Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Afrikalı futbolçu azərbaycanlı deputata təyyarədə irad tutdu

c78fd8

Təyyarədə telefonla danışan deputatla futbolçular arasında qalmaqal yaranıb

Xeberinfo.com:  «Qarabağ» Topaz Premyer Liqasının XXI turu çərçivəsində qarşılaşdığı “Kəpəz”lə səfər oyunundan qayıdarkən çarter reysi ilə Bakıya dönmüşdü.

Azerisport.az xəbər verir ki, həmin səfər zamanı maraqlı hadisə yaşanıb. Belə ki, təyyarədə hamıdan telefonlarını söndürmək xahiş olunub. Sərnişinlərdən biri isə Milli Məclisin deputatı imiş. Təyyarə havaya qalxarkən Ağdam klubunun bütün üzvləri telefonlarını söndürdüya halda, adı açıqlanmayan həmin deputat kiməsə zəng edib. Bunu görən Ansi Aqolli isə Azərbaycan dilində ona telefonunu söndürmədiyinə görə irad bildirib. Bu da sərnişinlər arasında gülüşə səbəb olub. Aqolli özü isə həmin epizodu belə şərh edib:

“Düzünü deyim ki, onun deputat olduğunu bilmirdim. Bunu bilsəydim, bəlkə də irad bildirməzdim. Nə bilim, bəlkə yenə də iradımı bildirərdim (gülür). Qanun hər kəs üçündür».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam