Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Gömrük Komitəsində attestasiya, yoxsa kütləvi ixtisarlar?

739950352ea5d0aeea941391090954ertg

 

Sabahdan etibarən Dövlət Gömrük Komitəsində attestasiya keçirilməsinə başlanılır. 

Xeberinfo.com:   Məlumata görə, heç bir xəbərdarlıq edilmədən keçirilən atestasiya qurumun əməkdaşları arasında həyəcana səbəb olub. Belə ki, gömrükçülər bu attestasiyanın əslində kütləvi ixtisarların həyata keçirilməsi üçün vasitə olduğunu düşünürlər.
Məlumata görə, ilk olaraq sabah Bakı Baş Gömrük İdarəsinin əməkdaşları attestasiyadan keçiriləcəklər. Atestasiyanın nəticələrindən asılı olaraq, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının 40 faizi ixtisar olunacağına dair də fikirlər səsləndirilir.
AzNews.az məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlayıb. Qurumdan attestasiyanın keçirilməsini təsdiqləyiblər. Lakin bildirilib ki, burada kütləvi ixtisarlar barədə yaranan ajiotaj tamamilə əsassızdır:“Attestasiyanın keçirilməsi savadlı kadrların müəyyən olunması və onların qabağa çəkilməsi məqsədi daşıyır. Komitədə kütləvi ixtisarların həyata keçirilməsindən söhbət gedə bilməz”.
Qeyd edək ki, son zamanlar Azərbaycandan fəal sürətdə aparılan antiböhran siyasəti bəzi qurumların ləğv ediməsi və ya birləşdirilməsilə nəticələnib. Eyni zamanda bir sıra qurumlarda kütləvi ixtisarlar həyata keçirilib. Lakin, prezident İlham Əliyev son çıxışında dövlət şirkətlərini və sahibkarları mümkün qədər ixtisarlardan çəkinməyə çağırıb: “Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam