuş dəmir, dəniz və hava yollarının ardınca avtomobil və metro nəqliyyatında ciddi geriləmələrin baş qaldırması ölkənin ümumi nəqliyyat sisteminin işini ciddi şəkildə sual altına alıb. Onu da xatırladaq ki, neft və qaz magistral kəmərləri ilə daşımalar sahəsində də vəziyyət ürək açan deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam