Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

AZAL-ın Bakı-İstanbul reysində növbəti qalmaqal

azal

Sərnişinlərlə stüardessalar arasında problem yaşanıb

Xeberinfo.com:   Bu gün “Azərbaycan Hava Yolları”nın aşağı büdcəli brendi AZALJET-in Bakıdan İstanbula uçan reysində sərnişinlər və şirkət əməkdaşları arasında növbəti problem yaşanıb.

Hadisə şahidlərinin “Report”a verdikləri məlumata görə, “J2 80 79″ reysi ilə hərəkət edən təyyarədə mübahisə qadın sərnişinlər ilə stüardessalar arasında baş verib.

Mübahisə sərnişinlərin stüardessaların birindən yerlərinin narahat olması səbəbindən qarşıdakı boş yerlərdə əyləşməyi xahiş etmələrindən sonra yaranıb:

“Təyyarədə qarşıda iki sıra boş yer var idi. Ayağında problem olan əliçəlikli qadın və yanında azyaşlı oğlu olan Aida Bayramova adlı sərnişin yerləri narahat olduğundan stüardessadan qarşıdakı boş yerlərdə keçib əyləşməyi xahiş ediblər. Lakin onlardan bu boş yerlərin əvəzi üçün 15 avro pul tələb olunub. Sərnişinlər bundan bərk qəzəblənərək boş yerə görə nə üçün pul ödəməli olduqlarını soruşduqda, onlara bunun peşəkarlıqla əlaqəli olduğu bildirilib. Onlar isə bunun peşəkarlıq deyil, qeyri-insani hərəkət olduğunu bildirdikdə, tərəflər arasında münaqişə baş verib”.

Bundan sonra bir neçə sərnişin şikayət kitabçası tələb edərək ora AZAL və onun qaydaları ilə bağlı öz narazılıqlarını qeyd ediblər.

Hadisə şahidi, həmçinin onu da bildirib ki, sərnişinləri daha çox özündən çıxardan həmin boş yerlərə kiminsə pul ödəyərək öz çantasını qoyması olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam